Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Burun Plastikası – Rinoplastika
CƏRRAHİYYƏ / Məqalələr

Burun Plastikası – Rinoplastika

Burun Plastikası – Rinoplastika


Burnun müasir estetik əməliyyatları kimlər üçün münasibdir?
Burnunun quruluşunda problem olan, burnunun özünə yaraşmadığını düşünən, burundaxili funksiyalarda çatışmazlıq hiss edən, qısaca burnundan narazı olan insanlarda burnun estetik əməliyyatı aparıla bilər. Dərin psixoloji problemləri olan xəstələri bura aid etmək olmaz.

Burnun müasir estetik əməliyyatları üçün yaş məhdudiyyəti var mı?
Bəli var. Rinoplastika yetkinlik yaşına çatdıqdan sonra tətbiq olunmalıdır. Burnun fiziki inkişafının tamamlanmasını və xəstənin psixoloji cəhətdən müəyyən qədər yetkinləşməsini gözləmək məqsədəuyğundur. Əgər burnun daxilində və ya xaricində böyük bir problem varsa qızlarda ən tez 15-16, oğlanlarda isə 17-18 yaşdan etibarən əməliyyat aparıla bilər.

Burnun müasir estetik əməliyyatları hansı fəsildə aparılmalıdır?
Bütün fəsillər rinoplastika üçün münasibdir. Hansı fəsildə aparılmasından asılı olmayaraq əməliyyatdan sonrakı 4-6 həftə ərzində günəşdən qorunmaq lazımdır. Sağalma dövründə günəş şüaları burun dərisində rəng fərqləri yarada bilər. Bunun xaricində heç bir problem yoxdur.

Anesteziyanın hansı növü tətbiq olunur?
Həm ümumi həm də yerli (sedasiya ilə birgə) anesteziya tətbiq oluna bilər. Ancaq əməliyyatın ümumi anesteziyanın altında aparılmasını daha məqsədə uyğun hesab edirəm.

 

Burnun müasir estetik əməliyyatları?
Əməliyyat müddəti burundakı problemin dərəcəsinə, təftişin aparılıb-aparılmamasına və əməliyyatın texnikasına bağlı olaraq dəyişə bilsə də orta hesabla 2-3 saat davam edir. Burnun formasını xəstənin ömrünün sonuna qədər qoruyub saxlaması üçün daxildən xaricə, yuxarıdan aşağıya burnun bütün dayaq mexanizmləri və bağları bir-bir yenidən qurulmalıdır. Rinoplastika əvəzinə "rekonstruktiv rinoplastika” ifadəsinin istifadə edilməsi görülən işi daha yaxşı izah edir. Məncə bəsit, asan, minimal olaraq qiymətləndirilməsi mümkün olan rinoplastika əməliyyatı yoxdur. Hər bir əməliyyat ayrıca qiymətləndirilməlidir. Diqqətli, həssas, təmkinli və tələbkar iş əməliyyatın müvəffəqiyyətli olmasında həlledici rol oynayır.

 


Müasir estetik əməliyyata uyğun burnun müəyyən edilməsi
Burnun daxilinə tampon tətbiq edilməsinin ciddi əks-göstərişləri olduğu üçün qoyulmamalıdır. Burnun xaricinin təsbit edilməsi üçün plastırlar və termosplint plastik gipslər, burnun daxilinin təsbit edilməsi üçün isə 1 mm qalınlığında silikon lövhələr istifadə oluna bilər. Bütün plastırlar, termsplint gipslər, silikon lövhələr və tikişlər birinci həftədə götürülür.
Ödem, şişkinliklər və qançırlar
Əməliyyatdan dərhal sonra müəyyən qədər qançır və şişkinlik hər xəstədə olur. Bunlar bəzi xəstələrdə minimal dərəcədə, bəzi xəstələrdə isə orta dərəcədə olur. Hər dərinin cərrahi travmaya verdiyi reaksiya fərqli ola bilər. Bununla yanaşı diqqətli, həssas işləməklə, əməliyyat əsnasında verilən müxtəlif dərmanlarla və əməliyyatdan sonra təyin olunan məlhəmlərlə və ilk 24 saatda soyuq və buz tətbiq etməklə şişkinliklərin və qançırın azalmasına nail olunur.

Sağalma
Xəstə əməliyyatdan 7-10 gün sonra işə başlaya bilər. Burnun daxilindəki və xaricindəki ödemlərin 80%-i birinci ayda tamamilə çəkilir. Burnun son vəziyyətini alması isə 1 il davam edir.
Əməliyyatın qiyməti
Estetik burun əməliyyatları fərqli əməliyyat texnikası,alətlər və materiallar istifadə olunaraq həyata keçirilən bir əməliyyatdır.Burundakı problemin ölçüsü,daha öncə keçirilən burun əməliyyatı,qulaq və qabırğadan qığırdaq parçası almağın gərəkli olub olmaması,burun balıqqulağının böyüməsi,sinusit kimi eyni əməliyyat sırasında müdaxilə edilməsi lazım ola bilən problemlərin olub olmaması da əməliyyat xərcinə təsir gostərir.
Estetik burun əməliyyatı digər estetik əməliyyatlar kimi sığortanın qarşılamadığı bir əməliyyatdır.Bu səbəbdən əməliyyat xərci paket olaraq təqdim olunur.Yəni ödəyəcəyiniz toplam qiymət öncədən tam olaraq bəlli olur, istifadə olunan materialların qiymətləri tək-tək hesablanıb sabit bir qiymət olaraq bildirilir. Burun kimi üzün ortasında yerləşən və ilk baxışda nəzərə çarpan kritik bir anatomik quruluş üzərində aparılacaq estetik müdaxilənin nəticəsinin uğuru əməliyyatı həyata keçirən cərrahın bu sahədəki təcrübəsi, təhsili və cərrahi bacarıqları ən önəmli fakt olması ilə yanaşı, əməliyyat zamanı istifadə olunan alətlər və materialların keyfiyyəti də önəmli rol oynamaqdadır. Misal olaraq qiğırdaq toxumanı təsbit edərkən daha bahalı olmasının qarşılığında 4-6ay içində tamamilə əriyərək itən cərrahi tikiş materiallarının istifadə olunması əvəzinə nisbətən daha ucuz olan ancaq əriməyən sapların istifadəsi zamanı yad cisim reaksiyası, infeksiya kimi problemlərə səbəb ola bilər. Bənzər hallar digər materialların keyfiyyətindən sterilizasiyasına qədər bir çox fərqli faktorlardan asılıdır. Burdan belə nəticəyə gəlmək olur ki, qiymətdə azalma keyfiyyətdən itirilmə hesabına baş tutur. Son olaraq olduqca qarışıq bir cərrahi əməliyyat olan estetik burun əməliyyatına qərar verdiyiniz zaman, əməliyyat üçün ödəyəcəyiniz məbləğ önəmli bir kriteriya olmasına baxmayaraq ilk sırada olmamalıdır. İlk əməliyyat müvəffəqiyyəti ən yüksək olan əməliyyatdır.Təqib edən növbəti bərpaedici əməliyyatların estetik və funksional nəticəsinin müvəffəqiyyəti getdikcə azalır. Bu səbəbdən əməliyyatınızı həyata keçirəcək həkimin düzgün seçilməsi ilk məqsədiniz olmalıdır. Əməliyyat qiyməti yuxarıda sadalanan parametrlərə müvafiq olaraq cox geniş bir aralıqda dəyişə bilər. Ən doğru taktika həkiminiz haqqında qərar verdikdən sonra tam bir estetik və funksional burun təhlilin aparılması lazım olan müdaxilələrə qərar verilməsidir .Əməliyyatınızın estetik və bir o qədər önəmli olan burun funksiyalarınızın yönündən uğurlu olması üçün burun balıqqulağı ya da sinus cərrahisi kimi müştərək müdaxilələrin gərəkli olub olmaması təhlil edilir. Əməliyyat qiyməti ancaq bu merhələrdən sonra real olaraq bəlli olacadır.

Əməliyyata qərar verən xəstə hansı proseduralardan keçir?
Estetik cərrahiyyədə xəstənin rahatlığı əsas məqsəddir.
Bizə müraciət edən xəstələrin əməliyyatönü hazırlığına qısa nəzər salaq:
-Xəstə şikayətlərini bildirir
-Şikayətə müvafiq müalicə planı xəstəyə təqdim olunur.Əməliyyat bütün incəlikləri ilə xəstəyə izzah olunur.
-Xəstəxananın alternativləri xəstəyə təqdim olunur.
-Əməliyyata qərar verildikdən sonra əməliyyat günü secilir
-Əməliyyatdan 2 saat öncə xəstə xəstəxanaya gəlir
-Ümumi anesteziyanın aparılması ücün öncədən lazım olan məlumatlari əldə etmək üçün xəstədən qan nümunəsi götürülür.
-Anestezioloq analizin nəticələrini araşdırır və xəstəni müayinə edir.
-Xəstənin anesteziya olunmasına əks göstəriş yoxdursa ona əməliyyatxanada aparılacaq prosedurlar izzah olunur.Bu müddətdə xəstə anesteziya ilə əlaqəli bütün suallarını həkimə verə bilər.
-Tibb bacıları əməliyyat üçün xüsusi geyimi xəstəyə geyindirir.Bu andan xəstə özünü tibbi personala təslim edir.
-Əməliyyatdan öncə xəstəyə cəsarət verici dərmanlar verilir və çox vaxt xəstə əməliyyatxanaya necə aparıldığını belə xatırlamır.
-Xəstə ayılanda artıq palatada olur.
-Əməliyyatdan sonra həkim xəstəni ziyarət edir və əməliyyatla əlaqəli məlumat verir.
-Axşam saat 7-8də həkim xəstəni yenidən ziyarət edir.Xəstənin vəziyyəti qənaətbəxşdirsə xəstə evə yazılır.
-Xəstə gecəni xəstəxanada qalarsa ertəsi gün evə yazılır və kontrol muayinəyə gəlməli olduğu gün təyin edilir.

 

ATU_nun Tədris Cərrahiyyə Klinikasının
Qulaq-burun-boğaz şöbəsinin müdiri,
uzman həkim Yusif Hacıyev

 

 


 

  31-12-2016, 17:51   Baxış: 216   
Yüklənir...
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh (2)
Пользователь offline epiwave 6 fevral 2018 15:37
Цитировать          1
Anyncjer 10 fevral 2018 05:07
Z ogłosiłoby nieważność tej woli.W części I ust. 2 werdyktu spośród dnia 17 grudnia 2008 r. w kwestii P 16/08 Trybunał Konstytucyjny stwierdziłby: Art. 1714 ust. 1 regulacji mianowanej w paragrafie 1 w obrębie, w którym zobowiązuje spółdzielnię do zadzierzgnięcia umowy przeniesienia cesze lokalu po osiągnięciu z wykorzystaniem członka kooperatywy czy też figurę niebędącą członkiem kooperatywy jeno spłat, o których mowa w pkt 1 oraz 2 tego wzoru, jest swarliwy łódź lindy hop z art. 64 ust. 2 natomiast 3 w związku z art. 21 ust. 2 Konstytucji. Rozporządzenie ów w dotychczasowo obowiązującym brzmieniu, które legło przy posady zapewnień pozwanego o nieważności porozumienia pagin, poniechałby moc spośród dniem 29 grudnia 2009 r. SPOŚRÓD motywowania cyt. sądu Trybunału Konstytucyjnego wypływa, że „w casusu art. 12 ust. 1 a art. 1714 ust. 1 SpMieszkU nie następują niepewności co do tego, że prawo te owocują porwaniem kooperatywy rozporządzenia własności szynków, aż do jakich beneficjenci lokatorskiego czy też własnościowego zarządzenia zgłosili postulat przeobrażenia przysługujących im praw w uregulowanie własności. Nie odpuszcza także niepewności obowiązkowy dla kooperatywy natura takiego roszczenia a brak w przekazie Konstytucji osnowy tudzież dewizy uzasadniających takie normatywne podejście, obowiązujące się z starganiem prawidła przechowywanego konstytucyjnie. Natychmiast już sam ustawowy ukaz przeniesienia cesze barów jest doniosłym zastrzeżeniem upoważnienia rozporządzania rzeczą, stanowiącego wymagany cząstka rozporządzenia cesze. Sam ów zarządzenie lindy hop łódźdo tej pory kontestowany w charakterze pogwałcenie Konstytucji RP, gdyż dopuszczano, że jego posada tkwi w art. 76 Konstytucji RP a napinaniu aż do usunięcia nieprostych postępowań spółdzielni. Niemniej jednak w kondycji, podczas gdy pozbawiana cechy kooperatywa nie otrzymuje dwustronnego zaświadczania ekwiwalentnego ze okolica postaci nabywającej przymiot, powiadać jawnie jest dozwolone o podważeniu kwintesencji prawidła cesze.”W oparciu o w samej rzeczy zdziałane rokowania Zdanie Okręgowy oszacował, że powództwo nie było korzystnego. Znakowałby, iż od momentu dnia zawarcia dzięki okolica umowy sprzedaży lokalu - art. 68 ust. 1 tudzież 2 ustawy spośród dnia 21 sierpnia 1997 r. o ekonomii nieruchomościami (Dz.TUŻ PRZY. z 2000 r. Nr 46, poz. 453 ze zm.), z jakiego konotacji powódka dążyła wywieść osobiste zapędy - pobłażał ośmiokrotnej metamorfozy. Sąd ów przybył aż do zdania, że w pobliżu decydowaniu sporu akt prawny ów ma aplikowanie chociaż nie w brzmieniu obowiązkowym w okresie tej transakcji, przecież w brzmieniu przyznanym bajką z 24 sierpnia 2007 roku (Dz.U. z dnia 21 września 2007 r.) podkreślając ratio legis tej ustawie.
Цитировать          2
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: