Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Allergik Konyunktivit
ALLERGOLOGIYA

Allergik Konyunktivit

 
 Allergik KonyunktivitAllergik Konyunktivit
Gözləriniz toz dənəciklərinə , gül pulcuqlarına va başqa allergenlərə qarşı həssas olduqda qızarır, qaşınır va su axır. Bunlar allergik konyuktivitin simptomlarıdır. Allergik konyunktivit gözün allergena qarşı iltihabi reaksiyasıdır.
Konyunktiva qişası - göz almasının va göz qapaqlarının daxili qatını örtür. Əsasən mövsümi (toz, gül tozları) allergenlərə qarşı qıcıqlanma baş verə bilər. Bu həmçinin orqanizmin allergenə reaksiyasıdır. 
 
Allergik konyunktivitin  hansı formaları var?
2 forması var:
  Kəskin allergik konyunktivit: əsasən, allergik mövsumlerde göz qapağı kəskin şişir, qaşınır va yandırır. Bu zaman burundan su da gələ bilər.
   Xroniki allergik konyunktivit: dərman, qida, heyvan tüklərinə qarşı reaksiya zamanı müşahidə olunur. Xroniki allergik konyunktivit il ərzində baş verir. Bu zaman simptomplar kəskin allergik konyunktivitdən daha yüngül olur. Simptomlara gözdə qaşınma və işığa həssaslıq aiddir. 
 
Allergik konyunktivitlərin səbəbi nədir?
Allergik konyunktivit kəskin hiperhəssaslıq mexanizmi ilə yaranır, yəni allergen ile kontaktdan dərhal sona yaranır.
Göz almasının anatomik quruluşu onun müxtəlif allergenlərlə təmasını asanlaşdırır. Allergenlər məişət (gənə, ev tozu, kitabxana tozu, balış və döşəklərdə olan tüklər), epidermal  (heyvani yun və qabiq, tük, lələk, balıq qidaları ), toz (müxtəlif  bitkilərin tozu) mənşəli ola bilər. Kosmetika, həmçinin məişət kimyasına qarşı allergiya yarana bilir. Çox nadir hallarda qidaya qarşı allergik konyunktivit müşahidə oluna bilər.
 
Allergik konyunktivitlərin simptomlari nədir?
Allergik konyunktivitlər zamanı simptomlar allergenlə kontaktadan dərhal və ya 12-24 saat ərzində baş verə bilər.
Bir qayda olaraq hər 2 gözdə olur. Bir gözdə allergiyanın olması tipik bir hal deyil, lakin bəzən ola bilər. Əsas simptomlara intensiv qaşınma, qızartı, yaşaxma və qapaq şişkinliyi aiddir. Fəsadli formada ışıqdan qorxma da müşahidə oluna bilər.
Müalicə düzgün aparılmadıqda və infeksiya prosesə qoşulduqda irinli ifrazat da müşahidə oluna bilər.
Adətən, allergik  konyunktivit allergik rinit ilə müşahidə olunur.
 
Allergik konyunktivit zamani hansi analizlər verilməlidir?
Allergik konyunktivit ilə 2 mütəxəssis məşğul olur: allerqo-immunoloq və oftalmoloq. İlk olaraq, oftalmoloqa müraciət etmək lazımdir, çünki allergik konyunktiviti başqa göz xətəliklərindən məhz o, differensasiya edəcək.
 
Allergik konyuntivitlərin müalicəsi:
Ev şəraitində müalicə:
Pəncərəni bağlı saxlanması
Evi tozdan təmiz saxlamaq
Hava təmizləyicilərdən istifadə etmək
Kimyəvi iylərdən, rənglərdən və parfümdan uzaq tutmaq
Gözlər qaşımamaq, sürtməmək. Qaşınma olduqa soyuq kompresdən istifadə etmək, çünki soyuq nəticəsində iltihab və qaşınma azalır
 
Medikamentoz müalicə
Allergenin təyin olunması və eliminasiyası
Antihistamin damcilarin təyini
Antihistamin tabletlərin təyini
Kəskin formada steroidlər də təyin oluna bilər
İstinad: OFTALMOLOQ-CƏRRAH DR.GÜNAY ƏLİYEVA
 
  23-03-2018, 15:53   Baxış: 428   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: