Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Mezoterapiya
KOSMETOLOGİYA

Mezoterapiya

 
MezoterapiyaMezoterapiya
Mezoterapiya – patologiya mənbəyinə kiçik miqdarda  daxil edilən  müalicəvi inyeksiya metodikasıdır. Preparatların dəriyə iynə ilə vurulması və əsəb hüceyrələrinə və reflector zonalara mexaniki təsir nəticəsində müalicəvi effektə nail olmaq olur.

Hansı zonalarda mezoterapiyanı istifadə etmək olar:

Üzün mezoterapiyası

· Cavanlaşdırıcı effect
Cavanlaşdırıcı effect əldə etmək üçün, dərinin solma əlamətləri yeni başlayan kimi mezoterapiya tətbiq olunmalıdır. Bu metod dərinin ən dərin qatlarına aktiv maddələrin yeridilməsinə görə hüceyrə və toxumalarda bərpa üçün şərayit yaranır.

Estetik mezoterapiya vaxtı , dərimizin əsas hissələrindən olan – kolagen, elastin, gialuron turşusu və s. maddələr dəriyə vurulur. Bu prosedur, bədəndə həmin maddələrin defisitliyini doldurur və tamamlayır. Bu da öz növbəsində dərinin hamarlayır, qırışlarını azaldır.

· Mezoliftinq
İndiki vaxtda dərinin tarımlığının bərpa olunması üçün , üzün "dartılma”, "çəkilmə” proseduru  çox geniş yayılıb.

Hər bir pasiyent üçün vitaminlər, aminoturşuar, kollagen və başqa aktiv maddələrlə bol olan fərdi kokteyl hazırlanır. Nəticədə dərinin tonusu bərpa olunur, xırda qırışlar yox olur və üzün rəngi yaxşılaşır.

Mezoterapiya gənclərin dərilərində olan problemlərinə  qarşı da, çox effektiv metodlardan biridir. Məsələn, səpkilər,akne xəstəlikləri, yara yerlərinin sağalması üçün mezoterapiya prosedurları, uzunmüddətli  antibiotiklərdən istifadə edilmənin qarşısını alır.

Bədən üçün mezoterapiya
Bədən dərisi üçün mezoterapiya – gözəl fiqura əldə etmək üçün, selulitin hər hansı bir mərhələsindən asılı olmayaraq müalicəsi üçün və başqa problemlərlə mübarizədə çox faydalı və effekli prosedurdur. Antiselyulit kokteylin əsəsas hissəsi, piyləridən və venotonik addələrdən ibarətdir. Onlar damarları möhkəmləndirir, mikroserkulyasiyanı, limfodrenajları aktivləşdirirlər, nəticədə bədəndən artıq mayenin və toksinlərin çıxarılmasına kömək edirlər.

Sinə və döş ətrafında olan dərinin mezoterapiyası mamoloq həkiminin konsultasiyasından sonra aparıla bilər. bu prosedur da həmçinin dərinin hamarlanmasına imkan yaradır.

Saç üçün mezoterapiya

Saç mezoterapiyası bir çox insanlara köməklik edib. Əsasən saç üçün mezoterapiya vasitəsindən kişilər istifadə edir. Mezotrixologiya prosesi, saç ətrafında olan dərinin qan dövranını yaxşılaşdırır saçların bitməsini stimullaşdırır.

Mezoterapiya kokteylləri, baş dərisini lazımi elementlərlə gidalandırır (oligoelementlərlə), saç follikulalarını bərpa edir və yeni saçların çıxmasında köməllik edirlər.

Adətən tam saçsız (daz) insanlar mezoterapiyanın 1-ci kursundan sonra saçların tez bir zamanda bitməsini vurğuluyurlar. Vitaminli və bitkili ekstratlarla bol olan kokteyllər, saçların diffuziya nəticəsində tökülən, quru və saçqıranlarla bol olan saçları, başın dərisi seboreya xəstəliyinə tutulan pasientlərə müvəffəqiyətli nəticələr verir. Bu kokteylərin tərkinində olan kimyəvi elementlər, məsəslən sink və selen  dərinin bərpa prosesində mühüm rol oynayır. Kobalt və manqan saçların tez ağarmasının qarşısını alır. Mis antioksidant təsirinə malikdir, gümüş isə, dərinin mübadilə fəaliyyətində iştirak edir.
 
  24-03-2018, 08:02   Baxış: 402   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: