Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Qıcıqlanmış bağırsaq sindromu
TERAPIYA / QASTROENTEROLOGIYA

Qıcıqlanmış bağırsaq sindromu

 Qıcıqlanmış bağırsaq sindromuQıcıqlanmış bağırsaq sindromu

Qıcıqlanan bağırsaq sindromu orqanik səbəb olmadan xronik abdominal ağrı və bağırsaq funksiyasının pozulması ilə müşahidə edilən mədə-bağırsaq sindromudur. QBS ən çox diaqnostika olunan mədəbağırsaq problemidir. Bir çox qərb ölkələrində QBS-nun əhali arasında yayılması 11%-dir.


QBS həm qadınları, həm də kişiləri, həm gəncləri, həm də ahıllarda rast gəlinir. Lakin, gənc yaşlı xəstələr və qadınlar arasında QBS daha çox rast gəlinir. QBS-nun geniş yayılmasına baxmayaraq, yalnız xəstələrin 15% həkimə müraciət edərək müalicə alır.


SİNDROMUN KLİNİKASI.


QBS olan xəstələrdə həm mədə-bağırsaq sistemi ilə bağlı şikayətlər olur, həm də bağırsaqlardan kənar şikayətlər tez-tez müşahidə edilir. Lakin, xroniki abdominal ağrı və bağırsaq vərdişlərinin (funksiyasının) pozulması və ya dəyişməsi QBS-nu xarakterizə edən əsas simptomlardır.


Xroniki abdominal ağrı. QBS olan xəstələrdə qarın ağrısı adətən küt olur və vaxtaşırı kəskinləşir, sonra isə intensivliyi səngiyir. Ağrının lokalizasiyası və xarakteri xəstələr arasında xeyli fərqlənə bilər. Ağrının kəskinliyi isə mülayim dərəcəlidən çox kəskin ağrıyadək dəyişə bilər. Bəzi faktorlar, o cümlədən, emosional stress və qida qəbulu, ağrının güclənməsinə səbəb ola bilər. Əksinə isə bağırsaqların boşaldılması ağrının azalması ilə müşaiyət edilir.


Lakin abdominal ağrı ilə yanaşı bəzi simptomların müəyyən edilməsi, həmin xəstələrdə səyləri qarın ağrısının digər səbəblərinin axtarışına yönəltməlidir.


Anoreksiya (iştahasızlıq), çəki itkisi və ya qidalanma səviyyəsinin zəifliyi ilə yanaşı müşahidə edilən abdominal ağrı. Bu simptomları olan xəstədə ciddi psixoloji xəstəlik olmadıqda, həmin simptomlar QBS-na uyğun deyil.

Tədricən intensivlikdə və kəskinlikdə artan ağrı, xəstənin yuxudan durquzan ağrı və ya yuxuya getməyə maneə olan ağrı.


Bağırsaq funksiyalarının (vərdişlərin) pozulması. QBS olan xəstələr bağırsaq vərdişlərinin pozulmasından şikayətlənir. Xəstələr aşağıda verilmiş bağırsaq vərdişlərinin pozulmasından şikayətlənir:

ishal,

qəbzlikdən,

ishalla qəbzliyin bir birini dəyişməsi

normal bağırsaq funksiyasının ishal və ya qəbzliklə əvəz olunması və tərsinə.


İshal. Diarreya kiçik və ya böyük həcmdə tez-tez yumşaq və ya sulu ishalla xarakterizə olunur. İshal əsasən xəstənin oyaq olduğu müddətdə müşahidə edilir və daha çox səhər və ya yemək qəbulundan sonra baş verir. Əksər hallarda bağırsaqların boşaldılmasına çağırışlarla yanaşı aşağı qarın ağrıları da müşahidə edilir. Bəzi hallarda xəstələrdə nəcisin saxlaya bilməməsi və ya bağırsaqların tam boşalmaması hissi də müəyyən edilir.

QBS olan xəstələrin yarısı nəcislə selikin ifrazından şikayətlənir. Böyük həcmli diarreya, qanlı nəcis, qecə vaxtı bağırsaqların boşaldılması və çox yağlı nəcis QBS-da müşahidə edilmir. Bu cür əlamətləri olan xəstələrdə bağırsaq funksiyasının pozulmasının digər orqanik səbəbləri axtarılmalıdır.

Bəzi xəstələrdə keçirilmiş infeksion (viruslu və ya bakteriyal) qastroenteritdən sonra ishalla müşahidə edilən QBS baş verə bilər. Buna postinfeksion QBS deyilir.

 

Qəbzlik. Qəbzlik günlər və aylar davam edə bilər və arada müvəqqəti olaraq ishal və ya normal bağırsaq funksiyası ilə əvəzlənə bilər. Nəcis əksər hallarda bərk və kürəcik şəklində olur. Xəstələr həm də bağırsaqların tam boşaldılmamasından şikayətlənir.


Digər mədə-bağırsaq simptomları. Yuxarı mədə-bağırsaq simptomları, o cümlədən, qastroezofaqal reflyuks, disfagiya, erkən toxluq, ürək bulanma, ürəklə əlaqəsi olmayan döş ağrısı, QBS olan xəstələrdə tez-tez müşahidə edilir. QBS olan xəstələr meteorizm və qarın köpündən, gəyirmənin çox olmasından da şikayətlənir.


Bağırsaqla bağlı olmayan simptomlar. QBS olan xəstələr bağırsaqlarla bağlı olmayan digər simptomlardan, o cümlədən, cinsəl funksiyanın pozulması, dismenorreya, disparineya, fibromialgiya, sidiyə getmənin tezləşməsindən, də şikayətlənə bilər.


DİAQNOSTİK MEYARLAR.

QBS-da xəstəliyə işarə edən spesifik bioloji markerlər olmadığından (çünki orqanik pozuntu yoxdur), QBS-nun diaqnostikası üçün müvafiq meyarlar qəbul edilmişdir.

Manninq meyarları: Manninq tərəfindən 1978-ci ildə təklif olunmuş bu meyarlara aşağıdakılar aid edilir:

qarın ağrısının bağırsaqların boşaldılması ilə rahatlanması

selikli nəcis

bağırsaqların tam boşaldılmaması hissi

ağrı ilə eyni zamanda müşahidə edilən yumşaq və ya sulu ishal

qarının köpməsi

Roma meyarları: Bu meyarlar 1992-ci ildə qəbul edilmiş və 2005-ci ildə yenidən baxılmışdır. Bu meyaralar görə QBS defekasiyanın dəyişkənliyi ilə müşahidə edilən abdominal ağrı və ya qarında diskomfort kimi təyin edilmişdir.

Hazırda QBS-nun 4 növü müəyyən edilir:

Qəbzlikli QBS (bağırsaqların boşaldılması hallarının >25%-dən çoxunda nəcis bərk, <25%-dan az hallarda yumşaq və ya sulu olur).

İshallı QBS (bağırsaqların boşaldılması hallarının >25%-dən çoxunda nəcis yumşaq və ya sulu olur, <25%-dan az hallarda isə nəcis bərk olur).

Qarışıq QBS (bağırsaqların boşaldılması hallarının >25%-dən çoxunda nəcis yumşaq və ya sulu olur, >25%-dan az hallarda isə nəcis bərk olur).

Növü qeyri-müəyyən olan QBS (bağırsaq vərdişlərinin pozuntusunu xarakterizə etmək çətin olur).

Roma meyarları kliniki tədqiqatlarda geniş tətbiq edilsə də, bir çox mütəxəssis kliniki praktikada Manninq meyarlarının istifadəsinə daha çox üstünlük verir.


DİAQNOSTİK YANAŞMA.


Bir çox digər xəstəliklərin oxşar simptomlarla müşahidə edildiyini nəzərə alaraq, QBS diaqnozunu qoymaqdan əvvəl digər səbəblərin istisna edilməsi xüsusi əhəmiyyət kəsb edir.


QBS-da laborator testlərin nəticələri normal olur. QBS-lə uyğun gəlməyən "həyacan" simptomlarına aşağıdakılar aiddir:


Rektal qanaxma

Gecə baş verən və ya tədricən pisləşən qarın ağrısı

Çəki itkisi

Laborator analizlərdə pozuntular - anemiya, iltihab markerlərinin (EÇS, C-reaktiv zülal) artması və elektrolit pozuntuları.

Bu sadalanmış "həyacan" simptomları olan xəstələrdə bağırsaq disfunksiyasının səbəbini müəyyən etmək üçün əlavə diaqnostik müayinələr və/və ya kolonoskopiyanın aparılması nəzərdən keçirilməlidir.

QBS diaqnozu ehtimal edilən xəstələrdə "həyacan" simptomları olmadıqda və nəsildə bağırsağın iltihab xəstəliyi və ya kolorektal xərçəng olmadıqda, bir neçə diaqnostik müayinə və testlərlə orqanik xəstəliyin istisna edilməsi mümkündür.

Diaqnostik müayinələrin seçimi xəstədə müşahidə edilən QBS-in tipindən asılı olur.

 

İshallı QBS. Xəstənik kliniki təqdimatı və anamnezindən asılı olaraq aşağıdakı testlərin aparılması tövsiyə oluna bilər:


Nəcisin əkilməsi. Xroniki ishalı olan xəstələrdə nəcisin əkilməsinin rolu çox azdır. Yeganə istisna isə xəstədə Giardia lamblia infeksiyasının olması ehtimalıdır.

Seliakiya xəstəliyi və ya Qlyuten enteropatiyası. İshallı QBS olan xəstələrdə qlyuten enteropatiyasının istisna edilməsi üçün qanda transqlyutaminazaya qarşı İqA anticismlərinin təyini tövsiyə edilir.

24 saatlıq nəcisin toplanması. Osmotik və ya sekretor ishal və ya malabsorbsiya nəzərdən keçirildikdə, 24 saatlıq nəcisin toplanması və müayinəsi nəzərdən keçirilə bilər.

Kolonoskopiya və ya qatlanan siqmoidoskopiya və biopsiya. Xroniki diarreyanın bir sıra səbəbləri, o cümlədən, mikroskopik kolit, endoskopik müayinənin aparılmasını tələb edr.

Qəbzli QBS. Qəbzliyi olan QBS xəstələrində digər səbəbləri istisna etmək üçün aşağıdakı testlərin aparılması tövsiyə edilə bilər:

Radioloji müayinə. Qarın boşluğunun bəsit rentgen filmində bağırsaqlarda qalmış nəcis müəyyən edilə bilər və qəbzlik diaqnozunun qoyulmasına yardım edə bilər.

Kolonoskopiya və ya qatlanan siqmoidoskopiya. Bağırsaqlarda törəmənin olduğu şübhə altındadırsa xəstələrdə kolonoskopiya və ya qatlanan siqmoidoskopiyanın aparılması tövsiyə oluna bilər. Yaşı 50-dən yuxarı olan xəstələrdə kolonoskopiyanın aparılması daha məqsədə müvafiqdir.

 

Qarışıq QBS. Qarışıq QBS olan xəstələrdə diaqnostik müayinə xəstənin klinikası və anamnezi əsasında təyin edilə bilər.

Müalicə üsulları

Xəstələrin əksəriyyətində düzənli bir diet qıcıqlanmış bağırsaq sindromunun əlamətlərini azaldır. Dieti dəyişdirmədən əvvəl hansı qidaların xəstədə narahatlığa səbəb olduğu qeyd edilməli və həkimə bildirilməlidir. Bir çox xəstələrdə lifli pəhriz qidaları xəstəliyin əlamətlərini azaldır. Taxıllar, lobya, meyvə və tərəvəzlər bu qidalardandır. Yüksək lifli pəhriz yoğun bağırsağın şişkin qalmasına səbəb olur və bu da yığılmaları azaldır. Yüksək lifli dietlər qaza və şişkimliyə səbəb olsa da, bir neçə həftə içində orqanizmin dietə uyğunlarması ilə birlikdə xəstələrin vəziyyəti yüngülləşir.

 


 

 

 

  26-03-2018, 10:16   Baxış: 234   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: