Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Uşaqlıqdankənar hamiləlik
GİNEKOLOGİYA

Uşaqlıqdankənar hamiləlik

 
Uşaqlıqdankənar hamiləlikUşaqlıqdankənar hamiləlik
Uşaqlıqdan kənar hamiləlik- mayalanmış yumurta hüceyrənin uşaqlıqdan kənaryerdə yapışıb inkişaf etməsidir. Belə hallar çox zaman (təqribən 90%) uşaqlıqborularından birində, uşaqlıq boynunda, bəzən yumurtalıqda, hətda qarın boşluğundadaizlənilə bilər.

Həyati təhlükə daşıyan bu hal mayalanmış yumurta hüceyrənin uşaqlıq borusu ilə hərəkət edərək uşaqlıq boşluğuna doğru irəliləyə bilməməsi zamanı yaranır. Uşaqlıq borularının hissəvi keçməzliyi borulardakı iltihabi proseslərlərin (bitişmə prosesi və ya daxili qatda olan kiprikciklərin hərəkətinin pozğunluğu) nəticəsində və ya anadangəlmə inkişaf zəifliyi səbəbindən ola bilər.  Borunun çox daralmış hissəsindən yumurtahüceyrədən qat qat xırda olan spermatozoidlər keçmək qabiliyyətinə xasdırlar. Yumurta hüceyrə isə öz ölçülərinə görə mexaniki maneəni aşa bilmədikləri üçün borunun daralmış yerində "ilişib qalır”. Və mayalanma nəticəsində əmələ gələn döl borunun divarı ilə təmasa girərək ona invaziya edir.

Uşaqlıq borusunun diametri tərkibində böyüyən döl üçün yetəri qədər geniş olmadığından gec tez onun zədələnməsi baş verir. Bu zaman çox saylı damarların zədələnməsi nəticəsində qarın boşluğuna güclü qanaxma baş verir. Zamanında tibbi müdaxilə olunmazsa itirilən qanın həcmi qadının həyatı üçün təhlükəyə gətirib çıxara bilər.

Uşaqlıqdankənar hamiləliyin simptomları:

Zamanında uşaqlıqdankənar hamiləlik diaqnozu qoymaq çox çətin olur. Beləki bu hal çox zaman adi uşaqlıq daxili hamiləlik və ya aybaşı gecikməsi kimi maskalana bilər. Heçdə bütün qadınlar zamanında qarının aşağısında(sağda və ya solda) olan ağrılara əhəmiyyət vermirlər. Çox qadınlar ağrıları müxtəlif səbəblərlə (qeyri-normal aybaşı tsikli, keçirilmiş zökəm, stress və s) əlaqələndirir. Izahat çoxdur, əsl səbəb isə birdir-uşaqlıqdan kənar hamiləlik...

Adətən qadınlarda aybaşı gecikməsi (10-15günə qədər), hamiləliyin əlamətləri, doğum yollarından az qanlı ifrazatlar olur. Bununla qadın gecikmiş aybaşısının başladığını düşünərək heç bir tədbir görmür. Qısa zaman ərzində qanamanın həcmi artıqca qadın qarının aşağısında olan ağrıların (sağ və ya sol qalça çuxurunda) artmasını , ümümi halsızlıq halını qeyd edir. Bu zaman qadının hospitalizasiya olunması vacibdir. Ətraflı müayinə olunan qadına uşaqlıqdankənar hamiləlik diaqnozu qoyulduqdan sonra acil cərrahi müdaxilə olunur. Uşaqlıq borusunda olan hamiləliyin həftəsindən, divarların zədələnmə dərəcəsindən, həkimin kvalifikasiyasından asılı olaraq əməliyyatın həcmi uşaqlıq borusunun saxlanılmasından kəsilib çıxarılmasına qədər fərqli ola bilər.

Qarının aşağısındakı ani güclü ağrıların xarici qanama olmadan baş qaldırması (hətta qadının huşunun itməsinə gətirib çıxara bilər) qarın boşluğuna olan qanamaya işarədir. Belə olduqda tətili tibbi yardıma müraciət olunmalı, qadın acil cərrahiyə şöbəsinə yerləşdirilməlidir.

Öz sağlamlığına, bədən ritmlərinə diqqət yetirən qadın yaranmış vəziyyəti zamanında dəyərləndirib uşaqlıq borusunun yırtılması, daxili qanaxma mərhələsinə qədər vəziyyətinin ağırlaşmasının qarşısını ala bilər. Bunun üçün aybaşı gecikməsinin 7-10cu günündə, ələxsusda doğum yollarından qəhvəyi ifrazat olarsa şəxsi həkim ginekoloqa müraciət etmək lazımdır. Müasir diaqnostika metodları hamiləliyi ilkin həftələrindən aşkarlamaq və zamanında düzgün diaqnoz qoymağa icazə verir. Hamiləliyin normal uşaqlıq daxilində olduğunu müəyyənləşdirmək, daha dəqiq məlumat əldə etmək üçün vaginal üsulla USM etmək məsləhətdir.

Risk qrupları:

Kiçik çanaq orqanlarının xroniki iltihabi prosesləri olan qadınlar (mikoplazma, ureaplazma, xlamidiya aşkarlanan qadınlar);

Anamnezində boru sonsuzluğu diaqnozu qoyulmuş qadınlar;

Endometrioz;

Anadangəlmə uşaqlıq və uşaqlıq borularının anomaliyası;

Adəti düşük olan qadınlar;

Kontrasepsiya üsulu kimi UDV istifadə edən qadınlarda;

Hər 6 qadından birində boru hamiləliyinin kontrlateral boruda təkrarlanma riski yüksəkdir.

Boru hamiləliyin əsas səbəblərindən biridə tibbi abortlardır. Beləki hamiləliyin süni yolla sonlandırılmasından sonra çox zaman kiçik çanaq orqanlarında iltihabi proseslər baş verir. İltihab nəticəsində incə uşaqlıq borularında bitişmə prosesləri baş verirki, buda mayalanmış yumurta hüceyrənin boru ilə  hərəkət edərək uşaqlığa düşməsinə mane olur.

Uşaqlıq borusunu necə qoruyub saxlamaq olar?

Keçən əsr üçün ən optimal müalicə üsulu qarının ön divarını kəsməklə qarın boşluğuna giriş etmək və ektopik hamiləlik yerləşmiş borunun çıxarılması idisə, müasir tibb daha az və orqanqoruyucu müalicə üsulları təklif edir:

Medikamentoz – hamiləliyin ilkin həftələrində xüsusi qan analizlərə diqqət edərək stasionar şəraitdə metotreksat preparatı təyin etməklə hamiləliyin inkişafının dayandırılması;

Laparoskopik yolla qarının ön divarından xırda kəsiklərdən instrumentlərlə qarına daxil olub orqan-qoruyucu (borunun təmizlənməsi, döl kisəsinin tərkibindən xaric edilməsi) əməliyyatların icra olunması. Belə olduqda ətraf toxumalar zədə almadığından qadının sağalma dövrüdə daha qısa zamanda olur. Bu xüsusəndə yenidən ana olmaq istəyən qadınlar üçün çox önəmlidir.  Əməliyyatdan sonrakı dövrdə bitişmələrin yaranması riski minimal olduğundan bir neçə müddət sonra qorunub saxlanılan uşaqlıq borusu yenidən funksional olub qadının hamilə qalmasında iştirak edə bilər.
İstinad: SabinaMirzayeva.az
 
  27-03-2018, 12:24   Baxış: 309   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: