Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Yalançı inaq öldürür
INFEKSION XƏSTƏLİKLƏRİ / PEDİATRİYA

Yalançı inaq öldürür

 
Yalançı inaq öldürürYalançı inaq öldürür
Qrip, suçiçəyi, qızılca, göy öskürək və bu kimi infeksiya ilə yoluxan xəstəliklərdən xəbərsiz olan valideynlər azdır. İlk simptomlardan artıq xəstəliyin nə olduğunu aydınlaşdırmaq mümkün olduğundan müalicəyə də tez başlanılır. Məhz buna görə də, belə xəstəliklər valideyn tərəfindən qorxulu xəstəliklər hesab olunmur.

Lakin elə xəstəliklər var ki, ümumiyyətlə, insanlar onnan xəbərsizdir və əksər hallarda siqnal olaraq özünü göstərən simptomlara da biganə yanaşırlar. Bir müddət sonra daha da kəskinləşən virus müəyyən müddət sonra ağırlaşaraq hətta ölümlə nəticələnə bilir. Belə xəstəliklərdən biri də yalançı inaqdır.

Kəskin və təhlükəli hal hesab edilən yalançı inaq əksər hallarda həkim müayinəsindən sonra aşkar edilir. Əslində, xəstəliyin göstəriciləri aşkar surətdə inağın xəbərçisi olsa da, insanlar bunu allergik reaksiyalar və qriplə səhv salırlar. Məhz bu səbəbdən türkəçarələrlə sağaldılmağa çalışılan inaq bir müddət sonra daha təhlükəli hal alaraq ölüm həddinə gətirib çıxarır. İnsanların inaqdan xəbərsiz olmasının bir səbəbi də onun haqqında kifayət qədər məlumatın olmamasıdır.

İnaq xüsusən azyaşlılar arasında olduqca geniş yayılmış bir xəstəlikdir. İlkin göstəriciləri adi soyuqdəymə kimi olsa da, bir müddət sonra artan öskürək və halsızlıq inağın inkişafda olmasının göstəricisidir. İnaq o zaman tamamilə yetişmiş hesab olunur ki, insanda hürməyə bənzər öskürək yaranır və qarşısını heç nə ilə almaq mümkün olmur. Alınan nəfəsin boğazda qalması və heç cür geri verilə bilməməsi boğulma yaradır, azyaşlılar üçün bu boğulmaların riski olduqca böyükdür. İnaq zamanı səs telləri və telaltı sahədə şişkinlik yaranır və nəfəs alıb-vermə çətinləşir. 3 mərhələyə bölünən yalançı inaq 3-cü mərhələyə yetişdikdə artıq ciddi müalicə tələb edir və bu mərhələdə olan insanların ölümlə üz-üzə gəlməsi an məsələsi olur. Nəzərə alsaq ki, yalançı inaq əsasən uşaqlar üçün xarakterikdir, uşaqların bu bəladan sağ çıxması isə möcüzə hesab oluna bilər.

Pediatr Xatirə İsayevanın sözlərinə görə, inaq uşaqlar arasında yayılmış xəstəliklər sırasında ilk üçlükdədir. Təhlükəlidir, müdaxilə edilməlidir və müalicəsi mütləq alınmalıdır. Valideynlərin səhlənkarlığı ucbatından bəzən inaq 3-cü dərəcəyə qədər yüksəlir. Çox hallarda ev şəraitində müalicə oluna bilən inaq valideyn gecikdirilməsi səbəbindən xəstəxana şəraitində baxımın məcburi olması ilə nəticələnir. Əksər uşaqlar isə ölümün eşiyindən dönür: "İnaq tənəffüsün çətinləşməsidir. Gecikdirilib daha da ağırlaşdırılmış formaya salınmazsa təhlükəli hesab olunmur. Gecikdirilmiş inaq isə artıq riskdir. Nəfəs almaq mümkündür, amma geri vermək mümkün deyil. Belə olan halda tibbi müdaxilə lazımdır ki, tənəffüs bərpa edilsin. Əks halda boğulma və ölüm riski var. İnağın yaranma səbəbləri virus xəstəlikləridir. Qrip, qızılca, öskürək, suçiçəyi və bu kimi bilinən xəstəliklərə fikir vermədikdə, qorumadıqda yalançı inaq meydana gəlir. İnaq zamanı udlaq darlaşır, tənəffüs yolları qısılır. Boğazdan yuxarı heç bir funksiya normal işləmir. İnağa yoluxma kütləsi azyaşlılardır. Məktəb yaşına çatmamış uşaqlar üçün belə bir xəstəlik bədənin qaldıra biləcəyindən də artıq yük hesab olunur. İnfeksiya udlağın girişindəki selikli qişanı zədələyir, onun şişməsinə, udlaq əzələsinin spazmasına səbəb olur. Udlaq yolunun tezliklə sıxılması baş verir ki, bu da oksigen çatışmazlığına gətirib çıxarır".

Bir sıra simptomlar var ki, onların vaxtında aşkarlanması valideynlərə bir növ ip ucu vermiş olur. Bu simptomlar sayəsində bilmək mümkün olur ki, azyaşlı inağa yoluxur və ya artıq yoluxub. Pediatr deyir ki, xırıltılı, gecələr tənəffüsün tutulması, nəfəsdə çətinlik, narahatçılıq, udlağa baxışda səs tellərinin altından selikli qişanın şişməsindən əmələ gələn iki qızarmış diyircək inağın kəskinləşməsinin göstəricisidir. Bu mərhələyə çatana kimi, şiddətlə artan öskürək, gözlərin qızarması və şişməsi, iştahanın azalması və bu kimi hallar özünü göstərir: "Tutma qəfildən, çox vaxt gecənin ortasında olur. Uşaq narahat olur, qorxudan oyanır, ağlayır, əlləri ilə ağzını tutur, bərkdən, xırıltılı öskürür, çətinliklə nəfəs alır, tənəffüs xırıltılıdır, səs cingiltilidir. Tənəffüs zamanı bütün tənəffüs əzələləri işə düşür, ağız-burun üçbucağı göyərir, dəri avazıyır. Əksər hallarda boğazda yığılan bəlğəmin nəfəs yollarına düşmə ehtimalı da var ki, bu zaman uşağın taleyi demək olar ki, bir ipdən asılı olur. Ata və ana qorxmamalı, belə halda təcili müdaxilə etməlidir. Valideynlərin qorxu, həyəcan və panikası uşaqların ölümünə səbəb ola bilər. Vaxt itirmədən təcili yardım çağırmaq da mümkündür, o halda ki, əmin olsunlar ki, nəfəs borusu təmizdir. Əks halda gözləmək məsləhət deyil".

Həmsöhbətmizə görə, "hürmə" şəkilli öskürək və səsin xırıltılı olması valideynləri xeyli dərəcədə narahat etməlidir. "Belə öskürəkdən sonra tənəffüsün pozulması əlamətləri artmağa başlayır, uşağın nəfəs alması çətinləşir, onun rəngi əvvəlcə avazıyır, sonra isə göyərir. Yalançı inağa tutulmuş uşaqları ən az 5 yaşına kimi qorumaq lazımdır. Küləkli havalarda gəzdirməməli, xüsusən səhərin təmiz havasına çıxarmalı, nəfəs yollarını qıcıqlayan hər bir amildən uzaq durmalıdırlar".
İstinad: news.milli.az
 
  30-03-2018, 16:47   Baxış: 291   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: