Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » DERMOİD KİSTA- QIL DÖNMƏSİ
CƏRRAHİYYƏ

DERMOİD KİSTA- QIL DÖNMƏSİ

 
DERMOİD KİSTA- QIL DÖNMƏSİDERMOİD KİSTA- QIL DÖNMƏSİ
QIL DÖNMƏSİ NƏDİR? 
Xalq arasında qıl (tük) dönməsi olaraq adlandırılan pilonidal sinus ümumiyyətlə quyruq hissəsində görülən bir və ya bir neçə ədəd dəridə açılmış dəlik , iltihab , şişlik və ya Apse şəklində özünü göstərən bir xəstəlikdir. Son illərdə tez-tez görülən bu narahatlıq insanların həyat keyfiyyətini pozması , müalicəyə baxmayaraq təkrarlanma  ehtimalı olması səbəbi ilə xəstələrin qorxulu yuxusu halına gəlməkdədir.

Pilonidal sinus büzdüm bölgəsi xaricində qasıq bölgəsində , qoltuq altlarında və göbəkdə də görülə bilər. Ən çox olaraq 16 – 40 yaş insanlar arasında rast gəlinilir. Kişilərdə daha çox olan bir xəstəlikdir.

Xəstəliyin səbəbi iki omba arasında qalan intergluteal sulkus deyilən çuxur (novça) şəklindəki bölgəyə kürək və başdan tökülən tüklərin , bu büzməli bölgədə sürtünmə nəticəsində çuxurun (novun) ən dibindəki tər vəzi dəliklərində sanki bir sap kimi dönərək dəri altı bölgəyə girməsi , bu bölgədə ağac kökü kimi labirintlər meydana gətirməsidir. Bu dəliklərdən içəriyə girən bakteriyalar burada iltahab, irinli və ya qanlı , murdar qoxulu axıntılar meydana gətirir. Əgər üstdəki dəlik tutularsa iltahab çölə axmaz və apse meydana gələr.

PİLONİDAL SİNUS SİMPTOMLARI NƏLƏRDİR?
Quyruq hissəsindəki qıl dönməsi ümumiyyətlə infeksiya olana qədər özünü çox bildirməz. Bu xəstələrdə quyruq hissəsində ağrılı şişlik , otura bilməmək , yeriyə bilməmək kimi şikayətlərlə həkimə gedən bir gənc yeniyetmələrdə , burada apse müəyyən olunması və bu apsenin açılaraq xaric (drained) edilməsi ilə başlayır. Apsenin xaric (drained) edilməsi təcili müalicə tələb edən hallarda tətbiq edilir. Əgər xəstə əməliyyat olmaz isə bu bölgədə zaman zaman axıntı olması xaricində şikayət olmadan bir müddət həyatını davam etdirə bilər.

Ancaq bir neçə həftə və ya ay sonra yenə eyni hal təkrarlanacaq. Hər apse təkrarında isə ağac kökü şəklindəki sinuslar daha irəliyə gedərək xəstəlik daha da inkişaf edəcək.

Müayinə zamanı bu bölgədə dəlik açıqlığı iynə ucundan kibrit çöpü diametrinə qədər dəyişə bilər.Bir və ya bir neçə dəlik müəyyən oluna bilər , bu dəliklərdən açıq rəng axıntı , iltahab , zaman zaman qıl gəldiyi görülə bilər. Yenə bu bölgədə qızartı , şişlik , ağrı daha çox rastlanan şikayətlərdəndir.

PİLONİDAL SİNUS NECƏ MÜALİCƏ EDİLƏR?
Pilonidal apsenin müalicəsi: Qıl dönməsi apsesi təcili müalicə tələb edən bir vəziyyətdir . Çünki xəstə ağrılıdır , oturmaqda və yeriməkdə çətinlik çəkməkdədir. Apse müalicəsi ümumiyyətlə əgər apse çox böyük deyil isə lokal anesteziya ilə həyata keçirilir. Apse,anesteziya tətbiq olunduqdan sonra inyeksiya ilə boşaldılır, içi təmizlənib yuyulur , antibiotikli pomadlarla bağlanır. Tez-tez təkrarlanan pansumanlarla infeksiya keçirilir. Bu əsnada apse ətrafındakı ətlərin da təraş edilməsi,təmizlənməsi lazımlıdır.

Pilonidal sinus müalicəsiTük dönməsi sinus traktuslarına yəni dəri altında olan ağac kökü şəklində yerləşmiş ət yuvalarına istiqamətli olaraq həyata keçirilir. Bu məqsədlə fenol inyeksiyası , sinus traktusunun kəsilib açıq buraxılması , qismən çıxarma , total çıxarma və primer bağlama və ya açıq buraxma (marsupializasiya) , dəyişik flap çevirmə deyilən toxuma sürüşdürmə üsulları tətbiq olunmaqdadır.

Bədənin digər bölgələrində görülən qıl dönmələri büzdüm qədər olmasa da xəstələri narahat edir. Xüsusilə qadınlarda qasıq və pərinə bölgəsində görülən kiçik apse şəklində özünü göstərən və bir cür yaxşılaşmayan mərkəzlər meydana gələ bilər. Bu halların çox böyümədən müalicə edilməsi irəlidəki daha böyük problem və əməliyyatların qarşısını alacaqdır .

Göbək bölgəsində olan qıl dönməsi özünü ümumiyyətlə axıntı və pis qoxu ilə müəyyən edir. Bu bölgədəki iltihabı və sinusların da daha çox inkişaf etmədən müalicə edilməsi lazımdır.

Qıl dönməsi ən yaxşı aparılmış bir əməliyyatdan sonra belə təkrarlanma ehtimalı olan bir xəstəlikdir. Busəbəblə xəstələrin əməliyyatdan əvvəl yaxşı qiymətləndirilməsi , uyğun əməliyyatın seçilərək , titizliklə edilməsi qədər , əməliyyatdan sonra xəstənin həkiminin məsləhətlərinə daha ciddi yanaşması da əhəmiyyətlidir.

Əməliyyatdan sonra erkən dövrədə yaranın yaxşı qorunub baxılması , uzun dövrdə isə o bölgənin gigiyenasına diqqət edilməsi lazımlıdır. Əməliyyatdan sonrakı dövrdə ən az iki il müddət ilə o bölgə təraş edilməli və ya tük tökücü dərmanlarla təmizlənməlidir.
Müəllif Fuad Nəzərov
 


 
  3-04-2018, 10:41   Baxış: 474   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: