Hündürdaban ayaqqabı geyinən xanımların PROBLEMİ - "Halluks valgus" » Virtual tecili yardim
Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Hündürdaban ayaqqabı geyinən xanımların PROBLEMİ - "Halluks valgus"
Xəbərlər

Hündürdaban ayaqqabı geyinən xanımların PROBLEMİ - "Halluks valgus"

 
Hündürdaban ayaqqabı geyinən xanımların PROBLEMİ - "Halluks valgus"Hündürdaban ayaqqabı geyinən xanımların PROBLEMİ - "Halluks valgus"
"Halluks valgus” ayaq baş barmağının digər barmaqlara doğru istiqamətlənən deformasiyasıdır. Eyni zamanda, birinci ayaqdarağı sümüyünün içə doğru istiqmətlənməsidir.

Baku Medical Plaza Klinikasının OTİM (Ortopediya və Travmatologiya, İdman Cərrahiyyəsi və Fizioterapiya Mərkəzi) bölümündən Uzman Dr. Şəhriyar B.Fətullayev ilə ayaq xəstəlikləri haqqında danışdıq.

"Halluks" ayaq başbarmağı deməkdir. "valgus" isə deformasiyanın bədənimizdəki orta xətdən uzaqlaşan istiqamətdə olduğunu göstərən anatomik termindir. Bunun nəticəsində ayaq başbarmağının yuxarısında bir müddət sonra şişkinlik meydana gəlir ki, buna da "bunion" deyirik. Bunion dəri səthində qırmızı rəngdə və həssas şişlik olduğunundan xalq arasında başqa bir xəstəlik olan ``podaqra`` ilə qarışdırılır.

"Halluks valgus” podaqra deyil!

Podaqra ( Qut, Gout ing.) Bütün organizmin xəstəliyidir (maddələr mübadiləsinin pozuntusudur), Podaqra tutması bir neçə gün, bəzən bir neçə saat ərzində ortaya çıxır və şiddətli ağrılara səbəb olur, əsasən kişilərin xəstəliyidir, müalicəsi pəhriz və dərmanlarladır. Onu "Halluks valgus”la qarışdırmaq olmaz.

Bu deformasiyanın səbəbləri nədir?

Əmələ gəlməsində bir çox faktorlar rol oynayır. Bunlardan biri də qadınların geyindiyi yüksək dabanlı uyğun olmayan ayaqqabılardır. İrsi faktorlar da müəyyən edilmiş digər səbəblər arasında yer alır. Ailədə halluks valgusu olanlarda daha çox rastlanır.

Qadınlarda kişilərdən daha çox rast gəlinir

Yüksək topuqlu ayaqqabı geyindikdə bədən ağırlığının 70-80 faizi başbarmaq ilə birinci ayaqdarağı arasındakı oynağa yüklənir. Bunion deyilən şişlik də elə burda meydana gəlir. Dəri səthində qızartı və şişlik, döyənəklər yaradır. Bu da ağrı ilə özünü göstərir. Ağrını ortadan qaldırmağın yolu təzyiqi azaltmaqdır.

Müalicəsi nədir ?

Hallux Valgus müalicəsində ortezlər və fiziotetapiya metodları istifadə olunur, effektivliyi sümük deformasiyasını düzəltmədiyi üçün azdır.
Deformasiyanın müdaxiləsiz geriyə dönmə şansı yoxdur, son müalicə üsulu yalnız cərrahiyə əməliyyatıdır. Bunun üçün 200-ə yaxın cərrahi metod göstərilmişdir. Hansı metodun seçiləcəyi qərarını ayaq rentgenləri çəkildikdən sonra halluks valgusda sümüklər arasında bucaqlar ölçülərək verilir.
İstinad:www.bmp.az
 
  4-04-2018, 21:05   Baxış: 255   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: