Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Babasil xəstəliyi
CƏRRAHİYYƏ

Babasil xəstəliyi

 
Babasil xəstəliyi Babasil xəstəliyi
Babasil – insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir. Hemorroy – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının patoloji şəkildə dəyişməsindən ibarətdir. Qəbizlik zamanı düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə Hemorroy xəstəliyinin olmasını qeyd etmək olar.
 
İki cür ola bilər.
1.Daxili hemoroid: Makatın içəri hissəsində ət sallanmasıdır. Normalda görülmür, ancaq müayinə ilə müəyyən edilir.
2.Xarici hemoroid: Makatın xarici hissəsində ət sallanması şəklindədir. Bayırdan görmək və hiss etmək olur.
 
Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, anal dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir. Daha sonra Hemarroy xəstəliyinin əsas əlaməti olan düz bağırsaqdan qanaxma başlayır. Qanaxma defekasiya aktı zamanı baş verir. Bu zaman qan al-qırmızı rəngdə oub bəzi hallarda nəcis ifrazından sonra şırnaqla xaric olur, əksər hallarda isə xəstələr ilk dəfə olaraq alt paltarlarında və ya tualet kağızında qan izlərinin olmasını qeyd edirlər. Daha sonra hemorroidal düyünlər anal dəlikdən xaricə də çıxa bilər. Bəzi hallarda xəstələr düyünlərin xaricə çıxmasını hiss edərək öz barmaqları ilə onları geriyə-içəri salmalı olurlar. Arxa dəlik ətrafında qanaxma və ağrı qeyd edildiyi hallarda insanların yol verdiyi ən böyük səhv, onların həkimə gec müraciət etməsidir. Yadda saxlamaq lazımdır ki, arxa dəlik ətrafında qanaxma və ağrı hissiyyatının qeyd edilməsi yalnız babasil deyil, ondan daha qorxulu olan düz bağırsaq xərçəngi xəstəliklərin də əlaməti ola bilər.

Babasilin risk faktorları:
Xəstəliyə irsi meyilliliyin olması
Alkoqollu içkilərin xeyli miqdarda qəbul edilməsi
Xroniki qəbizlik
Uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdıə işləmək
Ağır əşyaların qaldırılması
Tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi
Təkrar hamiləliklər
 
Babasilin  təsnifatı:

 I mərhələdə  ancaq  qanaxma  olur  və  hemorroidal düyünlər  çölə çıxmır.

II mərhələdə  düyünlər  xaricə  çıxsada  özləri   sərbəst  anal  kanala  qayıdır.

III mərhələ - düyünlər  daxilə,  bağırsağın  içərisinə  özləri  sərbəst  yox, əllə  qaytarılır.

IV mərhələ - hemorroidal  düyünlər  daxilə  qayıtmır  və  çox  hallarda  düz  bağırsağın  selikli  qişası  da xaricə  çıxmış  olur.

Müasir dövrdə bütün dünyada daha çox az invaziv üsulların tətbiqinə böyük üstünlük  verilir. Bu üsullara aiddir: infraqırmızı şüalarla mfotokoaqulasiya, skleroterapiya, lateks həlqələrin qoyulması, hemorroidal damarların ultrasəs dopplerometriyası nəzarəti  altında  bağlanması. Bu metodlar həm ambulator, həm də stasionar şəraitdə tətbiq edilir.
Babasil xəstəliyinin müalicəsi 
Dördüncü dərəcə hemoroidlərdə əməliyyatla müalicə lazımdır. Klassik hemoroid əməliyyatında anesteziya altında hemoroid toxuması kəsilib çıxarılaraq qalan yerə tikiş qoyurlar. Longo üsulunda isə xüsusi bir alətlə hemoroidlərin üst hissəsindəki bölgədən hainfraret_koagulasyonlqa şəklində toxuma çıxarılır. Beləliklə tikilmiş olan toxuma yuxarı çəkilmiş olur. Anesteziya altında aparılır və bir həftə içərisində normal həyata qayıdılır. Əməliyyat sonrası ağrı yox deyiləcək qədər azdır.

"İnfrared Koaqulasyon lazer” üsulu isə infrared prinsipinə əsaslanır. Eyni məntiqlə, dondurma (kriyoterapi) prosesi də aparılır. Bir anoskop köməyi ilə makatın içi incələndikdən sonra infrared cihazı ilə babasil məməsi boynuna infrared cərəyanı verilir.

HEMOROİD DƏRMANLA MÜALİCƏ EDİLƏ BİLƏRMİ?
Kremlər, şamlar, ağrı kəsici kremlər xəstəliyi müalicə etməkdən daha çox şikayətlərin olmaması, xəstəni sakitləşdirməyə, rahatlatmaq üçündür. Kortizon tərkibli kremlərin çox uzun müddət istifadə edilməsi təhlükəlidir. 
 

  6-04-2018, 10:00   Baxış: 523   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: