Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Prolaktin yüksəkliyi və Prolaktinoma
GİNEKOLOGİYA / ENDOKRİNOLOGİYA

Prolaktin yüksəkliyi və Prolaktinoma

 
Prolaktin yüksəkliyi və ProlaktinomaProlaktin yüksəkliyi və Prolaktinoma

Prolaktin hormonu nədir?
Prolaktin hipofizdən ifraz olunan və süd hormonu olaraq bilinın hormondur. Normada prolaktinin qandakı səviyyəsi 5-20 ng/ml arasında dəyişir. Qadınlarda kişilərə görə biraz yüksəkdir, lakin 25 ng/ml-dən yüksək olmur. Prolaktinin orqanizmdə vəzifəsi süd ifrazını başlatmaq və davam etdirməkdir. Hamiləlikdə prolaktin yüksək olduğu halda süd ifrazının olmamasının səbəbi qanda artan estrogen və progesteron hormonlarının süd ifrazının qarşısını almasıdır. Doğuşdan sonra bu hormonların birdən azalması süd gəlməsini başladır. Oksitosin hormonu da südün süd vəzisindən çıxmasını təmin edir.

Prolaktin yüksəkliyi
Hipofiz vəzindən çox miqdarda prolaktin ifrazı tibb dilində hiperprolaktinemiya adlanır. Hamiləlik, stress, idman, yüksək proteinli pəhriz, süd vəzi ucunun stimulyasiyası da prolaktini artıra bilir. Prolaktin yüksəkliyinin digər səbəbi də hipotireoz (tənbəl zob) ola bilər. İstifadə olunan bəzi dərmanlar da prolaktini yüksəldə bilir. Xüsusilə depressiya dərmanları, psixiatrik xəstəliklərin müalicəsində istifadə olunan dərmanlar, tərkibində verapamil olan təzyiq dərmanları, oral kontraseptiv preparatlar prolaktini qaldıra bilər.

Makroprolaktin nədir?
Prolaktin yüksəkliyi olduğu halda klinikm simptomu olmayan xəstələrdə makroprolaktin baxılmalıdır. Makroprolaktinin yüksək olması xəstəlik deyil. Prolaktin immunqlobulin adlı proteinə bağlanaraq makroprolaktin adlı aktiv olmayan formanı yaradır.

Prolaktin yüksəkliyinin əlamətləri nələrdir?
Qadınların 30-40%-də süd vəzindən süd gəlmə (qalaktoreyya),  aybaşının azalması və ya olmaması, sonsuzluq, cinsi istəyin azalması, vaginal quruluq, ağrılı cinsi əlaqə, tüklənmə ola bilər. Kişilərdə impotensiya, cinsi istəyin azalması, ginekomastiya müşahidə olunur. Testesteron azalmasına bağlı bədən tüklərində azalma, əzələ gücündə azalma, halsızlıq, sümük əriməsi olur.

Prolaktinoma nədir?
Hipofizin prolaktin ifraz edən xoşxassəli törəmələrinə prolaktinoma deyilir. Ən çox rast gəlinən hipofiz adenomudur. Hipofizdəki kütlənin ölçüsü önəmlidir. Ölçü 1 cm-dən böyükdürsə makroadenom, kiçikdirsə mikroadenom adlanır. Xüsusilə qadınlarda daha çox mikroadenom, kişilərdə makroadenom şəklində olur. Kütlə ölçüsü böyük olduqda görmə sinirinə təzyiq ola biləcəyindən görmə sahəsi darala bilər.

Diaqnoz necə qoyulur?
Diaqnoz qanda prolaktin yoxlamaqla qoyulur. Prolaktin yüksəkliyinin hipotireoza bağlı olub olmadığını bilmək üçün qalxanvari vəz hormonlarına baxılır. Dərman qəbulu mütləq araşdırılmalıdır. Qanda  sidik cövhəri, kreatinin (böyrək funksiyasını göstərir), qaraciyər testləri yoxlanılır. Hipofizdə kütlə olub olmadığını bilmək üçün MRT çəkilir.

Prolaktinomanın müalicəsi
Müalicə dərmanladır. Həkiminiz ehtiyac varsa sizə bromokriptin və ya kaberqolin təyin edəcək. Bu dərmanların ən sıx rast gəlinən yan təsiri ürəkbulanma, təzyiq düşməsi, halsızlıq, nadir hallarda depressiya, qəbizlikdir. Dərman dozasını yavaş-yavaş artıraraq vı dırmanı gecə qəbul edərək yan təsirləri azaltmaq mümkündür. Dərman müalicəsiylə həm prolaktin düşür, həm də adenom kiçilir. Müalicə uzun müddət davam edir. Dərmanı qəbul edə bilməyən, dərmana dirənçli xəstələrdə və ya getdikcə böyüyən kütlələrdə cərrahi əməliyyat seçilə bilər.
İstinad: Dr. Sevda Qafarova
 
  14-04-2018, 15:46   Baxış: 623   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: