Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Hansı qidaların yararlılıq müddəti keçəndən sonra yeyilə bilər?
Xəbərlər

Hansı qidaların yararlılıq müddəti keçəndən sonra yeyilə bilər?

Deyerler.org  ABŞ-ın Boston şəhərində yalnız tarixi keçmiş yeməklər satan bir süpermarket açılacaq.Hansı qidaların yararlılıq müddəti keçəndən sonra yeyilə bilər?

 

ABŞ-da alınan qidaların 40%-i zibilə atılır. Bunun səbəblərindən biri yeməklərin üzərindəki son istifadə tarixləridir.

Tarixi keçmiş bir çox qidanın yeyilə bilən olduğuna dair bir hesabat hazırlayan Təbii Qidaları Müdafiə etmə Şurası (NRDC) qida mütəxəssisi Dana Qanders, bəzi son istifadə etmə tarixlərinin sağlamlıq üçün deyil, dad baxımından əhəmiyyət daşıdığını söyləyir.

 

Gələn ilin əvvəlində iş adamı Daq Raş, yalnız tarixi keçmiş yeməklər satan bir süpermarket ilə bir restoran açacağını açıqladı.

 

Burada hansı qidalar satıla bilər?


Qanders qatığın ömürünün də altı həftədən çox olduğunu və üzərində yaranan kif təbəqəsinin atılaraq yeyilə biləcəyini söyləyir: "Mən son istifadə etmə tarixinin üzərindən aylar keçmiş qatıqlar yeyirəm; indiyə qədər heç bir problemlə qarşılaşmadım".

 

Qanders şokoladın da olduqca dayanıqlı olduğunu ifadə edir. O, şokoladın hava ilə təması nəticəsində üzərində meydana gələ biləcək ağ təbəqənin kif olmadığını, əriyib səthə çıxan zərərsiz yağ olduğunu deyib.

 

Yumurtaların da lazımından çox daha erkən zibilə atılmasından şikayət edən Qanders, yumurtanın 3-5 həftə təzəliyini qoruya biləcəyini ifadə edir. Ancaq Minnesota Universitetində qida elmi professoru Ted Labuza, Salmonella bakteriyasının törəməməsi üçün yumurtaların 5 santiqrat dərəcənin altında saxlanmasını tövsiyə edir.

 

Xarab südün pis qoxu və dad ilə özünü müəyyən edəcəyini ifadə edən Labuza, südün otaq istiliyində saxlanmaması, havadakı mikrobların südü pozacağını, bu səbəblə dərhal qapağının bağlanılıb 2 dərəcə ətrafında, soyuducuda saxlanmalıdır deyir. 

  17-04-2018, 11:23   Baxış: 357   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: