Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Dilimlənmiş çiy kartofun faydası
XALQ TƏBABƏTİ

Dilimlənmiş çiy kartofun faydası

Dilimlənmiş çiy kartofun faydası

Dilimlənmiş kartof qırışlara və gözaltında olan qaralmalara qarşı yaxşı təsir göstərir - Dilim-dilim kəsdiyiniz kartofları gözlərinizin üstünə qoyduqda, həm qırışlara, həm də gözaltında olan qaralmalara qarşı yaxşı təsir göstərir, cavanlıq görüntüsünü təmin edir. Qaşıntıları aradan qaldırmaq üçün yenə çiy kartofu ortadan ikiyə bölərək qaşınan yerə qoyun. Bu üsul qaşıntını və allergik vəziyyəti aradan aparacaq.

 

Kartofun qabıqlarını bir miqdar suda qaynadaraq suyunu saçlarınıza tətbiq edə bilərsiniz. Bu üsulla saçlarınıza təbii rəng verə bilərsiniz.

 

Günəş yanıqlarını müalicə edir - Kartof günəş yanıqlarına qarşı möcüzəvi bir müalicə üsuludur. Bunun üçün kartofu yanıq olan qisimə qoyun və 10 dəqiqə gözləyin. Bu üsul həm yanıqların verdiyi ağrını, həm də günəş şüalarının verdiyi ziyanı azaldır.

 

Kartofu rəndələyib üzünüzdə 10 dəqiqə boyunca masaj etməklə, dərinizin ölü hüceyrələrdən və yağlardan təmizlənməsini təmin edə bilərsiniz.Deyerler.org

Çiy kartof C vitamini, kalium, mis və kükürd baxımından zəngindir. Bunlar dərini zərərli maddələrdən və toksinlərdən təmizləmək və sızanaqların təsirini azaltmaq üçün çox təsirlidir. 

  19-04-2018, 10:47   Baxış: 488   
Teq: Dilimlənmiş çiy kartofun faydası
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: