Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Haşimoto zob xəstəliyi (Autoimmun tireoidit)
TERAPIYA / ENDOKRİNOLOGİYA

Haşimoto zob xəstəliyi (Autoimmun tireoidit)

Haşimoto zob xəstəliyi (Autoimmun tireoidit) Haşimoto zob xəstəliyi (Autoimmun tireoidit)
Haşimoto xəstəliyi ömür boyu davam edən qalxanvari vəz iltihabıdır. 1912-ci ildə Yapon alimi Akira Hashimoto tərəfindən təsvir edildiyindən xəstəliyə bu ad verilib. Autoimmun tireoidit ən çox qalxanvari vəz yetməzliyinə səbəb olan xəstəlikdir. Bu xəstəlik autoimmun adlanan xəstəliklər qrupuna aiddir. Orqanizm özü öz toxumasını tanımır, yad qəbul edir və yox etməyə çalışır. Haşimoto tireoiditində orqanizm qalxanvari vəz toxumasını yox etməyə çalışır və çox miqdarda anti-TPO və anti-tireoqlobulin (Anti Tg) antitelləri yaradır. Bu antitellər qalxanvari vəzə bağlanaraq tireoid hüceyrələrini məhv edirlər. İltihab nəticəsində qalxanvari vəz hüceyrələri azaldıqca, hormon ifraz edən hüceyrə sayı azalır və nəticədə tireoid hormon yetməzliyi yaranır.

Haşimoto tireoiditi qadınlarda kişilərə nisbətən daha tez-tez rast gəlinir. Ailəvi xarakter daşıyır. Eyni ailənin bir neçə üzvündə rast gəlinə bilər.

Haşimoto xəstəliyinin əlamətləri nələrdir?
Çox xəstənin heç bir şikayəti olmur. Bəzi xəstələrdə kiçik zob və antitel yüksəkliyi vardır. Xəstələr fərqli səbəblərlə həkimə müraciət edirlər. Bəzən hər hansı bir səbəblə USM zamanı qalxanvari vəzin böyük olması və ya düyün olması səbəbi ilə müraciət edirlər. Bəzi xəstələr zəhərli zobu düşündürən ürəkdöyünmə, əsəbilik, titrəmə kimi şikayətlərlə həkimə gedirlər. Bəzilərində isə kökəlmə, pəhrizə baxmayaraq, çəkinin azalmaması, dəri quruluğu, saç tökülməsi, yuxululuq, xoruldama, halsızlıq, üzdə şişlik, qəbizlik, aybaşı pozğunluğu, təngnəfəslik kimi şikayətlər olur.

Haşimoto xəstəliyi hansı xəstəliklərlə birlikdə rast gəlinə bilər?
Qreyvs xəstəliyi
1-ci tip şəkərli diabet
Adisson xəstəliyi (böyrəküstü vəz yetməzliyi)
Revmatoid artrit
B12 defisitli qanazlığı
Hipoqonadizm
Vitiliqo
Miastenia qravis
Hipoparatiroidizm  və s. kimi autoimmun xəstəliklərlə birlikdə rast gəlinə bilər.
 
Haşimoto xəstəliyi zamanı diaqnoz necə qoyulur?
Tiroid ultrasəs müayinəsində qalxanvari vəzdə genişlənmə (zob), aşağı exogenlik və yalançı düyünlər aşkarlanır. Autoimmun tiroiditdə həqiqi düyün olarsa, təqib olunur, ehtiyac olarsa biopsiya olunur. Lakin bu xəstəlikdə psevdodüyünlər, yəni yalançı düyünlər daha çox rast gəlinir. Hətta qalxanvari vəzin ultrasəs müayinəsini edən həkim bu sahədə kifayət qədər peşəkar olmadıqda psevdodüyünləri həqiqi düyün kimi yazır. Beləliklə klinik olaraq xəstəni təqib edən həkimi də yanılda bilər, lazımsız biopsiya hətta cərrahi əməliyyata səbəb ola bilər.

Haşimoto xəstəliyinin müalicəsi
Təəssüf ki, xəstəliyi tamamən sağaldan müalicə yoxdur. Zobu olan və ya hipotireozu olan xəstələrə tiroid hormonu olan Levotiroksin təyin olunur. Müalicə mütəmadi hormonlar kontrol eilərək ömür boyu davam edilir. Haşimoto tireoiditli qadınlar hamiləlik zamanı xüsusilə diqqətli izlənməlidirlər. Hormon yetərsizliyində ana və uşaq zərər görər. Hamiləlikdən öncə Levotiroksin qəbul edən qadınların hamiləlik zamanı dərmana tələbatı artır. Ona görə də qəbul edilən dərmanın dozası 30%-ə qədər artırıla bilər. Laktasiya dövründə də dərman mütləq qəbul olunmalıdır.
İstinad: Endokrinoloq Dr. Sevda Qafarova
  26-04-2018, 11:31   Baxış: 766   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh (1)
Lanmazbed 11 may 2018 00:34
Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Цитировать          1
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: