Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Fəsil dəyişikliyi zamanı yaranan hallar
Xəbərlər

Fəsil dəyişikliyi zamanı yaranan hallar

 
Yazın gəlişi və havaların isinməsi təbiəti canlandırdığı kimi, bir sıra xəstəliklərin də fəallaşmasına səbəb olur.Fəsil dəyişikliyi zamanı yaranan hallar
 
Gecələrin qısalması, günlərin uzanması, saatların dəyişməsi və digər faktorlar orqanizmin hormon tarazlığını dəyişərək yuxu nizamına təsir edir. Baş verən dəyişikliklər isə orqanizmin kifayət qədər dincələ bilməməsi, davamlı yorğunluq və unutqanlıq kimi nəticələr verir.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, yazda ən çox rast gəlinən problemlər içərisində allergik xəstəliklər birinci sırada dayanır. Statistikaya görə, dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir.
 
Allergik xəstəliklərin yaranma səbəbi havada uçuşan polen adlı çiçək tozlarıdır. Mövsümi allergiya nəticəsində gözdə qızarma, qaşınma və reaksiya ilə əlaqədar olaraq damar genişlənməsi əmələ gətirir. Bu baxımdan şiddətli yanma, işığa baxa bilməmək və bulanıq görmə yaranır. Bahar aylarında sıx müşahidə olunan göz soyuqdəymələri sadəcə allergik mənşəli deyil, keçici də ola bilər. Tozlardan qorunmaq üçün yaz və yay aylarında gün eynəklərindən istifadə etmək məsləhətdir.
 
Gözə əllə təmasdan mümkün qədər uzaq olmaq ən vacib şərtlərdən biridir. Bahar yorğunluğunun qarşısını almaq üçün günəşin erkən çıxmasından faydalanaraq yuxudan tez durmaq, hər gün eyni saatda yatıb qalmağa çalışmaq, gündəlik həyatda daha fəal olmaq, sutka ərzində bir neçə dəfə idmanla məşğul olmaq, piyada gəzməyə üstünlük vermək, hazır qidalar əvəzinə təzə meyvə-tərəvəz qəbul etmək lazımdır.
 
Psixoloji baxımdan toparlanmaq, müsbət əhvali-ruhiyyəyə köklənmək də müsbət əhəmiyyətə malikdir.
  26-04-2018, 15:51   Baxış: 419   
Teq: Fəsil dəyişikliyi zamanı yaranan hallar
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh (1)
Yanmazbed 11 may 2018 01:35
Народ кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Цитировать          1
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: