Süd vəzi xərçənginin diaqnostikasında yenilik » Virtual tecili yardim
Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Süd vəzi xərçənginin diaqnostikasında yenilik
Xəbərlər

Süd vəzi xərçənginin diaqnostikasında yenilik

Əsrin ən dəhşətli xəstəliklərindən olan xərçəngin müalicəsində daha bir addım atılıb. Xarici mətbuatın verdiyi məlumata görə, süd vəzi xərçənginin diaqnostikası üçün yeni cihaz hazırlanıb. İsrail şirkətlərindən birinin alimlərinin yeni ixtirası olan cihaz şişi rentgenin köməyi olmadan müəyyən edir.

Düzdür, qadınların müntəzəm mammoqrafiya müayinəsi keçməklə bu xəstəlikdən vaxtından xəbər tutmaq şansları çoxdur. Ancaq yeni avadanlıq mammoqrafiyadan daha dəqiq nəticə verməsi ilə fərqlənir. Belə ki, mammoqrafiyada süd vəzi xərçəngi rentgen şüalarının köməyi ilə müayinə edilir. Bu proseduranın isə bir sıra çatışmazlıqları var idi. Bunlar arasında ilk olaraq isə nəticənin dəqiqliyini göstərmək olar.

Bəzi hallarda isə mammoqrafiya süd vəzi xərçəngini erkən mərhələdə müəyyən etməyə imkan vermir və ya səhv nəticə verir.

Yeni aparat isə xərçəngi müəyyən etmək üçün xüsusi uzunluğu olan infraqırmızı dalğalar ötürən mənbə ilə təchiz edilib. 
Bu da dərinin üzərindəki anomal termal siqnalları müəyyən edir.

2500 xəstə üzərində klinik təcrübə aparılıb. Onların 92 faizində xərçəngi dəqiq müəyəyn etmək mümkün olub. Mamoqrafiyada isə bu rəqəm 80 faiz olub.

Müəlliflər Avropa Birliyi ölkələrində istifiadə edilməsi üçün ilin sonuna kimi aparataı qeydiyyata salacaqlarına ümid edirlər.
Onların fikrincə ilkin mərhələdə yeni cihaz köhnə üsul olan mamoqrafiya ilə birlikdə istifadə ediləcək. 
  1-01-2017, 00:30   Baxış: 311   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh (1)
udewewu 18 avqust 2018 17:25
Цитировать          1
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: