Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Ən təhlükəli məişət əşyaları: Onlardan hər gün istifadə edirik
Xəbərlər

Ən təhlükəli məişət əşyaları: Onlardan hər gün istifadə edirik

Bu səbəbdən bəzi belə əşyaları müəyyən müddətdən çox istifadə etmək olmaz.Ən təhlükəli məişət əşyaları: Onlardan hər gün istifadə edirik

Alimlər ən təhlükəli məişət əşyalarının və onların dəyişmə tezliyinin siyahısını tərtib edib.

Realpress.az saglamolun.az-a istinadən onları təqdim edir.

1. Qab süngəri. Bu, ən təhlükəli məişət əşyalarından biridir. Daim nəm qalan süngərlər müxtəlif ziyanlı bakteriyaların çoxalması üçün əla şərait yaradır. Mütəxəssislər qab süngərlərinin üzərində hətta sepsis və meningitin törədicilərini aşkar edib. Bu səbəbdən alimlər süngərləri hər həftə yeniləməyi tövsiyə edirlər.

2. Hamam süngəri. Nəm yerdə qalan belə süngərlərin üzərində ziyanlı mikrobların yığılması və sürətlə artması təhlükəsi çox yüksəkdir. Mütəxəssislər belə süngərləri hər istifadədən sonra yaxşı yumağı və açıq havada qurutmağı tövsiyə edirlər. Hər 3 aydan bir süngər dəyişilməlidir.

3. Diş fırçası. Diş və damaqlarla probleminiz yoxdursa, fırçanı 3 aydan bir dəyişin. İnfeksion xəstəliklərdən, angina, stomatitdən sonra fırçanı mütləq yeniləmək lazımdır. Mütəxəssislər diş fırçalarını hamamda saxlamağı tövsiyə etmir.

4. Ev ayaqqabıları, şap-şap. Onlar 6 aydan bir dəyişilməlidir. Əks halda göbələyin riski artır.

5. Yastıqlar. Toz və mikroskopik gənələri yığan yastıqları hər 5 ildən bir dəyişmək, istifadə zamanı isə tez-tez havalandırmaq, günə vermək lazımdır. Köhnə yastıqlar allergiyanın əsas səbəblərindən biridir. Səhərlər burnunuz axır, asqırıb-öskürürsünüzsə, mütləq yastığınızı dəyişin.

6. Daraqlar. Hər il dəyişmək, istifadə zamanı isə hər həftə sabunlu suda yumaq lazımdır. Əks halda baş dərisi və saçların sağlamlığında problemlər yarana bilər.

  3-05-2018, 15:26   Baxış: 312   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: