Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Düyünlü zob nədir, risk faktorları və müalicə üsulları
TERAPIYA / ENDOKRİNOLOGİYA

Düyünlü zob nədir, risk faktorları və müalicə üsulları

Düyünlü zob nədir, risk faktorları və müalicə üsullarıDüyünlü zob nədir, risk faktorları və müalicə üsulları
Düyünlü zob qalxanvari vəzin xəstəliklərindən biridir. Düyün qalxanvari vəzin içində və ya üzərində yaranan kütlələrdir. Düyünlər kistik, solid və miks ola bilərlər. Kistik düyün,  içində sadəcə maye olan kapsullu düyünlərdir. Solid düyünlər hüceyrələrin böyüməsi və çoxalması nəticəsində yaranır. Miks düyünlər isə içərisində kistik və solid hissələri olan düyünlərdir. Düyün tək olarsa tək düyünlü, bir neçə sayda olarsa, çoxdüyünlü zob  adlanır. Düyünlərin rast gəlmə tezliyi yaşla birlikdə artır.

Xərçəngə çevirlə bilərlərmi?
Düyünlərin bədxassəli olma ehtimalı olduğu üçün əhəmiyyətlidirlər. Ancaq bütün düyünlərin sadəcə 5 %-i  xərçəngdir. Göründüyü kimi düyünlərin böyük qismi xoşxassəlidir. Ona görə düyün aşkarlanan kimi həyəcanlanmayın. Lakin düyün aşkar olunduqda onun xərçəng olub olmadığı dəqiqləşdirmək mütləqdir. Bəzi həkimlər, düyünün ölçüsü 1 cm, xüsusilə 2 cm-dən böyük olarsa, xərçəng şübhəsi ilə və ya gələcəkdə xərçəngə çevrilər deyərək birbaşa cərrahi əməliyyat məsləhət görürlər. Ancaq qətiyyən belə yanaşma düzgün deyil. Beynəlxalq müalicə protokollarında "düyün = əməliyyat” yanaşması yoxdur.

Düyünlü zob zamanı müalicə seçimi
Düyünlərin təqibi, müalicəsi və əməliyyatları artıq Amerika Tiroid Assosasiyası (ATA) və Avropa Tiroid Assosasiyasının (ETA) məsləhət gördüyü protokollara əsasən aparılır.

Ən önəmli məqamlar:
USM detallı edilməlidir. Cihazın ən son model olması yetərli deyil. Müayinəni edən həkim bu sahədə professional olmalıdır. Sağ payda 1 cm ölçüsündə düyün var, kimi müayinə cavabı qətiyyən məni qane etmir. Düyünün ətraflı təsviri verilməlidir.
İncə iynə aspirasion biopsiya (İİAB) lazımlı düyünlərə edilməlidir. Ən böyük düyünə deyil, ən şübhəli düyünə biopsiya edilməlidir.
Biopsiya nümunələrinə baxan həkim təcrübəli olmalıdır. Yanlış cavab boşuna əməliyyata və ya səhv olaraq əməliyyat olmamaq ilə nəticələnə bilər.
Hansı düyünlərin bədxassəli olma ehtimalı daha yüksəkdir?
Ailədə qalxanvari vəz xərçənginin olması
Baş boyun hissəyə radyoterapiya hekayəsinin olması
Sürətli böyüyən kütlə
Palpasiya zamanı  sərt konsistensiyanın olması
Ətraf toxumalara fiksasiya
Ətraf limfa düyünlərin böyüməsi
Təzyiq əlamətlərinin olması ( udqunma çətinliyi, tənəffüs çətinliyi, öskürək)
Ultrasəs müayinəsi zamanı:

Böyük düyün (4 sm və daha böyük)
Mikrokalsifikasiyanın olması
Düyün daxili damarlanmanın güclənməsi
Düyünün hipoexoik olması
Düyünün qeyri dəqiq sərhədli olması
Halo olmaması
Düyünlərin yuxarıda sadalanan xüsusiyyətləri onun bədxassəli olma ehtimalını artırır.  Şübhıli olan bütün düyünlərə biopsiya edilməlidir.

İİAB (biopsiya) nəticəsi aşağıdakı formalarda  gələ bilər.

Xərçəng
Xərçəng şübhəsi
Ara forma
Xoşxassəli
Yetərsiz material (diaqnoz qoymaq üçün yetərli hüceyrə olmadığını göstərir). 3 ay sonra biopsiya təkrarlanmalıdır.
Xoşxassəli olanlar 6-12 ay fasiləylə təqib edilir. Cavab "xərçəng, xərçəng şübhəsi və ya ara forma” gələrsə, cərrahi əməliyyat məsləhət görülür.
Müəllif Endokrinoloq Dr. Sevda Qafarova
  12-05-2018, 14:32   Baxış: 980   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh (3)
Rickyheefs 27 yanvar 2019 03:14
generic version of viagra in india
<a href="http://erderemedy.com/#">cheap viagra real</a>
medicamento levitra 10 mg
buy cialis online europe
viagra 50 mg 12
<a href="http://longerectiletabs.com/#">buy cialis shoppers drug mart</a>
buying viagra online australia
cialis buy france
do you need prescription buy viagra canada
Цитировать          2
DavidAlbub 28 yanvar 2019 15:12
cialis uk cheap
<a href="http://erderemedy.com/#">order viagra from usa</a>
where can i buy viagra over counter
http://www.sildenafil.gr/buy_cialis.html
viagra online generic
<a href="http://longerectiletabs.com/#">order viagra uk</a>
where is the best place to buy viagra in uk
viagra buy switzerland
is it easy to get viagra from your doctor
Цитировать          3