Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Allergiyalı uşaqlara bu qidaları vermək olmaz
Xəbərlər / PEDİATRİYA

Allergiyalı uşaqlara bu qidaları vermək olmaz

Allergiyalı uşaqlara bu qidaları vermək olmazAllergiyalı uşaqlara bu qidaları vermək olmaz
Pediatr Günay Rəsulova bununla bağlı xüsusi menyu hazırlayıb.Realpress.az ailem.az-a istinadən həmin menyunu valideynlərin diqqətinə çatdırır.

Yeyilməsinə icazə verilməyən qidalar:

Şirin qidalar (şirniyyatlar, tortlar, kekslər, şokolad, mürəbbə, cem, şirin çay)

Ədviyyatlı, duzlu, istiotlu qidalar

"Abur-cubur" (çipsi, pepsi, suxarı, qazlı içəcəklər, jelibon, marmelad, çubuqlar və s)

Ketçup, tomat

Rəf ömrü uzun qidalar

Sitrus meyvələr, qırmızı meyvələr (portağal, naringi, kivi, ananas, çiyələk, moruq)

Qızartma yeməklər (yanmış yağ)

Yatmazdan öncə süd vermək (reflyuksa bağlı astma riski yaratdığı üçün)

Fast foodlar: (dönər, pizza, hamburqer, Mc Donalds, KFC, kartof free)

Kolbasa, sosiska

Yumurta

Süd (fərdi həssaslıq)

Bal

Mövsümi olmayan meyvə tərəvəzlər

Broyler toyuqlar

Enerji içkiləri

Ağ un məmulatları

Qidalanması məsləhət olanlar:

Şorba, bulyon (yağsız mal və ya toyuq ətində, qovrulmuş soğan və tomatsız)

Tərəvəz püreləri (mövsümi)

Mövsüminə uyğun allergik olmayan meyvələr, tərəvəzlər

Sıyıqlar (südsüz və ya südlü fərdi həssaslıq nəzərə alınmaqla)

Turş süd məhsulları: qatıq, süzmə, kəsmik. Körpələrdə inək südü allergiyasında süd verən ananın belə, bu qidaları qəbul etməməsi məsləhətdir)

Lobya, mərci (fərdi həssaslığı yoxdursa)

Sobada bişirilmiş ət, ət yeməkləri

Göyərtilər

Tərəvəz şorbaları (zeytun yağında)

Pürelər (meyvə, tərəvəz)

Şəkərsiz, evdə hazırlanmış peçenyelər, (çovdar unu məsləhətlidir) bişmələr

Bitki çayları

Təzə meyvə suları

Taxıllar: düyü, qarabaşaq, herkules, mannı, qarğıdalı, bulqur

Yeməklər: küftə, buxarda kotlet, dolma, bulqur (tomatsız, qovrulmuş soğansız), dovğa, aş, qarabaşaq, ispanaq, qara mayasız çörək, zamanla allergiyaya görə sınanılmış digər qidalar və s.

Günay Rəsulova diqqətə çatdırır ki, allergiya barmaq izi kimidir. Hər kəsə özəldir. Bu səbəbdən istifadə etmək istədiyiniz hər qida üçün uşağı allergiyaya görə düzənli nəzarətdə saxlayan həkiminizlə məsləhətləşməyi unutmayın. Öz həkiminizin məsləhəti hər kəsin məsləhətindən üstündür.

  14-05-2018, 12:54   Baxış: 637   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: