Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Genetiklər: Xolesterinin dərəcəsini azaldan dərmanlar təhlükəlidir
Xəbərlər

Genetiklər: Xolesterinin dərəcəsini azaldan dərmanlar təhlükəlidir

 

Bir çox tibb işçiləri öz pasiyentlərinə qanda xolesterini aşağı salan dərmanlar yazırlar. Həmin dərmanların insan orqanizminə Genetiklər: Xolesterinin dərəcəsini azaldan dərmanlar təhlükəlidirtəsirini öyrənən alimlər belə nəticəyə gəliblər ki, bu preparatlar təhlükəlidir.

AZƏRTAC "VistaNews.ru” saytına istinadla xəbər verir ki, xolesterinin dərəcəsini aşağı salan dərmanlar son vaxtlar tibbi preparatlar arasında populyarlaşıb. Bir çox tibb işçiləri hesab edir ki, bu tip preparatlar ürəyin fəaliyyətini yaxşılaşdırır.

"Genotek” tibbi-genetik mərkəzin mütəxəssisləri bu qrup dərmanların insan orqanizminə təsirini öyrənməyə istiqamətlənmiş xüsusi tədqiqatlar aparıblar. Eksperimentin gedişində müəyyən edilib ki, xolesterinin dərəcəsini azaldan dərmanlar təhlükəlidir və pasiyentlərin 36 faizində əzələ xəstəliklərinə gətirib çıxara bilər.

Xatırladaq ki, bu dərman qrupu statinlərə aid edilir və qan damarlarının divarcıqlarında əmələ gələn xolesterin piləkləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulur. Alimlər bundan əvvəl sübut etmişdilər ki, bu cür törəmələr insanda infarkt və insultun əmələ gəlməsi riskini artırır.

İndi isə genetiklər sübut ediblər ki, bu preparatlar müəyyən genlərdə dəyişiklikləri olan insanlar üçün təhlükə daşıyıcısıdır. Belə hallarda miopatiyanın inkişaf riski artır, ürək əzələləri gücdən düşür və onların quruması baş verir. Genetiklər müxtəlif yaşlarda olan 2100 insanı müayinə etdikdən sonra bu nəticəyə gəliblər.

  8-06-2018, 13:48   Baxış: 503   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: