Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Noxudun bilmədiyimiz faydaları
XALQ TƏBABƏTİ

Noxudun bilmədiyimiz faydaları

Noxudun bilmədiyimiz faydaları - sağlam ürək və damarlar, xərçəng və depressiyadan müdafiə...Noxudun bilmədiyimiz faydaları

Alimlər həftədə iki dəfə noxud qəbul etməyi məsləhət görürlər.

 Noxud DNA-da xərçəng hüceyrələrinin formalaşmasının qarşısını alır və strukturu qoruyur.

Bu xüsusiyyəti ilə noxud xərçəng hüceyrələrinin orqanizmdə yayılmasının, inkişafının qarşısını almağa kömək edir. Noxud xüsusən də döş xərçənginə qarşı qoruyur. Eyni zamanda estrogen hormonunu sabitləşdirir və menopauza dövründə faydalı olur. Bu dövrdə ortaya çıxan istilik və tər kimi şikayətlərin azalmasına kömək edir.

Noxudun tərkibində kalsium, maqnezium, potasium, selenium, sink və dəmirlə yanaşı, A vitamini var. Bundan başqa noxud betakarotenlə də zəngindir. Noxudun tərkibindəki selenium bağırsağın fəaliyyəti üçün faydalıdır. Bu zaman da orqanizmdə xərçəngə səbəb olan maddələrin zəhərli təsirinin ortadan qaldırılmasını dəstəkləyir.

Selenium eyni zamanda şişin yaranmasının qarşısını almağa da kömək edir. Noxud bağırsaqda zərərli bakteriyaların inkişafının qarşısını alır, həzm sistemi üçün faydalı olan bakteriyaların yaranmasını dəstəkləyir, xərçəng riskini azaldır, həzm sistemini qoruyur və mədəni qüvvətləndirir.

Alimlər qeyd edirlər ki, noxudun isladıldığı suyu içmək olmaz. Onun tərkibində vitamindən çox zəhər var.

Suda şişən noxud suya mədə tərəfindən həzm edilməyən, zəhərli maddə, qazlar buraxır. Bu səbəbdən noxud yumşaldıqdan sonra suyu atın və təzə suya qoyun, yeməyi bişirin.

Döş xərçənginə qarşı qoruduğu üçün qadınlar noxuddan çox istifadə etməlidirlər. Noxudun müntəzəm qəbul edilməsi şəkər xəstəliyinin də qarşısını alır. Eyni zamanda qan təzyiqini stabilləşdirməyə kömək edir, ürəkbulanması, baş gicəllənməsi və baş ağrısı kimi problemləri də aradan qaldırır.

Noxudun tərkibindəki amin turşusu yuxunu da stabilləşdirir. Orqanizmin imunitet sistemini gücləndirir və xəstəliklərə yoluxma riskini azaldır. Tərkibindəki fosfor isə sümük və diş strukturunu gücləndirir.

Noxud xoşbəxtlik hormonlarına təsir etdiyi üçün depresiyanı da azaldır. Xolesterolu stabilləşdirir, ürək damarlarını açır, ürəyi qoruyur. Zehni yorğunluğu aradan qaldırır, yaddaşı gücləndirir.
Istinad: Realpress.az

  28-08-2018, 01:25   Baxış: 1802   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: