Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Ekstrasistoliya
KARDIOLOGIYA

Ekstrasistoliya

EkstrasistoliyaEkstrasistoliya
Ekstrasistoliya - ürəyin ritm pozulmalarından ən çox rast gəlinən patologiyalarında olub, ürək əzələsinin heterotrop oyanması və vaxtından əvvəl yığılması ilə xarakterizə olunur.

Statistikaya görə təqribən hər 10 xəstədən 6-da müşahidə edilir.  50 yaşından sonra ekstrasistoliyanın rastgəlmə tezliyi 90 faizə çatır. Sağlam ürəyin də sutka ərzində növbədən kənar döyünməsi mümkündür. Buna adətən stress, tütündən istifadə, spirtli içkilər, tünd çay və ya qəhvə qəbulu səbəb ola bilər.

Ekstrasistoliyanın əlamətləri
Ekstrasistoliya çox vaxt simptomsuz gedişata malik olur və xəstəlik adətən təsadüfən EKQ müayinəsi zamanı üzə çıxır. Lakin bəzən patologiya özünü ciddi əlamətlərlə büruzə verir. Adətən ekstrasistoliya bərk ürək döyüntüsü, ürəyin dayanması hissi və ya qısa dayanmadan sonra döyüntülərin kəskin şəkildə bərpa olunması kimi üzə çıxır.

Bundan başqa, ekstrasistoliyalar ürək nahiyəsində vegetativ və nevroloji simptomlara özünü bildirir.

Ekstrasistoliyanın diaqnostikası
Ekstrasistoliya diaqnozu kardioloq və ya terapevt tərəfindən xəstənin şikayətləri əsasında və EKQ-monitorinq  əsasında qoyulur.

Ekstrasistoliyanın müalicəsi
Ekstrasistoliyanın xüsusi müalicəsi ağır patologiyalar potensialı olduğu zaman aparılır. Əksər hallarda əsas xəstəliyi (ateroskleroz, tireotoksikoz, bağırsaq xəstəlikləri, piylənmə və s.) müalicə etmək lazımdır.

Ekstrasistoliyanın aradan qaldırılması üçün istifadə olunur:

Yataq rejimi
Müalicəvi gimnastika
Iltihabəleyhinə preparatlar
Kalium və maqnezium tərkibli vasitələr
Sakitləşdirici preparatlar
İstinad: hekimtap.az
  19-09-2018, 13:53   Baxış: 292   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: