Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Aloe şirəsi ilə məşhur resept. Əsl şəfa mənbəyi!
XALQ TƏBABƏTİ

Aloe şirəsi ilə məşhur resept. Əsl şəfa mənbəyi!

Aloe şirəsi ilə məşhur resept. Əsl şəfa mənbəyi!Aloe şirəsi ilə məşhur resept. Əsl şəfa mənbəyi!

Aloe vera bitkisi (əzvay) ən faydalı və təsirli müalicəvi bitkilərdən biridir.

İnsanlar bu bitkinin faydaları haqqında hələ bizim eramızdan əvvəl bilirdi və ondan müxtəlif müalicəvi məqsədlərlə istifadə edirdi. Qədim Şərq təbabəti kitablarının birində "ölümsüzlük dərmanı"nın resepti tapılıb. Bu reseptə aloenin şirəsi də daxil idi.

Aloe vera xalq təbabətində çox geniş istifadə olunur. Lakin tək xalq təbabəti deyil, müasir ənənəvi tibb də aloe bitkisinin müalicəvi xüsusiyyətlərini təsdiq edir. Aloe əsasında müxtəlif dərman preparatları buraxılır.  

Aloe unikal bitkidir, onun tərkibində 250-dən artıq (!) bioloji aktiv maddə var. Bu maddələr arasında fitonsidlər, flavonoidlər, büzücü maddələr, vitaminlər (A, B1, B2, B6, B9, C, E) minerallar (selen, dəmir, kalium, maqnezium, fosfor, sink, mis və s.), aminturşuları, orqanik turşular və s. var.

Aloe bitkisinin faydaları arasında:

- sinir, həzm, ürək-damar sistemlərinə çox müsbət təsir edir, xəstəliklərin inkişafından qoruyur

- immuniteti möhkəmləndirir

- orqanizmi şlak və toksinlərdən təmizləyir

- qəbizliyi müalicə etməyə kömək edir

- orqanizmdə iltihabları azaldır

- virus və mikrob əleyhinə təsirə malikdir

- xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir

- dərinin vəziyyətinə çox müsbət təsir edir

- orqanizmdə gedən bərpa proseslərini stimullaşdırır.

 Sizə aloe bitkisinin şirəsi ilə çox məşhur resept təqdim edirik. Bu qarışığın güclü profilaktik və müalicəvi xüsusiyyətləri vardır.  

Resept

Aloe bitkisinin qalın yarpaqlarını kəsin, şirəsini sıxın (əllə və ya şirəçəkənlə).

8 x.q. aloe şirəsi, 3 iri limon, 1 stəkan təbii bal, 2 stəkan qoz ləpəsini götürün. Limonları (qabıqlı) və qozu blenderdən keçirin, bal və aloe şirəsini əlavə edin, yaxşı qarışdırın. Qarışığı 1 desert qaşığı olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.

İstinad: Saglamolun.Az
  5-12-2018, 08:21   Baxış: 174   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: