Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » STOMATİT nədir? Əmələ gəlmə səbəbləri və müalicəsi
STOMATOLOGİYA

STOMATİT nədir? Əmələ gəlmə səbəbləri və müalicəsi

STOMATİT nədir? Əmələ gəlmə səbəbləri və müalicəsi.STOMATİT nədir? Əmələ gəlmə səbəbləri və müalicəsi
Stomatit – ağız boşluğunun selikli qişasının iltihabıdır.Bu xəstəlik həm böyüklərdə həm də uşaqlarda geniş yayılıb.Stomatit zamanı ağız boşluğunun selikli qişasında ağrı verən kiçik qabarcıq şəklində yaralar əmələ gəlir.Stomatit şəxsin yemək,danışıq və yuxu qabiliyyətini poza bilər.

Stomatit
-yanaqlar
-diş ətləri
-dil
-dodaqlar
-damaqda
əmələ gəlir.
Stomatitin əmələ gəlməsinin bir çox səbəbi ola bilər.

Stomatitin növləri:
Aftöz ülser – ağız xorası da deyilir.Əsasən yanaqlarda, dildə və dodaqlarda olan sarımtıl rəngli xoradır
Uçuq – Uçuq adətən ağız və dodaq ətrafında əmələ gələn və tibbdə Herpes simplex adı verilən virusun səbəb olduğu xəstəlikdir.Dişəti və ya ağız içərisində nadirən rast gəlinir.
Ağız qıcıqlanması –  qıcıqlanmaya bunlar səbəb ola bilər:
Xərçəng xəstələrinin müalicə zamani aldığı radiasiya şüaları
İsti yemək və ya mayelərin qəbulu zamanı ağız yanması
Diş aparatı istifadə etmək
Dişəti iltihabı və ya başqa ağız iltihabı xəstəliklərinin mövcud olması
Qida və  ya dərmanlar kimi başqa şeylərə qarşı aşırı həssaslığın olması
lupus,Crohn xəstəliyi və ya Behçet xəstəliyikimi ağzın selikli qişasını zədələyən xəstəliklərə sahib olmaq
 
Stomatitin əlamətləri:
Əlamətlər 2 başlıqda göstərilir.

Aftöz ülser (ağız xorası)
Ağrı verir
Sağalma müddəti  5-10 gündür
Təkrar əmələ gələ bilər
Hərarətlə əlaqəli deyildir

Uçuq
əksərən ağrı ilə müşaiyət olunur
Sağalma müddəti 7-10 gündür
Bəzən qrip kimi əlamətlərlə də əlaqəli ola bilir.
 
Digər əlamətlər

Ağızın selikli qişasında yanma və ağrı hissi verən yaralar
Qida qəbulu və danışıq zamanı ağrılar və diskomfort.
Ağız qoxusu
Ağız içərisində meydana gələn gözlə görülən dərəcədə qızarıqlıq
Bədən hərarətinin zaman zaman yüksəlməsi
 
 Stomatitin əmələ gəlmə səbəbləri:
Bakteriyalar stomatitin inkişafına səbəb olur.Bu gigiyena qaydalarına riayət etməməsi,immun sistemini zəifləməsi,ağız boşluğu selikli qişasının travmaları (dişlədikdə, diş yuduqda və s.) zamanı mümkündür.
Zəif qidalanma
Göbələk infeksiyası (uşaqlarda tez-tez təsadüf edilir).
Viruslar (əsasən herpes virusu).
Allergiya
Yuxusuzluq
Ani çəki itkisi
qrip
hormonal dəyişiklik
Bəzi xəstəliklər (leykemiya – qan xərçəngi, Bexçet sindromu və s.),B qrupu və C vitaminlərinin çatışmazlığı da stomatitin inkişafına səbəb ola bilər.
bəzi dərman maddələrinin tez – tez və uzunmüddətli istifadəsi stomatitə səbəb olur.Məsələn,antibiotiklər, epilepsiya əleyhinə preparatlar, xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar və s.
 
 Stomatitin müalicəsi xəstəliyin səbəbindən asılıdır. Müalicə zamanı yerli (qarqaralar, məlhəmlər, xüsusi antiseptik preparatlar və s.) və ümumi müalicə (antibiotiklər, hormonal preparatlar və s.) təyin olunur.
Stomatit zamanı ağız boşluğunun selikli qişası iltihablaşmış olur.Bu səbəbdən xəstə xüsusi pəhriz saxlamalıdır.Qida yumşaq, yüngül, ilıq olmalıdır (tərəvəz püreləri, supları).

Şirin
istiotlu
turş
isti
qızardılımış qidalar
qəhvə
şokolad
əks-göstərişdir.

 Stomatitin müalicəsi:
isti içki və qidalardan, ədviyyatlı və duzlu qidalardan uzaq durun
tylenol və ya ibuprofen tərkibli ağrıkəsicilərdən istifadə edin
ağzınızı yandırsanız dərhal soyuq su ilə yaxalayın
daha çox su için
xoraya yerli anesteziyaedici kimi lidokain istifadə edin (6 yaşın altındakı uşaqlara olmaz!)
dodaq içi və diş ətlərindəki yaralara Triamsinolon məcunu sürtün
 
Bəzi xalq təbabəti üsulları stomatit zamanı çox yaxşı müalicəvi effekt verir. 

Çobanyastığı dəmləməsi ilə qarqara çox effektlidir. Dəmləməni hazırlamaq üçün 1 stəkan qaynar suda 1 xörək qaşığı çobanyastığı dəmlənilir və 30 dəqiqədən sonra süzülür. Bu dəmləmə ilə ağız boşluğunu tez-tez qarqara etmək lazımdır.
Kalendula bitkisi də çox yaxşı təbii antiseptikdir.
Propolis dəmləməsi ilə qarqara da çox yaxşı kömək edir. Propolisin kiçik tikəsini sürtgəcdən keçirdib 1 stəkan qaynar suda dəmləyin və tez-tez qarqara edin.
 
Əgər stomatit yüksək hərarət, dəridə suluqların əmələ gəlməsi və s. simptomlarla müşayiət olunarsa, mütləq həkimə müraciət edin.
Tez-tez təkrarlanan stomatit immun sistemində olan pozulmadan xəbər verə bilər.
İstinad: saglamheyat.net
  27-12-2018, 08:57   Baxış: 642   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..