Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
DƏRİ-ZÖHRƏVİ XƏSTƏLİKLƏRİ

AKNE NƏDİR?

AKNE NƏDİR?AKNE NƏDİR?
Akne (sızanaq) ən çox yeniyetmələrdə görülən bir dəri problemidir. Akne, komedon (dəri rəngində və qara nöqtələr), papulopüstüler (qırmızı vəya ucu ağ rəng iltihablı qabarıqlıqlar), düyünlər-kistlər ( dəri içində ağrılı-ağrısız sərtliklər) şəklində görülür.
Gənclərin 85%-də görülür. Ən çox üz, kürək, qollar, sinə nahiyəsində ortaya çıxır. Qızlarda 10-17, oğlanlarda 14-19 yaşlarda başlayır. Yeniyetmə dövrü üçün xarakterik bir dəri xəstəliyi olsa da, 25 yaşından sonra da görülə bilər.

NECƏ YARANIR?
Yağ vəzləri dəridə tük köklərinin olduğu follikula (soğanağa) boşalır, bunlar da poralar (gözənək) vasitəsilə dəriyə açılır. Folikuldakı keratinositlərin (divarındakı hüceyrələr) bayıra atıla bilməməsi gözənəkləri qapayır. Yağ vəzlərinin ifrazındakı artış nəticəsində bu ölü hüceyrələr bir birinə yapışır və tıxanma daha da artır. Sızanaq başlanğıcı olan komedonlar, dəri rəngində və qara nöqtələr bu şəkildə ortaya çıxır. Dəridə mövcud olan mikrobların (Propionibacterium acnes, Staphylococcus epidermidis ve Pityrosporum ovale) ifraz etdiyi bəzi maddələrin də prosesə qoşulması nəticəsində iltihab yaranır. Daha şiddətli sızanaqlar əmələ gəlir.

TƏSİR EDƏN FAKTORLAR HANSILARDIR?
Genetik faktorlar (yağ vəzi kanalında qalınlaşma ve kanalın bağlanmağa meylli olması), yeniyetmə dövründə artan yağ ifrazı (sebum), fiziki faktorlar (çəkilən yağlı kremlər, isti hava, tərləmədə artış, makyaj ve dəriyə uyğun olmayan təmizləyicilərin istifadəsi), bəzi dərmanlar, stres sızanaqların ortaya çıxmasına şərait yaradan faktorlardır. Aparılan araşdırmalar göstərir ki qidaların akneyə heç bir təsiri yoxdur. Ailəsində şiddətli akne problemi olanlarda aknenin daha sıx görüldüyü bildirilmişdir.

BAŞQA XƏSTƏLİKDƏN YARANA BİLƏRMI?
Menstrual (aybaşı) düzənsizlik, kişi tip tüklənmə (çənə, qarın, ve süd vəzi başı çevrəsində), kişi tip saç tökülməsi, kökəlmə kimi əlamətlər varsa, həmçinin akne müalicələrə cavab vermirsə o zaman bəzi hormon analizləri olunmalıdır. Qalan hallarda aknedə hər hansı analizə ehtiyac yoxdur. Aknenin hər hansı daxili orqan (mədə, bağırsaq,qaraciyər və s.) xəstəliyi ilə əlaqəsi yoxdur.

AKNE İLƏ BAĞLI BİLİNƏN YANLIŞLAR !!!

AKNE KİRDƏN QAYNAQLANIR. ÜZÜMÜ TEZ-TEZ YUSAM YARANMAZ
XEYR!!! Kirlə əlaqəsi yoxdur. Üzü gün ərzində 1-2 dəfə uyğun təmizləyici ilə yumaq kifayətdir. Yoxsa dərini aşındıra bilərsiz.

AKNE BAŞQA BİRİNDƏN MƏNƏ YOLUXA BİLƏR
XEYR!!! Akne yoluxucu bir xəstəlik deyil. Aknenin yaranmasında rol oynayan mikrob normalda hər kəsin dərisində var.

YAĞLI YEYƏRSƏM AKNE ÇOXALAR
XEYR!!! Aknenin yediyiniz yağla bir əlaqəsi yoxdur.

AKNELİ İNSAN MAKYAJ ETMƏMƏLİDİR
XEYR!!! Makyajlı yatmamaq şərtilə yağsız (su əsaslı), çox da qalın olmayan kosmetika istifadə edə bilərsiz.
 
AKNENİN MÜALİCƏSİ
Yüngül aknelerde sadəcə təmizləyici məhsullar ve kremler kifayət edərkən, orta-ağır dərəcəli aknedə və hormonal aknedə dərman istifadəsinə ehtiyac var. Hal hazırda aknenin müalicəsində topikal və sistemik vasitələr istifadə olunur.

Topikal müalicə: Komedolitiklər (azelaik asit, retinoik asit, benzoil peroksit, salisilik asit ve s.), antibiyotiklər (tetrasiklin, nadifloksasin, klindamisin, sodyum sulfasetamid,azitromisin) veya bunların kombinasiyaları. Bu dərmanlar dermatoloq nəzarətində istifadə olunmalıdır.
 
Sistemik müalicə: Antibiotiklər (azitromisin, tetrasiklin) ve vitamin A törəməsi olan izotretinoin. Bu dərmanların necə və nə qədər istifadəsinə dermatoloq qərar verməlidir.
İstinad: akne.az
  30-12-2018, 23:20   Baxış: 697   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..