Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Alimlər yaş ötdükcə qarının niyə böyüdüyünü aşkar ediblər.
Xəbərlər / Manşet

Alimlər yaş ötdükcə qarının niyə böyüdüyünü aşkar ediblər.

 
Alimlər yaş ötdükcə qarının niyə böyüdüyünü aşkar ediblər.
 
Maide.Az "RİA novosti"ə istinadla xəbər verir ki, nəticələr Cell Metabolism jurnalında dərc olunub. 
 
Qocaldıqca orqanizmin yağ əritmə xüsusiyyəti azalır və o dəri altında, əzələlərdə, daxili orqanlarda yığılır. 
 
Piyin yığılması xüsusilə qarın boşluğunda daha çox nəzərə çarpır. Bu qarın və ya viseral yağdır. Onun aşırı miqdarda olması piylənməyə, ikinci tip diabetə və iltihabi xəstəliklərə səbəb olur.
 
ABŞ və Almaniyadan olan alimlər yaşlı siçanlarda qarın yağında immun B hüceyrələrinin qəflətən böyüməyə başladığını və bunun metabolik pozğunluqlara və iltihaba səbəb olduğunu aşkarlayıblar. 
 
Məqalə müəlliflərinin fikrincə, gənc orqanizmə infeksiya düşdükdə B hüceyrələr böyüyür, infeksiya məhv olduqdan sonra yenidən əvvəlki ölçüsünə qayıdırlar. Yaş ötdükcə onlar daha kiçilmir, qarın boşluğunda qalaraq, piylənmə və xroniki iltihaba səbəb olurlar.
 
Tədqiqatçılar yağ B hüceyrələrinin yaxınlıqdakı makrofaqlardan siqnal alaraq böyüdüklərini müəyyən ediblər. Bundan əlavə, məlum olub ki, makrofaqların siqnalını azaltmaq və yağ hüceyrələrini kənarlaşdırmaqla B hüceyrələrinin genişlənməsi prosesini geri çevirmək və vücudu yaşla əlaqədar metabolik xəstəliklərdən qorumaq mümkündür.
 
Bəzi xərçəng xəstəliklərin müalicəsi üçün B hüceyrələrini neytrallaşdıran dərmanlar artıq istifadə olunur. Alimlər hesab edirlər ki, bu dərmanların zəif işləyən yağ B hüceyrələrinə təsirinin effektivliyini yoxlamaq lazımdır. Bu, yaşlı insanların həyat keyfiyyətini və sağlamlığını yaxşılaşdırmaq, ikinci tip diabet və ateroskleroz kimi yaşla bağlı metabolik xəstəliklərin səviyyəsini azaltmaq üçün yeni imkanlar aça bilər.
  22-11-2019, 00:06   Baxış: 51   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..