Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Razyana hansı problemləri aradan qaldırır?
XALQ TƏBABƏTİ

Razyana hansı problemləri aradan qaldırır?

Anemiya: Dəmir və histidin, razyanada olan amin turşuları, ikisi də qanazlığı müalicəsində olduqca faydalıdır. Dəmir hemoqlobinin əsas mahiyyətidir, histidin isə qandakı bir çox digər mühüm maddələrin quruluşunda rol oynayır.Razyana hansı problemləri aradan qaldırır?

 

Ürək xəstəlikləri: Razyana zəngin bir lif qaynağı ilə həzmə olan köməyindən əlavə, bu liflər qandakı xolesterinin sağlam bir səviyyədə saxlanılmasına yardımçı olur. Bu da demək olur ki, "pis" xolesterini əngəlləyir. Öz növbəsində "pis" xolesterin bir çox damar problemlərinə, ürək narahatlıqlarına və hətta infarkta və iflicə səbəb olur.

 

Xərçəng: Bitkinin çiy halının xərçəngə təsiri daha əvvəl araşdırılmayıb, amma razyananın özünün xərçəng xəstəliyinə qarşı güclü bir köməkçi vasitə olduğu məlum olub. Görünüşə görə, bitkinin özü yalnız şişlərin böyüməsinə mane olmur, eyni zamanda xərçəng müalicəsi ərzində radiasiyanın pis təsirlərindən qorunmağı da təmin edir, bu xüsusiyyətlərin də tərkibindəki flavonoid, alkaloid və fenollarla əlaqəli olduğu güman edilir. Razyana toxumunun bir çox qaraciyər xəstəliklərində də təsirli olduğu müşahidə edilmişdir.

Qan təzyiqi: Razyana olduqca zəngin kaliuma sahibdir və kalium da bədəndəki mühüm proseslərdə böyük rola malik olan bir qidadır. Kaliumun mühüm xüsusiyyətlərindən biri damar böyüdücü təsiridir ki, bu da qan damarlarındakı gərginliyi və stressi azaldıb, qan təzyiqini salmağa yardımçı olur.

 

Deyerler.org

  1-01-2017, 22:39   Baxış: 374   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: