Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Mədə qıcqırmasına qarşı təsirli qidalar
XALQ TƏBABƏTİ

Mədə qıcqırmasına qarşı təsirli qidalar

Yeməklərdən sonra mədə qıcqırması ilə bağlı şikayətiniz varsa, əvvəlcə buna səbəb olan qidaları müəyyənləşdirmək lazımdır və qıcqırma hissini artıran qidalardan uzaq durmalısınız.Mədə qıcqırmasına qarşı təsirli qidalar

Mədə qıcqırması günümüzdə milyonlarla insana təsir edən və həyat keyfiyyətini aşağı salan bir sağlamlıq problemidir, ancaq qidalarla edilən dəyişikliklərlə xəstəliyi nəzarət altına almaq və narahatlıqları azaltmaq mümkündür.

Mədə qıcqırmasına qarşı yaxşı təsir edən qidalar sırasında mədə turşusunu normal səviyyədə tutan və həzm edilməsi nisbətən asan olan çiy tərəvəzlər, lifli meyvələr, uzun müddət tox tutan tam taxıllı qidalar ilk sıralarda gəlir.

Tərəvəzlər: mədə qıcqırması yaşamamaq üçün yeməyinizi yüngül tutmalısınız. Bunun üçün pörtülmüş tərəvəzlər ideal bir seçim ola bilər.

Vitamin və minerallar baxımından zəngin tərəvəzlər həm qıcqırmanı artıran mədə turşusunun istehsalını tarazlaşdırır, həm də lifli quruluşları ilə qidaların daha asan həzm edilməsini təmin edir.

Meyvələr: lifli meyvələr ürəyinizə çox ağırlıq vermədən daha tez həzm edilir. Bu sayədə mədə qıcqırması artıran mədə turşusu istehsalı minimum səviyyədə saxlanılır. Lakin mədə turşusunu artıran narıncı meyvələrdən (portağal, naringi, qreypfrut) və turş çiyələk, ananas, kivi kimi meyvələrdən uzaq durmalısınız.

  1-01-2017, 22:47   Baxış: 106   
Yüklənir...
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: