Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Sağlamlıq misilsiz nemətdir
TİBBİ HƏDİSLƏR

Sağlamlıq misilsiz nemətdir


Sağlamlıq misilsiz nemətdir

Sağlamlıq misilsiz nemətdir
.
Narkotik maddələrin haramlığında istinad edilən mənbələr
A-) Qurani-kərim ayələri:
.
1- Təhlükə ayəsi. Bəqərə surəsi 195-ci ayə

وَ لَا تُلْقُواْ بِأَيْدِيكُمْ إِلىَ التهَّلُكَةِ

"Öz əlinizlə özünüzü təhlükəyə atmayın.”
Ayədə işlədilən "tuhliku” sözü lüğətdə "sonu ölümlə nəticələnən hər bir iş” və "həlak olmağa səbəb olan hər hansı şey” mənasınadır. Deməli, ayənin mənası belədir: "Öz əlinizlə özünüzü həlak etməyin.” Yəni "elə bir iş etməyin ki, o iş sizi ölümün pəncəsinə atsın” və "öz əlinizlə ölümünüzü (həlakınızı) tezləşdirməyin”.
Həlak sözü ilə təhlükə sözünün arasında fərq vardır. Belə ki, bəzi işlər həlakdandır, məsələn; intihar, zəhər içmək və ilaxır. Ancaq təhlükədən məqsəd; özünü ölümün pəncəsinə atmaq, ölümünü tezləşdirmək, ölümünə şərait yaratmaq və ilaxır. Deməli, bu ayədə təhlükədən məqsəd özünü ölümün caynağına atmaqdır, istər ölüm dərhal baş verə, istər dərhal baş verməyə.
Bu ayənin insanlara çatdırdığı haramların biri də məst edicilərdən və narkotik maddələrdən istifadənin haram olmasıdır. Çünki indiki zamanda heç kimə gizli deyildir ki, narkotik maddələr insanın məhvinə və onun tədriclə həlak olmasına səbəbdir. Bu həqiqət bəşər övladının acı təcrübələri vasitəsilə sübut olunmuşdur. Narkotik maddələr ölüdürcü zəhər kimi insanın bədəninə daxil olduqda onu çox ciddi zərər və ziyanla üzbəüz qoyur, tədriclə ölüm və həlakı ona yaxınlaşdırır.
.
2- Özünü öldürməyi qadağan edən ayə. Nisa surəsi 29-cu ayə

وَ لَا تَقْتُلُواْ أَنفُسَكُمْ

"Özünüzü ölüdürməyin.”
Bu ayə təhlükə ayəsinin bir qolu sayılır. Bu ayənin beş məşhur mənası var;
a) Özünü öldürmək (intihar) haramdır.
b) Cəmiyyətdə möminlərin ölümünə səbəbkar olmaq haramdır, çünki müsəlmanlar vahid bir bədən kimidir.
c) İnsanın mənəvi şəxsiyyətinin (mənliyinin, abırının) məhv olmasına səbəb olacaq hər bir əyrilik, günah, cinayət və sair bu kimi əməllərin hamısı haramdır.
ç) İnsanın ölümünü təzləşdirəcək işlərin haram olması, istər insan dərhal həlak ola, istər tədriclə və cismin əriməsi və sair ilə.
d) İnsanın öz bədənini və canını (daxili orqanlarını) zədələməsi və yaralaması qadağan edilmişdir.
Narkotik maddələrin haram olması dəlillərindən bəhs edən fiqhi kitablarda yuxarıdakı mənaların beçincisinin şərhi zamanı qeyd edilmişdir. Çünki qətldən (ölüdürməkdən) olan məqsədlərin biri də adi halda insanın öz canına elə qəsd etməsidir ki, bu hərəkət onun dərhal ölməsinə səbəb olmur, bəlkə müxtəlif şəkildə canını ziyan və zərərlərə düçar edir, yaxud özünü şikəst edir, sağlamlığını tədriclə itirir...
Alimlərinin hamısının bu ayə barədə nəzəri bundan ibarətdir ki, "ayə yalnız qətl və dərhal ölümlə, yəni intiharla məhdudlaşmır, ayənin çox geniş mənaları vardır, o mənalardan biri də insanın özünü sağlamlıqdan məhrum etməsi, yarımcan olması və ölümü özünə yaxınlaşdırmasıdır.” Təhlükə ayəsinin mənalarını bu ayə də ehtiva edir.
Bu ayəyə əsasən narkotik maddələrdən istifadə etmək, həmçinin tütün məhsullarının ifrat aludəçisi olmağın nəticəsi budur ki, insanın tənəffüsündə hərarət (istilik) əmələ gəlir və ardınca nəfəs yollarında çox təhlükəli mikroblar yaranır, beləliklə də insan pis və ölüdürücü xəstəliyə tutulur. Buna görə də narkotik maddələrdən istifadə etmək intiharın ən pis növlərindən sayılır.
.
3- Murdar (napak, iyrənc) şeyləri haram edən ayə. Əraf surəsi 157-ci ayə

وَ يحُرِّمُ عَلَيْهِمُ الْخَبَئثَ

"Murdar (napak) şeyləri haram edər”
İslam dini insanlara zərər olan hər bir murdar, napak və iyrənc şeyləri haram etmişdir. Narkotik maddələr zərər və ziyanları, eləcə də hər fərdin və cəmiyyətin ruhu və cisminə təsir edən pis nəticələri baxımından ən murdar və ən iyrənc şeylərdən sayılırlar. Narkotik maddələrin ən böyük zərbəsi insanın ağılını, idrak, düşüncə və təfəkkürünü zədələməsidir.
Belə ki, ağılı qorumağı şəriət hər bir şəxsə vacib etmişdir. İslam dininin əsası sağlam ağılın qorunmasıdır, ona görədir ki, İslam dinin insanın ağılına zərərli olan hər şeyi haram etmişdir. Spirtli işkilərin və haramxorluğun haram edilməsi də buna (ağıla) görədir.
.
4- Məst ediciləri haram edən ayə. Bəqərə surəsi 219-cu ayə

يَسْلُونَكَ عَنِ الْخَمْرِ وَ الْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَ مَنَافِعُ لِلنَّاسِ وَ إِثْمُهُمَا أَكْبرَ مِن نَّفْعِهِمَا

"Səndən şərab və qumar haqqında soruşurlar, (onların cavabında) de: onların hər ikisində böyük günah və insanlar üçün (ötəri və aldadlcı) mənfəətlər vardır, ancaq onların günahı mənfəətlərindən çoxdur.”
Ayədə işlədilən "xəmr” sözü hər növ məst ediciyə aiddir, təkcə şərab və spirtli işkilərlə məhdudlaşmır. Çünki "xəmr” sözü lüğətdə örtük və ötmək mənasınadır, məst edicələrin hamısı ağılın örtülməsinə (aradan getməsinə), insanın yaxşı və pisi biri birindən ayırmasına mane olduğuna, həmçinin insanı düşüncə və idrakdan məhrum etdiyinə görə haram edilmişdir.
Ayədə işlədilən "ism” sözü günah kəlməsinə yaxın bir sözdür. "İsm” sözünün mənası "insanı xeyirə nail olmaqdan məhrum edən və insana bədbəxtlik, məhrumluq gətirən hal və vəziyyətdir”. Bu hal insanın ağıl və ruhunda yarandıqda onun tərəqqiyə və yaxşılıqlara nail olmasına mane olur, eləcə də insanın cisminə və ruhuna çoxlu zərərlər yetirir. Deməli, insanı uçuruma sürükləyən, eləcə də onu xeyir və savab işlərdən məhrum edən bütün zərərli işlərə "ism” deyilir.
Bu ayəyə əsasən spirtli içkilər və narkotik maddələrin zərər və günahlarının mənfəətlərindən daha çox olduğuna, insanın sağlam ağlını puç edərək onun təfəkkür, düşüncə və idrakını zədələdiyinə, həmçinin yalançı və ötəri şəhvətləri insanın fərdi və ictimai rəftarlarına hakim etdiyinə görə haram edilmişdirlər. 
.
B-) Xüsusi hədislər

1- Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

قال : سيأتي زمان على أمتي يأكلون شيئا اسمه
البنج أنا برئ منهم ، وهم بريئون مني

"Ümmətim üçün elə bir vaxt gələcək ki, bənc (toxumundan bihuşedici və kefləndirici maddələr hazırlanan hər hansı bitki; həşiş, anaşa və sair) yeyəcəklər, Mən onlardan uzağam, onlar isə Məndən uzaqdırlar.”
Müstədrəkul vəsail 17-ci cild 86-cı səhifə
.
2- Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

وقال ( صلى الله عليه وآله ) : " سلموا على اليهود والنصارى ، ولا
تسلموا على آكل البنج

"Yəhudilərə və xristianlara salam verin, amma bənc yeyənlərə (narkotikadan istifadə edənlərə) salam verməyin.”
Müstədrəkul vəsail 17-ci cild 86-cı səhifə
.
3- Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

قال ( صلى الله عليه وآله ) : " من أكل البنج فكأنما هدم الكعبة سبعين
مرة ، وكأنما قتل سبعين ملكا مقربا ، وكأنما قتل سبعين نبيا مرسلا ، وكأنما
أحرق سبعين مصحفا ، وكأنما رمى إلى الله سبعين حجرا ، وهو أبعد من
رحمة الله من شارب الخمر ، وآكل الربا ، والزاني ، والنمام

"Kim bənc yeyərsə (narkotik maddələrdən istifadə edərsə) sanki Kəbəni yetmiş dəfə uşurmuşdur, yetmiş müqərrəb mələyi öldürmüşdür, yetmiş peyğəmbər öldürmüşdür, yetmiş Quran yandırmışdır, Allaha sarı yetmiş daş atmışdır. O, şərab işən, riba (sələm) yeyən, zina edən və söz gəzdirən adamdan daha çox Allahdan uzaqlaşmışdır.
Müstədrəkul vəsail 17-ci cild 86-cı səhifə 20815-ci hədis
.
4- Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

ألا إن كل مسكر حرام ، وكل مخدر حرام ، وما
أسكر كثيره حرام قليله ، وما خمر العقل فهو حرام

"Agah olun! Hər bir məstedici haramdır və hər bir narkotik maddə haramdır, çoxu məst edən şeyin azı da haramdır. Ağılı məst edən hər bir şey haramdır.”
Kənzul ummal (Müttəqi Hindi) 5-ci cild 368-ci səhifə 13273-cü hədis
Usdul ğabə (İbn əl-Əsir) 1-ci cild 124-cü səhifə
.
C-) Ümumi hədislər

1- Zərər və ziyanı qadağan edən qayda
Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur:

لا ضرر ولا ضرار في الإسلام

"İslamda zərər vermək və zərər vurmaq yoxdur.”
əl-Xilaf (Şeyx Tusi) 3-cü cild 440-cı səhifə
.
Bu hədis bütün məzhəblərin kitablarında gəlmiş ən məşhur hədislərdəndir. Bu hədisin mənası budur ki, "İslam şəritətində insana zərər və ziyan vuracaq heç bir hökm yoxdur, həmçinin heç bir müsəlmanın başqa bir müsəlmana maddi və cismi ziyan vurmağa, yaxud başqasını çətinliyə salmağa haqqı yoxdur.”
Narkotik maddələrdən istifadənin haram olmasının dəllillərindən biri də "zərər yoxdur” hədisidir. Xüsusilə də, əvvəla narkotikanın zərər və ziyanları aşkar və çox şiddətlidir, ikincisi onun ziyan və zərərləri yalnız ondan istifadə edənlə məhdudlaşmır, əksinə narkotik maddədən istifadə edən şəxsin dostları, ətrafı və ailəsi də, üstəlik bütün cəmiyyət onun acısına və ziyanlarına məruz qılırlar. Ona qurşanmış adam özünü düşünmə, təfəkkür və idrakdan məhrum etmiş olur, elə bir ruhsuz bədənə çevrilir ki, onun ətrafında baş verən hadısələrə laqeyd və biganə olur. O, bütün həyatı puç və lazımsız bilir.
.
2- Haramların səbəbləri hədisi

Haram olan şeylərin səbəbləri barədə olan hədisləri araşdırdıqda görürük ki, həzrət Peyğəmbər (s) və məsum İmamlar (ə) həmin şeylərin insana zərərli və ziyanlı olduğuna görə Allah Taala tərəfindən haram edildiyini açıqlayıblar. O cümələdən: Müfəzzəl ibn Ömər şərab, qan, murdar və donuzun nə üçün haram edilməsini soruşduqda imam Cəfər Sadiq əleyhissalam buyurur:

إن الله سبحانه وتعالى لم يحرم ذلك
على عبادة وأحل لهم سواه رغبة منه فيما حرم عليهم ولا زهدا فيما أحل لهم ولكنه خلق
الخلق وعلم عز وجل ما تقوم به أبدانهم وما يصلحهم فأحله لهم وأباحه تفضلا منه عليهم به
تبارك وتعالى لمصلحتهم وعلم ما يضر ( هم ) فنهاهم عنه وحرمه عليهم

"Allah Taalanın bu saydıqlarını haram etməsi və bunlardan qeyrilərini isə halal etməsi heç də Allahın insanlara haram etdiyi şeylərə rəğbətli olması və halal etdiyi şeylərə meyilsiz olması üçün deyildir. Əksinə, O (Allah) insanları yaratmış, insanların bədənlərinə nəylərin gücləndirici və xeyirli olmasını bilir. Buna görə də insanlara lütf və mərhəmət edərək onların xeyirlərinə olan şeyləri halal və mübah (icazəli) etmiş, onlara zərər və ziyan olan şeylərdən xəbərdar olduğu üçün həmin şeyləri insanlara qadağan və haram etmişdir.....”
.
Bu hədis haram və halal olan şeylərin haramlığının və halallığının səbəblərinin ümumi qaydasını ehtiva edir. Hədisə əsasən özünə zərər və ziyan vurmaq haramdır, çünki İmam Sadiq əleyhissalam bu hədisdə haramlığın səbəbinin insanın bədəninə zərər və ziyan olmasında, halallığın səbəbini isə insanın bədənini gücləndirən və ona faydalı olmasında olduğunu bildirir. Deməli, bədənə ciddi zərər və ziyanı olan şeylər haramdır. 
Bu zərər və ziyanın insanın ölümü ilə nəticələnməsi şərt deyil, çünki bu hədisin ardında buyurulur ki, insanlara haram edilmiş şeylər dörd ziyan vurur. 1- Bədənin zəifliyi, 2- Cismi qüvvə və güclərin süstləşməsi, 3- Nəsilin kəsilməsi, 4- Qəfil ölüm.
Başqa sözlə, bu hədisdən bəlli olur ki, şeylərin halal olması əsas iki cəhətdəndir.
1) Bədənin güclənməsinə səbəb olan şeylər
2) Bədənin islahına (yaxşılaşdırılmasına) səbəb olan şeylər
Ancaq bəzi şeylərin haram olmasının yalnız bir cəhəti vardır, o da "bədənə zərər və ziyan olan şeylər”dir.
Deməli, insanın bədəninin gücünə zərər və ziyan olan şeylər haramdır, lakin bədənin gücünə zərər olmayan, yalnız bədənin islahına ziyanlı olan şeylər haram deyil. Hərçənd ki, bu da zərərdən sayılır.
.
Narkotik maddələr və onlara aludəçilik həlak edici olaraq müxtəlif cəhətlərdə, o cümlədən sağlamlıq, istisadi, siyasi, ictimai və əxlaqi zəmində çox böyük dağıdıcı və məhv edici təsirlərə malikdir. Bundan əlavə insanın təfəkkür, düşüncə, istedad, israk, qüdrət, çalışmaq və quruculuq səylərini insanlardan alır; ailələrin əsasını, insanları dini və həyati əqidə və inamlarını dağıdaraq məhv edir.
Hər bir pis işin qarşısının alınmasında ilk öndə həmin mövzu ilə əlaqədar maarifləndirmə olmasını nəzərə alaraq, bu yazı insanlara bu zərərli və ziyanlı maddənin haram olmasının səbəbləri və sübutlarını açıqlayır.

 
 

www.ehlibeyt.info

  2-01-2017, 01:10   Baxış: 316   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: