Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Bahalı və ucuz dərmanlar. Fərq nədədir?
Videolar / Xəbərlər

Bahalı və ucuz dərmanlar. Fərq nədədir?

Heç kim xəstələnmək istəmir. Tək ona görə yox ki, bu çox xoşagəlməz haldır, həm də ona görə ki, dərmanlar olduqca bahalıdır.


Lakin insanların bir çox hissəsi bilmir ki, bahalı dərmanların (onlara həm də "brend preparatlar", "firma dərmanları" deyilir) daha ucuz analoqları var. Onları "jeneriklər" adlandırırlar. Brend dərmanların qiymətinə reklam və marketinqlə bağlı olan xərclər, patent, müxtəlif kliniki sınaqların keçirilməsi və s. daxildir. Bahalı dərmanların daha mürəkkəb istehsalat texnologiyası da (yeni, qabaqcıl avadanlıq və s.) onların qiymətinə təsir edir.


Təbii ki, brend dərmanların jeneriklərlə müqayisədə müəyyən üstünlükləri var. Onlar daha yaxşı təmizlənir, onların tərkibinə bəzi əlavələr daxil edilir, onların bəzi yanaşı təsirləri yoxdur, allergik reaksiyalara daha az hallarda səbəb olurlar, bəzən daha tez təsir edirlər və s.


Ucuz dərmanların üstünlüyü isə ondan ibarətdir ki, bu dərmanların saxtalaşmasına az rast gəlinir ("sərfəli" deyil). Bahalı dərmanların isə çox tez-tez saxtalarını istehsal edirlər ki, bu müasir farmasevtik sənayedə və tibbdə artıq böyük bir problemə çevrilib.


Aşağıda biz bəzi bahalı brend dərmanların və onların ucuz analoqlarının siyahısını sizə təqdim edirik (brend dərmanların adları birinci gedir). Bu siyahı, təbii ki, tam deyil.


Nurofen - İbuprofen, İbufen


Mezim - Pankreatin


Panadol - Parasetamol


Bepanten - Pantoderm, Depantol


Fastumgel, Bıstrumgel - Ketoprofen


Voltaren - Diklofenak


Amiksin - Levomaks


Kavinton - Vinposetin


Omez, Qastrozol - Omeprazol


Diflükan, Flükostat - Flukonazol


Zoviraks - Asiklovir


Lioton gel - Heparin mazı


İmodium - Lopedium, Loperamid


Lazolvan - Ambroksol


Zantak - Ranitidin


No-şpa - Drotaverin


Panangin - Asparkam


Ksimelin, Otrivin - Qalazolin


Aspirin Upsa - Asetilsalisil turşusu


Pirasetam - Nootropil


Lamizil (krem) - Terbinafin


Flemoksin - Amoksisillin


Sumamed - Azitromisin


Preduktal - Trimetazidin


Trixopol - Metronidaxol


Troksevazin - Trokserutin


Enap - Enalapril


Maksideks - Deksametazon


İstənilən dərman preparatı xəstəyə yalnız həkim təyin edə bilər. Lakin həkim sizə hər hansı dərman təyin etdikdə, bu dərmanın daha ucuz analoqun olub-olmaması haqqında həkimə və ya aptekdə işləyən farmasevtə sual verə bilərsiniz.


Mənbə: www.eurolab.ua

  15-12-2016, 07:17   Baxış: 371   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: