Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » QİDA BORUSUNUN (EZOFAQUSUN) AXALAZİYASI
CƏRRAHİYYƏ

QİDA BORUSUNUN (EZOFAQUSUN) AXALAZİYASI

QİDA BORUSUNUN (EZOFAQUSUN) AXALAZİYASIQİDA BORUSUNUN (EZOFAQUSUN) AXALAZİYASI

 

Təsviri:

·    xarakterik kliniki sindromla nəticələnən qida borusu (ezofaqus) və aşağı ezofaqeal sfinkterin peristaltik dalğalı hərəkətliyinin pozulmasıdır. Başqa cür həmçinin kardiospazm adlanır. 

·    ezofaqusun axalaziyası hər yaşda mümkündür, lakin daha çox 20-40 yaşında və 70-80 yaşında baş verir. Qadınlar və kişilər eyni dərəcədə xəstəliyə məruz qalır. 

·Ümumiyyətlə, qida borusunun axalaziyası nadir patologiyadır və ildə hər 100.000 nəfərdən birində müşahidə edilir. 

Səbəblər

·  idiopatik

·  infiltrativ proseslə əlaqəli səbəblər:

·  mədənin adenokarsinoması,

·   amiloidoz,

·  pankreas, süd vəzi, ağ ciyər və ya hepatosellulyar (qara ciyər) xərçənq tərəfindən myenterik sinir torunun invaziyası,

·  paraneoplastik efekt (məsələn, ağ ciyərin kiçik hüceyrəli xərçənqi olan xəstələrdə anti-neuronal anticismlərin sekresiyası).

·  qastroezofaqeal birləşmə nöqtəsinin xaricdən sıxılması (məsələn, antireflyuks proseduru və ya laparoskopik əməliyyat nəticəsində mədənin tənzimlənən bandajlanması nəticəsində daralmış fundoplikasiya). 

·  Şaqas xəstəliyi (əsasən, Cənubi Amerikada),

·  Qenetik xəstəliklər:

·   Allqrovs sindromu - alakrima, adrenal çatışmazlıq və veqetativ sinir sisteminin çatışmazlığı ilə əlaqəli olan autosomal resessiv xəstəlikdir.

·   qenetik serebellyar ataksiya - serebelyar ataksiya və ezofaqeal myenterik-qanqlion hüceyrələrin deqenerasiyası ilə əlaqəli olan autosomal resessiv xəstəlik. 

·   ailədaxili axalaziya - ailə üzvlərində rast gəlinən və uşaqlıqda müşahidə edilən axalaziya və yayılmış (diffuz) ezofaqeal spazmla, habelə bəzi xəstələrdə əqli inkişafın geriliyi ilə əlaqələndirilən xəstəlikdir.

·   Parkinson xəstəliyi

Patoqenez:

·    qanqlion disfunksiyası (autoimmun, virus nəticəsində immun və ya neyrodeqenerativ proses nəticəsində baş verə bilər)

·  Bu isə nəticədə:

·   peristaltikanın yoxluğu

·   aşağı ezofaqeal sfinkterin hipertonusu və natamam relaksasiyasına gətirib çıxarır

·   əzələlərin hipetrofiyası

Ağırlaşmalar:

·    perforasiya 2-6% hallarda baş verir (pnevmatik dilatasiya zamanı)

·    requrqitasiya aspirasion pnevmaniyaya səbəb ola bilər, habelə 7-8% hallarda təkrarlanan pnevmonit və ya bronxit baş verir. 

·    axalaziyanın müalicəsi aparıldıqda və ya aparılmadıqda, həmin xəstələrdə ezofaqusun xərçənqi riski artmış olur.

Əsas şikayət

·  disfaqiya (həm sulu, həm bərk qida məhsullarına) 90% xəstələrdə müşahidə edilir. 

·  requrqitasiya 60%-dək xəstədə olur

·  döş qəfəsində ağrılar 60%-dək xəstədə olur

·  çəki itkisi 60%-dək xəstədə olur

·  qıcqırma hissi (antireflüks terapiyasına cavabsız) 60%-dək xəstədə olur

·  gecə baş verən öskürək 60%-dək xəstədə olur. 

Anamnez morbi

·  proqressiv (inkişaf edən) disfaqiya (həm sulu, həm bərk qidaya) və requrqitasiya

·  bəzi xəstələr həkimə müraciət etdikdə onlarda daha zəif simptomlar müşahidə edilir ki, bunun da səbəbi adətən xəstələr tərəfindən öz simptomlarını azaltmaq üçün müvafiq empirik tədbirlərin görülməsidir:

·  yavaş-yavaş yemək

·  qida qəbulu zamanı stereotaktik hərəkətlər

·  qida qəbulu ilə yanaşı keçən müxtəlif sosial yığıncaqlardan könüllü şəkildə kənarda qalma

·  axalaziyası olan xəstələrin böyük əksəriyyətində müşahidə edilən döş qəfəsindəki ağrı ənənəvi anti-reflyüks terapiyasına cavabsız olur. 

Fiziki müayinə

Ümumi vəziyyət

·  zəiflik, çəki azlığı, kaxeksiya (uzun müddət davam edən xəstəlik zamanı) 

Diaqnostika

·  Əgər axalaziyaya şübhə varsa, barium ilə ezofaqoqram, yuxarı endoskopiya (ezofaqo-qastro-duodenoskopiya) və ezofaqeal manometriya aparılır ki, diaqnoz təsdiqlənsin. 

·  bariumun udulması ilə aparılan ezofaqoqramda axalaziyadan xəbər verən tapıntılara - ezofaqusun dilatasiyası, peristaltikanın yoxluğu və distal ezofaqusun "quş dimdiyi”nə oxşar xarakterik daralması daxildir. 

·  ezofaqoqastroduodenoskopiyada isə tipik tapıntılara sıxılmış olan aşağı ezofaqeal sfinkterli  dilatasiya olunmuş ezofaqus aiddir. Aşağı ezofaqeal sfinkterə zond ilə bir qədər təzyiq nümayiş etdirərək, sfinkterin açılması və bəzən isə qida borusunda qalmış qida və tüpürcək də müşahidə edilir. 

·  ezofaqusun manometriyası (diaqnostika üçün qızıl standart) zamanı axalaziyanın diaqnostikası üçün meyarlar:

·  peristaltik absence of peristaltic contractions

·  aşağı ezofaqeal sfinkterin < 8 mm c.s.-dan aşağı təzyiqədək relaksasiyasının uğursuzluğu

·  hipertenziv aşağı ezofaqeal sfinkter (istirahət zamanı təzyiq > 45 mm c.s.) (kliniki cəhətdən axalaziya diaqnozu qoyulmuş xəstəlin 50% up to 50% of patients with clinical diagnosis of achalasia do not have hypertensive LES)

Differensial diaqnostika (istisna edilməsi vacib olan xəstəliklər):

·  mədə xərçənqi, xüsusilə də, kardiya nayihəsində 

·  limfoma

·  simptomatik diffuz ezofaqeal spazm

·  Şaqas xəstəliyi

·  Ezofaqeal xərçənq

·  Ezofaqus daralması

·  Qastro-ezofaqeal reflyuks xəstəliyi

Nəzərdən keçirilməsi vacib olan testlər:

·  barium kontrastı ilə ezofaqoqrafiya (rentqenoqrafiya) adətən aparılan ilkin testdir:

·   tipik tapıntılara aşağıdakılar aiddir: 

·   ezofaqusun dilatasiyası, 

·   peristaltikanın yoxluğu və 

·    distal ezofaqusun "quş dimdiyi”nə oxşar xarakterik daralması

  2-01-2017, 01:28   Baxış: 194   
Yüklənir...
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: