Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » “Sağlamlığın qədrini onu əldən verənlər bilir”
XALQ TƏBABƏTİ

“Sağlamlığın qədrini onu əldən verənlər bilir”

"Sağlamlığın qədrini onu əldən verənlər bilir”

Nemətlərin qədrini ixtiyarımızda ikən bilək
“Sağlamlığın qədrini onu əldən verənlər bilir”İmam Əli (ə) buyurur:

"İnsan iki şeyin dəyərini əldən verdikdən sonra bilir; cavanlıq və sağlamlıq”.
"Qürər əl-hikəm”, c. 4, səh. 183.

Əslində təkcə "cavanlıq” və "sağlamlıq” belə deyil. Bütün nemətlərə vaxtında dəyər verilmir, əldən verdikdən sonra qədri bilinir. Məsələn, rahatlıq, güc, ata-ana, yaxşı dost, fürsət, həyat yoldaşı və s. bu qəbildəndir.
Amma bu iki nemət - cavanlıq və sağlamlıq - ən dəyərli, misilsiz və əlçatmaz gövhərdirlər.
Elə bir ahıl varmı ki, cavanlıq və asudə günlərin həsrətini çəkməsin?
Sakit, rahat və sağlam anlarını acı kədərlə xatırlamayan xəstə tapmaq mümkünmü?
Sədi demişkən: "Sağlamlığın qədrini onu əldən verənlər bilir”.
İctimai asayiş, sakitlik, bədənin enerjili və sağlam çağından tam yararlanmaq və cavanlıq fürsətindən istifadə etmək bu iki nemətin dəyərləndirilməsinin əlamətidir.

Nemətlərin qədrini ixtiyarımızda ikən bilək. Əks halda, gec və faydasız olacaq
  7-01-2017, 15:54   Baxış: 394   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: