Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Ana südünü artırıb və azaldan çaylar hansılardır?
XALQ TƏBABƏTİ

Ana südünü artırıb və azaldan çaylar hansılardır?

Bəzi xəstəliklər zamanı müxtəlif bitki çaylarından istifadə etməklə xəstəliyin əlamətlərini aradan qaldırmaq mümkündür.Ana südünü artırıb və azaldan çaylar hansılardır?

Bəs südəmizdirmə zamanı necə, bitki çaylarından istifadə etmək olarmı?

Südəmizdirmə zamanı bitki çaylarının istifadəsi barədə elmi araşdırmalar aparılmayıb, amma bəzi çayların içilib-içilməməsi barədə fikirlər söyləmək olar.

Tebabet.Info un məlumatına görə, südəmizdirmə zamanı istifadə ediləbiləcək bitki çayları:

Moruq – ana südünü artırmaq qabiliyyətinə malik olduğu söylənilir. Həm ana, həm də körpə üçün faydalıdır, heç bir mənfi təsiri yoxdur.

Zəncəfil – Təzə zəncəfil dilimlərindən hazırlanmış çay ana südünü artırır, süd vasitəsilə uşağa keçərək mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Gicirtkən çayı – anada südün miqdarını artırır və yorğunluğu aradan qaldıraraq uşağın əhval-ruhiyəsinə təsir edir.

İtburnu çayı – Tərkibində olna bol miqdarda C vitamini sayəsində südü artırmaqla yanaşı, həm ananın, həm də körpənin vitamin balansını ödəyir.

Dəvətikanı – ana südünü artırır.

Ekinezya çayı – döş ağrılarını azaldır, süd artırır.

Ana südünün miqdarını azaldan çaylar:

Nanə, adaçayı, kəklikotu çayı, qara yemişan çayı ana südünün miqdarını azalda bilir. Bu çaylardan uşaqəmizdirmə dövründə ən az 6 ay uzaq durmaq lazımdır.

Yaşıl çay, çobanyastığı çayı, boyotu dəmləməsi, cəfəri, kəklikotu və anason çayları körpənin mədə-bağırsaq sistemində dəyişikliklər əmələ gətirə bildiyinə görə bu çaylardan südəmizdirmə dövründə uzaq durmaqda fayda var.

//immunitet.az

  12-01-2017, 15:19   Baxış: 701   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: