KOSMETOLOGİYA –
Əllərə və dırnaqlara qulluq
Əllərə və
dırnaqlara qulluq
Qulluq
olunmuş əllər və dırnaqlar bizim haqqımızda ilk təəssüratı yaradır, çünki əllər
qadının vizit kartıdır. Əllərinizin və dırnaqlarınızın vəziyyəti sizin səliqənizi,
özünüzə münasibəti vurğulayacaq və bununla da əhatənizdəkiləri sizə hörmətlə
yanaşmağa məcbur edəcək.
Əllərə gündəlik
qayğı göstərilməlidir. Əllərin dərisi gün ərzində müxtəlif maddələrlə əlaqədə
olur, buna görə iş şəraitinizə diqqət edin. Kimyəvi maddələr, həlledicilər,
qatranlar və başqa maddələr, həmçinin su ilə sıx təmas dırnaqların və əllərin dərisinin
vəziyyətinə təsir edir. Keyfiyyətsiz dırnaq boyası da həmçinin eyni təsirə
malikdir. Buna görə belə iş vaxtı rezin əlcəklərdən istifadə edin, işinizi
bitirdikdən sonra isə əllərinizi yuyub qidalı krem çəkin.
Əgər sizin əl
və dırnaqlarınız ilə problemləriniz varsa və bu problemlərin sizin işinizlə əlaqəsi
yoxdursa, əgər dırnaqlarınız öz təbii rəngini itiribsə, çatlayır və tez
qırılırsa – bu o deməkdir ki, siz sağlamlığınızı təcili olaraq yoxlatmalısınız.
Bəs
dırnaqlar necə olmalıdır? Bərk, çəhrayı və hamar!
Kövrək və
tezsınan dırnaqları xüsusi maskalar edərək bərkitmək olar. Bunun üçün ilıq
bitki yağına A vitamini (yağ formasında), 5 damcı limon şirəsi və ya 3 damcı
yod əlavə edin və dırnaqlarınızı bu məhlulun içində 10 dəqiqə saxlayın. Bu
vannanı həftədə 1-2 dəfə etmək olar.dirnaq-laki
Dırnaqları
və onların ətrafındakı dərini yaxşılaşdırmaq üçün limon və ya mərcanı şirəsi,
qara və ya qırmızı qarağat, xörək sirkəsindən istifadə etmək olar. Bir gün
sonra dəniz duzundan vannalar hazırlamaq faydalıdır. Dırnaqlarınıza xarici
qulluqdan başqa, onları qidalandırmaq da onları gözəl və möhkəm edəcək. Bunun
üçün zülallar, mineral duzlar, A və D vitaminləri ilə zəngin məhsullardan
istifadə etmək lazımdır.
Manikür dırnağın
zahiri görünüşünü yaxşılaşdırır, amma vaxtaşırı dırnaqlarınızı boyasız saxlayın
ki, onlar bir az "nəfəs alsınlar”, gün işığından "qidalansınlar”.
Əgər
ağappaq əllərə malik olmaq istəyirsinizsə, bu zaman növbəti reseptlərin birindən istifadə
edə bilərsiniz:
Hər axşam bərabər
hissələrdə nişasta və qliserinin qarışığı ilə masaj edin.
Əllərin dərisinin
ağardılması üçün süd və qaynadılmış kartof qarışığından istifadə etmək olar.
Bunun üçün qeyd olunmuş inqrediyentləri xama halına qədər qarışdırın və əl dərinizə
çəkib 5 dəqiqə saxlayın. Maskanı sonra su ilə yuyub və əllərə krem çəkmək lazımdır.
Bu maskadan həftədə 2 dəfə istifadə edin.
Əgər əlinizdə
qabarlar yaranıbsa, bu zaman gündəlik sodalı vannalar kömək edəcək. Prosedurun
sonunda əllərinizə krem çəkin.
Süd zərdabı
və ya qatıq da əl dərisinə yaxşı təsir edir. Bunun üçün əlinizi 10-15 dəqiqə ərzində
südün və ya qatığın içində saxlamaq, sonra ilıq su ilə yaxalayıb yumşaq dəsmal
ilə qurutmaq və qoruyucu krem çəkmək lazımdır.
Əl dərisini
həmçinin xama ilə qarışdırılmış xiyar şirəsi də ağardır. Bunun üçün sadəcə orta
ölçülü xiyarı sürtkəcdən keçirmək, onu xama ilə qarışdırmaq və əl dərisinə çəkmək
kifayətdir. 15-20 dəqiqə sonra sabunsuz ilıq su ilə yaxalamaq, qidalı krem çəkmək
lazımdır.
Əllərin
soyuqdan müdafiəsi
1.Şaxtalı
havada mütləq əlcək geyinin.
2. Müxtəlif
yuyucu vasitələrlə iş vaxtı rezin əlcəklərdən istifadə edin.
3. Su və ya soyuq hava vaxtı əlləri qızartıdan və qurumadan
qorumaq üçün qoruyucu kremdən istifadə edin.
|