Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Bakterial vaqinoz
GİNEKOLOGİYA

Bakterial vaqinoz

Bakterial vaqinozBakterial vaqinoz

Bakterial vaqinozun səbəbləri: uzun müddət antibiotik qəbulu, per os kontraseptivlərdən uzun müddət istifadə etmək,keçirilmiş iltihabi prosses, uşaqlıqdaxili spiral, oliqo və opsomenorreyaya səbəb olan hormonal pozulmalar, immunitetin aşağı enməsi,partnyorların tez- tez dəyişilməsi və s. dır.

Bakterial vaqinozun törədiciləri müxtəlifdir.Bu prosesdə əsas problem uşaqlıq yolunda laktobasillərin azalmasıdır.Bu zaman patoloji mikroflora artır. Buna həm də vaqinal disbakterioz da deyirlər.

Bakterial vaqinozun törədiciləri çox müxtəlifdir, bunların içində xüsusuilə mütləq anaerob bakteriyaları (qardnerella)

qeyd etmək lazımdır.

Bakterial vaqinozun əlamətləri: göynəmə, qaşınma, boz kreməbənzər ifrazat, cinsi əlaqə zamanı

ağrıdır.

Bakterial vaqinozun diaqnostik kriteriləriaşağıdakılardır:

spesifik ifrazat

uşaqlıq yolundan götürülən materialı qram üsulu ilə boyayanda açarabənzər elementləri təyin edilməsi

uşaqlıq yolunda PH ın 4.5 dan yuxarı olması

uşaqlıq yolundan götürülən yaxmada leykositlərin çox miqdarda çıxmaması

uşaqlıq yolu ifrazatına KOH əlavə etdikdə spesifik balıq iyinin əmələ gəlməsi ( amin testi)

Yuxarıdakı kriterilərdən 3 nün müsbət olması diaqnozu təsdiq edir.

Bakterial vaqinozun müalicəsi:

müalicə zamanı cinsi partnyorun müalicəsi mütləq deyil, prezervativ istifadə etmək də mütləq deyil. Amma cinsi partnyorun da yoxlanması məsləhətdir. Ola bilsin ki, partnyorda uretrit var və müalicəyə ehtiyacı var.

ilk 5 -7 gün metronidazol, tenidazol və ya ornidazol per os və ya yerli təyin eidlməlidir.

daha sonra intravaqinal şamlardan biri, məsələn: terjinan və ya polijinaks təyin edilməlidir.

müalicə bitdikdən sonra _ bifidobakteri, laktovaq, laktobakterin, Acidif CV kimi preparatlardan

biri təyin edilməlidir.

Daha sonra isə Apilak 3% li mazı təyin edilməlidir.

Bakterial vaqinoz ciddi ağırlaşmalara səbəb olmayan və müalicəsi mümkün olan bir patalogiyadır.

Bakterial vaqinozda immunoterapiya və immunoprofilaktika məqsədi ilə Solko Trixovaq vaksinindən istifadə etmək olar. Bu zaman patoloji mikroflora məhv edilir və vaqinanın normal mikroflorası bərpa olunur.

  14-01-2017, 09:51   Baxış: 296   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh (1)
Пользователь offline iwanuky 18 fevral 2018 04:51
Цитировать          1
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: