Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Zeytun qara ciyərin və öd kisəsinin fəaliyyətini stimullaşdırır
Xəbərlər

Zeytun qara ciyərin və öd kisəsinin fəaliyyətini stimullaşdırır

Zeytun qara ciyərin və öd kisəsinin fəaliyyətini stimullaşdırırZeytun çox zəngin tərkibə malikdir. Onun tərkibində əvəzolunmaz Omeqa-6 yağlı turşular, orqanik turşular, zülallar, qida lifləri, C, PP, E, A, K, B qrupu vitaminləri, beta-karotin, fosfor, dəmir, kalium, maqnezium, mis, kalsium, sink və s. minerallar var. • Zeytun və zeytun yağı insanın mədə-bağırsaq sistemi də üçün çox faydalıdır. Zeytun qara ciyərin və öd kisəsinin fəaliyyətini stimullaşdırır, ödqovucu təsir edir və öd kisəsində durğunluğun qarşısını alır. • Zeytun yağı və zeytun qəbizlikdən əziyyət çəkən insanlara yaxşı kömək edə bilər. Bunun üçün qidalanmanıza zeytun yağı və zeytun əlavə olunmuş tərəvəz salatları tez-tez daxil edin. • Zeytun insana əlavə eneji verir, insanı daha gümrah edir, iş qabiliyyətini artırır. • Zeytun E vitamini ilə zəngindir. Bu vitamin çox güclü antioksidantdır. Antioksidantlar orqanizmdə gedən qocalma prosesləri ləngidir, hüceyrələri bərpa edir, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Ümumillikdə belə hesab olunur ki, zeytun xərçəngin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir. Belə ki, zeytunun tərkibində olan nadir xeyirli maddələr liqnanlar qadınları süd vəzi xərçəngindən qoruyur, digər nadir maddə skvalen dəri xərçənginin inkişafının qarşısını alır. • Zeytunun tərkibində olan xeyirli maddələr sümüklərin və dişlərin vəziyyətinə müsbət təsir edir, immun sistemini möhkəmləndirir.

  14-02-2017, 14:32   Baxış: 269   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh (1)
ajyxus 1 mart 2018 07:58
Цитировать          1
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: