Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Siqareti tərk etdikdən sonra həyatınızda nələrin dəyişdiyini heç bilirsiniz?
XALQ TƏBABƏTİ

Siqareti tərk etdikdən sonra həyatınızda nələrin dəyişdiyini heç bilirsiniz?

Siqareti tərk etdikdən sonra həyatınızda nələrin dəyişdiyini heç bilirsiniz?Siqaretinin zərərləri illərdir demək olar ki, hər gün bir xəbərin mövzusu olur. İnsan bədəninə etdikləri, psixoloji təsirləri, içində olan zəhərlər haqqında hər gün danışılır. Ancaq Avstraliyada keçirilən kampaniya üçün istifadəyə verilən internet saytında siqareti buraxdıqdan sonra bədənimizdə nələr baş verdiyi qeyd olunub. Deyerler.org-un verdiyi xəbərdə siqareti atdıqdan sonra günlər, aylar və illər ərzində bədəninizdəki təsirləri öyrənəcəksiniz.

Ürək döyüntüləri azalır və qan təzyiqiniz aşağı düşür

 

Bir gün sonra

Demək olar ki, bütün nikotin qanınızdan atılır.

Qandakı karbon turşusu səviyyəsi düşür və oksigen əzələlərə və qəlbə daha rahat çatır.

Barmağın ucunda hərarət artır və əlləriniz daha az titrəyir.

 

Bir həftə ərzində

Dad və qoxu bilmə duyğunuz inkişaf edir.

Ağciyərinizin normal təmizləmə sistemi təmirə başlayır, bədəndəki qətran selikli qişa ilə çölə atılır.

Qan dəyərləri və C vitamini kimi qoruyucu antioksidantlar yüksəlir.


İki ay ərzində

Xırıltı və öskürəyiniz azalır.

İmmunitet sisteminiz güclənir və beləliklə bakteriyalarla daha yaxşı mübarizə apara bilir. Qanınız daha az qatı və yapışqan, həmçinin əl və ayaqlarınıza qan axınının sürəti artır.


6 ay ərzində

Ağciyərləriniz daha yaxşı işləyir, daha az bəlğəm ifraz edir.

Özünüzü daha az stress altında hiss edirsiniz


1 il sonra

Daha rahat nəfəs alırsınız və ağciyərləriniz daha sağlam olur.


2-5 il ərzində

İnfarkt və damar tıxanması təhlükəsində ciddi azalma baş verir və bu təhlükə getdikcə azalır.

Qadınlarda beş il ərzində rəhm xərçəngi təhlükəsi heç siqaret çəkməyən bir qadınla eyni səviyyəyə enir.


10 ildən sonra

Ağciyər xərçəngi təhlükəsi siqaret çəkən şəxsə nisbətən azalır.

 

15 ildən sonra

İnfarkt və damar tıxanması təhlükəniz heç siqaret çəkməyən bir şəxslə demək olar ki, eyni səviyyəyə çatır.

 /Deyerler.org/

  8-05-2017, 13:35   Baxış: 389   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: