Qastrit » Virtual tecili yardim
Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
QASTROENTEROLOGIYA

Qastrit

Qastrit

Qastrit- mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişiklikləri ilə müşayət olunan, adətən uzunmüddətli gedişə malik xəstəliyidir. Qastrit morfoloji diaqnoz sayılır. Həkim, mədə selikli qişasının bioptatının morfoloji tədqiqatı olmadığı hallarda digər müvafiq müayinələrin nəticələrinə və xəstənin şikayətlərinə əsasən ancaq "funksional dispepsiya" diaqnozu qoya bilər.

 Qastrit

Qastrit gedişinə görə kəskin və xroniki olar bilər .

 

Kəskin qastrit

Kəskin qastrit mədənin hansısa səbəbdən kəskin qıcıqlanmasının nəticəsində əmələ gəlir və öz növbəsində 4 tipə ayrılır :

Kataral və ya sadə qastrit - çox vaxt yüngül zəhərlənmələr və qeyri-düzgün qidalanma nəticəsində yaranır .

Fibrinoz qastrit - adətən turşularla zəhərlənmələr və ya ağır infeksion xəstəliklər zamanı yaranır .

Korroziv qastrit ( nekrotik, toksiki-kimyəvi qastrit) - ağır metalların, qatı halda turşuların və qələvilərin mədəyə düşməsi zamanı yaranır.

Fleqmonoz ( irinli ) qastrit - ağır gedişli Xora xəstəliyindən, xərçəng xəstəliyindən , bəzi infeksion xəstəliklərdən və travmalardan sonra yaranır.

 

Xroniki qastrit

daha çox rast gəlinir və əsas olaraq 3 tipə ayrılır ( Hyuston klassifikasiyasına görə )

A - autoimmun qastrit

B - bakterial qastrit ( 90 % hallarda Helikobakter Pilori mənşəli )

C - reflüks qastrit ( adətən öd turşularının mədəyə əks axımı, yəni duodenoqastral reflüks nəticəsində yaranır )

Bundan başqa daha az rast gəlinən xronik qastrit tiplərinə - eozinofil , limfositar, qranulematoz və radiason qastritlər aiddir.

Bundan başqa qastritləri mədə turşusunun səviyyəsinə görə - hiperasid, hipoasid, anasid tip qastritə, zədələnmə nahiyələrinə görə - panqastrit, antral qastrit , fundal qastrit , selikli qişadakı morfoloji dəyişiklərlə görə isə şərti olaraq - hipertrofik, hipotrofik, atrofik qastritlərə bölürlər.

Qastritin əmələ gəlmə səbəbləri

Xarici və daxili səbəbləri ayırd etmək olar :

Xarici səbəblərə aiddir :

H.Pylori və digər bakteriyalar, nadir hallarda göbələklərlə yoluxma

qidalanma pozğunluqları

spirtli içkilərin və siqaretin həddindən çox istifadəsi

uzun müddət mədə selikli qişasını zədələn dərmanların istifadəsi ( əsasən qeyri-steroid iltihab əleyhinə preparatlar )

radiasiya və kimyəvi maddələrlə zədələnmə

parazitlərlə invaziya

xroniki stress

Daxili səbəblərə aiddir :

genetik meyillik

duodenoqastral reflüks

autoimmun prosseslər

endogen intoksikasiyalar

hipoksemiya

maddələr mübadiləsi pozğunluğu

bəzi vitaminlərin çatmamazlığı

digər orqanların xəstəliklərinin reaktiv, reflektor təsiri

Qastritin əlamətləri

Qastrit xəstəliyinin əlamətləri yerli və ümumi olaraq iki qrupa bölünür. Bu əlamətlər adətən qastritin kəskinləşdiyi hallarda üzə çıxır .

Yerli əlamətlər dispepsiya simptomları ilə xarakterizə olunur

mədə nahiyəsinə ağırlıq, gərilmə, dolma hissiyatı

öyümə, gəyirmə, ürəkbulanma

ağızda acılıq

göynəmə, yandırma hissiyatı

iştahsızlıq ( turşuluğun yüksəlməsi ilə gedən hallarda iştahın çoxalması da müşahidə oluna bilər )

Bu əlamətlər adətən yemək yeyilən zaman və ya yemək yedikdən sonra başlayır . Lakin bəzən qastritə xarakterik əlamətlər ac halda da meydana çıxa bilər ( məsələn refllüks-qastrit ) zamanı .

Ümumi əlamətlərə aiddir :

ümumi zəiflik , tez qıcıqlanma, qan-damar sisteminin funksional pozğunluqları

atrofik qastrit zamanı mədənin sürətli boşalması ( dempinq-sindroma oxşar simptomokompleks )

mədə cisminin zədələnməsi və B12-defisitli anemiyanın inkişafı xəstələrdə zəiflik, yuxululuq, həyat tonusunun düşməsi, süstlük, ətraflarda paresteziyalar ( hissiyat pozğunluqları ) ilə müşayət olunur.

turşuluğun artması ilə gedən qastritlərdə xora xəstəliyinə uyğun şikayətlər meydana çıxa bilər.

Diaqnostika

Kliniki diaqnostika - xəstənin şikayətlərinə, anamnezinə , obyektiv müayinələrə əsasən qoyulur və adətən diaqnozu dəqiqləşdirməkdən ötrü instrumental müayinələrə göndərir

Endoskopik müayinə - qastritə şübhə olduğu vacib müayinə sayılır. Həkim FEQDS ( fibroezofaqoqastroduodenoskopiya ) etməklə acqarına mədə möhtəviyyatının həcmini və xarakterini, mədə selikli qişasının görüntüsünü, rəngini, parlaqlığını, büküşlərin vəziyyətini, mədənin tonusunu və peristaltikasını , ocaqlı dəyişilikləri qiymətləndirir və morfoloji olaraq diaqnozu təsdiq etmək üçün biopsiya götürür. Həmçinin endoskopik müayinə zamanı pH ( turşuluq ) və H.Pylori yoluxmasını da təyin etmək olar .

Rentgenoskopik müayinə - xəstə kontrast maddə içməklə rentgeneloq-həkim mədənin selikli qişasının vəziyyətini, mədənin peristaltika və tonusunu, boşalmasını və ocaqlı prosseslərin olub-olmamasını təyin edir .

Laborator diaqnostika - qanın ümumi və biokimyəvi analızı, sidiyin ümumi analizi, nəcisin ümumi analizi və gizli qana görə müayinəsi . Həmçinin H.Pylori yoluxmasının təyini

Ultrasəs müayinəsi - ətraf orqanların ( mədəaltı vəz, qaraciyər, öd yolları, öd kisəsi, qaraciyər ) xəstəliklərini aşkara çıxardır .

Bundan başqa xəstə nəfəs testi ( H.Pylorinin təsdiqi üçün ureaza testi ) , elektroqastroenteroqrafiya, mədədaxili pH-metriya, manometriya və s. metodlar ilə müayinə oluna bilər.

Müalicəsi

Qastritin müalicəsi onun gedişatından, yaranma səbəblərindən, morfoloji formasından, əlamətlərinin ağırlığından və ümumi pozğunluqların olub olmamasından asılıdır.

Xroniki qastritin kəskinləşməsinin müalicəsi adətən ambulator şəraitdə aparılır . Qastrit çox hallarda turşuluğun artması və mədə selikli qişasına aqressiyası ilə müşayət olunduğuna görə bu tip pozğunluqlarda antasid, antisekretor , bürüyücü, qoruyucu preparatlardan istifadə olunur. Bundan əlavə H.Pylori yoluxması təsdiqlənərsə eradikasiya sxemləri təyin edilir ( antibiotiklər + bismut preparatı + proton nasosu ingibitoru ) . Həmçinin selikli qişada bərpa prosseslərini gücləndirən preparatlar təyin oluna bilər ( metilurasil, çaytikanı yağı, U və B5 vitaminləri ). Qastritin digər formalarında da xəstəliyin səbəbinə, gedişatina, əlamətlərinə uyğun müalicə təyin edilir. Məsələn, reflüks-qastrit zamanı mədə-onikibarmaq bağırsaq motorikasını nizamlayan prokinetiklər ( məsələn domperidon) və öd turşularınının selikli qişaya aqressiyasını neytrallaşdıran preparatlar ( məsələn ursodezoksixol turşusu ) istifadə edilir. Atrofik, hipoasid , anasid qastritlərdə isə xəstəyə əvəzedici preparatlar təyin edilir. Bundan başqa digər orqanların da xəstəlikləri aşkara çıxarılıb mütləq müalicə olunmalıdır ( məsələn, xroniki qəbizlik , öd daşı xəstəliyi , Kron xəstəliyi və s. ) .

Xəstəyə dərman müalicəsi ilə yanaşı mütləq müalicəvi pəhriz və düzgün qidalanma rejimi tövsüyyə edilir . Xəstə az porsiyalarla gün ərzində 5-6 dəfə qidalanmalı, ədviyyatlı, tomatlı, konservləşdirilmiş, çox yağlı və qızardılmış qidalardan istifadə etməməli, spitrli içkilərdən və tütün məmulatlarından uzaq olmalıdır. Qiqalar asan həzm olunan olmalı, yaxşı bişməli, ağızda yaxşı çeynəməli, çox isti və ya soyuq olmamalıdır. Reflüks-qastritlərdə və tuşluğun artması ilə gedən qastritlərdə kofe, şokalad, tünd çay, qazlı içiklər məsləhət görülmür.

  9-05-2017, 14:07   Baxış: 356   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: