Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Qərb alimlərinin araşdırmalarının nəticələrinə əsasən insanı təbii haldan çıxaran musiqiləri (ğina) dinləməyin insan orqanizminə göstərdiyi mənfi təsirləri
Xəbərlər

Qərb alimlərinin araşdırmalarının nəticələrinə əsasən insanı təbii haldan çıxaran musiqiləri (ğina) dinləməyin insan orqanizminə göstərdiyi mənfi təsirləri

Qərb alimlərinin araşdırmalarının nəticələrinə əsasən insanı təbii haldan çıxaran musiqiləri (ğina) dinləməyin insan orqanizminə göstərdiyi mənfi təsirləri:

Qərb alimlərinin araşdırmalarının nəticələrinə əsasən insanı təbii haldan çıxaran musiqiləri (ğina) dinləməyin insan orqanizminə göstərdiyi mənfi təsirləri
Doktor Luter deyir:
İnsanı təbii haldan çıxaran hər bir musiqinin (ğina) insanın sinir sisteminə göstərdiyi mənfi təsiri uyuşdurucu maddələrin təsirindən daha qüvvətlidir.
Kolumbiya Universitetində müəllim kimi çalışan Doktor Volf Adler belə deyir:
Həqiqətən də ən şirin və gözəl musiqi və nəğmələr insanın əsəb sistemi və qan təzyiqinə çoxsaylı mənfi təsirlər göstərir. Əgər musiqi dinləmək yay aylarında olarsa, onun vurduğu zərər daha da çox olur.
Musiqi insanın sinir sistemini yorur və onun əsəb sistemini daim çalışmağa vadar edir. Bundan əlavə olaraq ğinanın səs dalğaları insanın çox tərləməsinə səbəb olur. Bu qeyri-təbii və həddindən artıq olan tərləmələr insanın müxtəlif növ xəstəliklərə düçar olması ilə də nəticələnə bilər.
Haram musiqi (ğina) həmçinin insanın nəfsi və ruhi yorğunluğuna da səbəb olur. Daimi olaraq ğina dinləyən kəsin psixoloji və ruhi xəstəliklərə də mübtəla olma riski vardır.
Bəzi insanlar zərərli musiqilərin dinlənilməsi nəticəsində əsəb sakitləşdirən dərmanları qəbul etmək kimi problemlərlə də üzləşmişdir.
Ömrünün 25 ilini Luiziana Universitetində ruhi və psixoloji elmlər sahəsində mütəxəssis müəllim kimi çalışaraq keçirən professor Henri Okiden Nyu York jurnalında çapa verdiyi məqaləsində belə deyir:
Nyu York xəstəxanasında çalışan doktor Adnold xüsusi elektron cihazların köməyi ilə ruhi və əsəbi düşkünlükdən və baş ağrısından şikayətlənən minlərlə xəstə üzərində araşdırma apararaq onların beyin və beyin qabığını dalğalar vasitəsilə müşahidə etmiş və belə bir qənaətə gəlmişdir ki, ruhi və əsəbi yorğunluq və baş ağrılarının əsas səbəbi elə musiqi dinləməkdir ! Xüsusən də musiqi dinləmək diqqətlə baş verərsə, bu kimi mənfi psixoloji və cismi problemlər daha çox müşahidə olunur.

Bugünkü günümüzdə insanların "makro idarə edilmə"si yolunda musiqidən çox istifadə edilir.
Müxtəlif növ çalarlara malik olan nəğmələrlə xüsusən də cavan təbəqəni "uyuşduraraq" onların cəmiyyətdəki parlaq rolu məhv edilməkdədir.
Unutmayaq ki, Allah təala haram etdiyi hər bir işi yalnız hikmət üzündən haram etmişdir.
  20-05-2017, 09:53   Baxış: 302   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: