Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Diqqət! İftar və obaşdanda bunları bol-bol yeyin
Xəbərlər

Diqqət! İftar və obaşdanda bunları bol-bol yeyin

İsti və uzun yay günlərinə təsadüf edən müqəddəq Ramazan ayında aclıq və susuzluğun qarşısını almaq üçün obaşdana süd və yumurta, iftarda kompot istehlak Diqqət! İftar və obaşdanda bunları bol-bol yeyinedilməsinin faydalı olacağı qeyd olunur.

 

Deyerler.org-un verdiyi xəbərə görə, mütəxəssislər müqəddəs Ramazan ayında insanı tox saxlayan qidalarla yanaşı balanslı qidalanmanı təmin edəcək ərzaqların da istehlak edilməsinin mühüm olduğunu vurğulayırlar. Südün tərkibində olan bol miqdarda zülal və qida elementləri uzun müddət insanı tox saxlayır və bir çox xəstəliyin də qarşısını alır. Yumurta sarısı isə gündəlik tələb olunan enerjinin dörddə üçünü, yağ, A, D və E vitaminlərinin hamısını, zülal və B2 vitamininin 50 faizə qədərini təmin edir. Yumurta, həmçinin uşaqlıq dövründən etibarən 100 faiz həzm olunan, orqanizmdə heç bir qalıq qoymayan zülala malikdir. Tərkibində kalsium, dəmir, kolin, fosfor olan qidalar insanı tox saxlamaqla yanaşı, sağlam da qidalanmanı təmin edir.

 

İftarda lavaş istehlak edirsinizsə, obaşdan mütləq taxıllı çörəklər istehlak etməlisiniz. Buna riayət etmədiyiniz təqdirdə, ciddi bağırsaq xəstəlikləri üzləşə biləcəksiniz.

 

İftarda meyvə şirələri başda olmaqla yanaşı tərəvəz və meyvələr də mütləq süfrələrinizdə qoyun. İftarda şəkər miqdarı az olan ərik, üzüm kimi qurudulmuş meyvələrin yeyilməsi orqanizmin həm enerji, həm də su ehtiyacını təmin edəcəkdir. Həmçinin qurudulmuş meyvələr dəmir baxımından da olduqca zəngindir. Dəmir də anemiyanın qarşısını alır. Bu cür qansızlıq xəstəliyinə qarşı da tədbir alınmış olunur.

  30-05-2017, 15:28   Baxış: 380   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: