Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Balqabaq faydaları və əks göstərişləri
XALQ TƏBABƏTİ

Balqabaq faydaları və əks göstərişləri

 

Balqabaq faydaları və əks göstərişləri

Balqabaq faydaları və əks göstərişləri

Tərkibi bir çox vitaminlərlə (Е, А, С, D, F, PP, T, В qrup) zəngin olan şirin balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla zəngin olan bir tərəvəzdir. Alman alimləri araşdırmalarında qeyd edirlər ki, balqabaq tumları qəbizliyə yaxşı təsir etməklə yanaşı, iltihablar, sidik tutulması zamanı çox faydalıdır. Bundan əlavə mədə bulantısını aradan qaldırır, mədə qurdlarını tökməyə təsir göstərir. Hissiyyat, sonsuzluq və ya hormonal balanssızlıq problemi olan insanlar üçün də balqabaq tumu faydalıdır. Elmi cəhətdən sübuta yetirilib ki, balqabaq tumu oynaqların iltihabı xəstəliyinin müalicəsində müsbət nəticələrə gətirib çıxarır.

Balqabağın 90 faizini su təşkil edir və kalorisi az olan məhsul hesab olunur. Yüz qram məhsulun tərkibində 25 kalori var.

Balqabaq beta-karotenoid maddəsi ilə zəngindir. Toxumalara təbii rəng verən və hüceyrələri qoruyan bu maddə A vitaminin əmələ gəlməsində əvəzsiz rol oynayır. Balqabaq tumundakı karotenoid və omeqa-3 yağları görmə qabiliyyətini gücləndirilməklə yanaşı, insan hüceyrələrini cavan saxlayır, dərinin qocalmasının qarşısını alır, prostat xərçəngi riskinin azaldır, ürək damar sağlamlığına yaxşı təsir edir. 

 

Əks göstərişlər

-turşuluğu az olan qastritlərdə

-şəkərli diabet

-turşu-qələvi tarazılığı pozulduqda

-bağirsaq sancıları

Balqabaq tumların tərkibində olan turşular dişlərin emalına mənfi təsir göstərir. Ona görə tumları yedikdən sonra ağız boşluğunu su ilə yaxalamaq məsləhət olunur.

 


 


  1-01-2018, 17:29   Baxış: 299   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh (1)
Пользователь offline ykizux 9 oktyabr 2018 14:30
Цитировать          1
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: