Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Simptomatik hipertenziya
TERAPIYA / KARDIOLOGIYA / Məqalələr

Simptomatik hipertenziya

Simptomatik hipertenziya2-li arterial hipertenziya simptomatik hipertenziya da adlanır və bu zaman arterial hipertenziya (yüksək təzyiq) başqa xəstəliklər nəticəsində əmələ gəlir. Simptomatik hipertenziya bütün arterial hipertenziyaların 5-10% ni ( bəzi məlumatlara görə 15%) təşkil edir. Simptomatik hipertenziyaya aiddir:
Böyrək mənşəli hipertenziya – renoparenximatoz ( kəskin qlomerulonefrit,xronik nefrit, polikistoz, diabetik nefropatiya,hidronefroz), renovaskulyar ( böyrək arteriyalarının stenozu), renin ifraz edən şişlər və s.
Endokrin(hormonal) mənşəli hipertenziya – qalxanabənzər vəzi xəstəlikləri (zob- hipotireoz və hipertireoz), hiperparatireoz, İtsenko – Kuşinq sindromu, feoxromositoma, birincili hiperaldesteronizm və s.
Ürək damar sistemi xəstəlikləri- (aorta koarktasiyası,aortanın aterosklerozu, aortal qapağın çatışmazlığı, qeyri-spesifik aortoarterit)
Sinir mənşəli hipertenziya –kəllə-beyin travmaları, şişlər, ensefalit, poliomielit və s.
Bəzi dərman maddələrinin qəbulu - (oral kontraseptivlər,qlukokortikoidlər,mineralokortikoidlər, qeyri-steroid iltihab əleyhinə dərmanlar, simpatomimetiklər, kokain)
Simptomatik hipertenziyanın olması haqqında aşağıdakı hallarda düşünmək olar: 
1.Xəstəliyin erkən yaşda başlaması
2.Qəflətən başlaması
3.Yaşlı şəxslərdə tez proqressivləşən arterial hipertenziya
4.Çox yüksək arterial hipertenziya
5.Antihipertenziv müalıcəyə rezistentlik
6. İrsi meylliliyin olmaması
7.Laborator-instrumental müayinələrdə dəyişikliklərin aşkar olunması(sidiyin ümumi analızı, qan zərdabında kalium, kreatinin, Exo KQ-da SMH)
İstinad kardioloq Gunel kerimova
  14-02-2018, 23:49   Baxış: 58   
Yüklənir...
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: