Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Nar və onun faydaları
TERAPIYA / KARDIOLOGIYA / XALQ TƏBABƏTİ

Nar və onun faydaları

Nar və onun faydaları Son 10 ildə aparılan araşdırmalar göstərib ki, nar meyvəsi insan sağlamlığı üçün çox vacib əhəmiyyət kəsb edir.Nar - əsasən, ürək xəstəliyi və yüksək təzyiqi olan insanlar üçün ilk tərcih edilən meyvələrdən biri olmalıdır. Narın tərkibindəki maddələr güclü antioksidant effektə malik olub, ürək riski və stress altında olan insanlarda damar qoruyucu təsir göstərir.Nar antiaging və antioksidant təsirinə görə ən güclü meyvələrdən biridir. Tədqiqatlar göstərib ki, nar meyvəsi qanda pis xolesterol LDL-in səviyyəsini azaldaraq, qoruyucu xolesterol olan HDL -in səviyyəsinin artmasını təmin edir. Digər araşdırmalarda narın istifadəsi damarlara qoruyucu təsir göstərərək, ürək-damar xəstəliyinin əmələ gəlməsində əsas mexanizm olan ateroskleroz prosesinin ləngiməsinə səbəb olmuşdur. Həmçinin, nar suyunun ürəkdə qan axımına müsbət təsir göstərməsi müəyyən olunmuşdur.
Aparılan bütün araşdırmalarda təmiz nar şirəsi gündəlik 1 stəkan (240ml) olaraq, 3 ay müddətındə istifadə edilmişdir.
Nəticə olaraq, nar meyvəsi yüksək antioksidant təsirlə ürək-damar sağlamlığını qorumağa və yüksək təzyiq dəyərlərininin aşağı enməsinə kömək edir.Bundan əlavə, narın süd vəzisi, prostat, dəri və ağciyər xərçəngi əmələ gəlməsində azaltıcı təsiri olduğu və menopauzada olan qadınların şikayətlərinin azalması qeyd olunur.
Ürək və bütün bədən sağlamlığınız üçün hər gün 1 ədəd nar və ya 1 stəkan nar şirəsi içmək məsləhət görülür!

  15-02-2018, 11:37   Baxış: 254   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: