Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » HİPERTONİYA XƏSTƏLİYİ
TERAPIYA / KARDIOLOGIYA / Məqalələr

HİPERTONİYA XƏSTƏLİYİ

HİPERTONİYA XƏSTƏLİYİ HİPERTONİYA XƏSTƏLİYİ İLLER BOYU OZUNU BİLDİRMEYE BİLER VE ÜREYİNİZE ZERER VURAR. QAN TEZYİQİNİZİ VAXTAŞIRI KONTROL EDİN, YÜKSEK OLARSA HEKİME MÜRACİET EDİN! 
Arterial hipertenziya xəstəliyi, yəni yüksək qan təzyiqin olmasının bir çox səbəbləri və risk faktorları var. Onlara irsi meyillilik, fiziki aktivliyin olmaması,piylənmə,ateroskleroz, siqaretçəkmə, alkoqoldan tez-tez istifadə, xörək duzundan ifrat istifadə aiddir. Təzyiqin yüksəlməsini insanlar hiss etməyə də bilərlər. Lakin bəzən bu simptomlarla özünü göstərə bilər: ürəyin zirve nahiyəsində ağrı, təngənəfəslik, görmənin zəifləməsi, bulanıq görmə və ya gözlərin önündə qara nöqtələr, başda ağırlıq hissi, başgicəllənmə, yaddaşın pozulması,tez yorulma, ürekbulanma, qulaqlarda küy. Çox yayılmış başağrısı yüksək təzyiqlə əlaqəli olmaya da bilər.
Müalicesinde esas prinsip- heyat terzinin deyişdirilmesidir. Həyat tərzinin dəyişdirilməsi dedikdə - artıq bədən çəkisinin azaldılması, müntəzəm fiziki fəaliyyətlə məşqul olmaq, gündəlik rasionda xörək duzunun miqdarının azaldılması, gundə 4-5 porsiya meyvə -terevez yemek, xolesterini artıran qidaları azaltmaq, siqaret və həddən artıq alkoqol qəbulundan imtina etmək nəzərdə tutulur. Hipertoniyanın müalicəsi həyat boyu davam etdirilir.
Yüksək təzyiqi olan insanlar günde 30-40 deqiqe idmana üstünlük verməlidirlər. Siqareti atmaq təzyiqi 2-5 mm c.s. aşağı salır.Daimi olaraq dərman qəbul etmək, təzyiq normal olsa bele həkimin xəbəri olmadan dərmanı kəsməmək, normal 7 saatlıq yuxu yatmaq ,stressdən uzaq olmaq vacib şərtlərdir! KONTROLDA OLMAYAN ARTERİAL TEZYİQ BEYİN, ÜREK, BÖYREK VE BEDENDEKİ BÜTÜN DAMARLARI ZEDELEYER , CİDDİ SAĞLIQ PROBLEMLERİNE YOL ACAR!
İstinad Kardioloq Gunel Kərimova
  15-02-2018, 11:55   Baxış: 211   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: