Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Hipotenziya
TERAPIYA / KARDIOLOGIYA / Məqalələr

Hipotenziya

HipotenziyaHipotenziya və ya təzyiqin aşağı düşməsi - onun normal dəyərlərdən (120/80 mm c.s.) daha aşağı olması vəziyyətidir. Bəzi hallarda sistolik qan təzyiqi normal, diastolik qan təzyiqi (50 mm c.s.) ola bilər. Bu vəziyyətə də təzyiqin düşük olması deyilir. Bəzi adamlarda qəfil təzyiqin düşməsi altda yatan səbəblərin olduğundan xəbər verir. Belə təzyiq düşmələri beyinə yetərsiz qan getməməsi səbəbindən bayilma və başgicəllənmə ilə özünü göstərər.
Əgər sizdə diqqət pozulması,yorğunluq,bulaniq görmə,gözlərin qaralması,soyuq tər,tənəffüsün tezləşməsi,depressiya,susuzluq,bayilma,başgicəllənmə və s. bu kimi hallar olursa, təzyiqinizin aşağı olduğunu söyləmək olar. Uzun müddətli təzyiq düşmələri də ürək və damar xəstəlikləri kimi sağlıq probleminə çevrilə bilər.Bu vəziyyətlərdə həkimə müraciət etməlisiniz. 
Hipotenziya əsasən cavanlarda, 20-30 yaşlı insanlarda rast gəlinir. Qadınlarda kişilərə nisbətən daha tez-tez görünür. 
Hipotenziyanın (aşagı təzyiq) bir çox səbəbləri var. Bunlardan ən çox rast gələni aşağıdakilardır:
Ürək problemləri: Təzyiqin aşağı düşməsinə bradikardiya (zəif nəbz), ürəyin qapaq xəstəlikləri, ürək krizləri və ürək çatmamazlığı səbəb ola bilər. Bu da əsasən orqanizmə lazım olan qan dövranı pozulduğuna görə baş verir.
Endokrin problemlər: Qalxanabənzər vəzin funksiyasının azalması ( hipotireodizm) və ya artması (hipertireodizm) aşağı qan təzyiqinə səbəb ola bilər. Bundan başqa, adrenal çatmamazlıq (Addison xəstəliyi), qan şəkərinin düşməsi (hipoqlikemiya) və diabet kimi digər vəziyyətlər də təzyiqin düşməsinə gətirib çixara bilər.
Hamiləlik: Qadınlarda hamiləlik zamanı qan dövranı sistemi sürətlə genişlənir. Bu səbəbdən qan təzyiqin düşməsi rast gəlinir. Hamiləliyin 24-cü həftəsində sistolik təzyiq 10 mmHg, diastolik 10-15 mmHg düşə bilər və bu normaldır. Doğuşdan sonra təzyiq hamiləlikdən əvvəlki vəziyyətinə qayıdır. 
Dehidratasiya: Dehidratasiya- susuz qalma deməkdir. İnsan susuz qaldıqda halsızlıq, başgicəllənmə, tez yorulma kimi hallar baş verir. Yüksək temperatur,şiddətli ishal, diuretiklərin həddən artıq istifadəsi və yorucu fiziki hərəkətlər artıq maye itkisinə yol aça bilər.Çok daha ciddi olan hipovolemik şok həyat üçün təhlükəli dehidratasiyadır. Aşağı qan həcmi, qan təzyiqin anı düşməsinə və toxumalara gedən oksigenin azalmasına səbəb olur.
Şiddətli infeksiya (sepsis) və anafilaktik şok: Orqanizmdə olan infeksiya qan dövranına daxil olarsa, septisemiya baş verər. Buna septiki şok deyilir.Bu zaman təzyiq təhlükəli şəkildə düşür. Ciddi allergik reaksiya (anafilaksiya) həyat üçün təhlükəli bir vəziyyətdir. Bu adətən hər hansı bir qidaya, dərmana və ya həşərat zəhərinə qarşı olan orqanizmin reaksiyasıdır. Bu zaman insanda həzm problemləri,qaşınma,şişmə,boğazda ödem, boğulma və qan təzyiqinin ciddi düşməsi baş verir. 
Bəzi dərmanlar: Qəbul etdiyiniz bəzi dərmanlar təzyiqin düşməsinə səbəb ola bilər: Disuretiklər( sidikqovucular), alfa blokatorlar, beta blokatorlar, parkinson xəstəliyi üçün qəbul edilən dərmanlar, antidepressantların bəzi növləri (trisiklik antidepressantlar).
Digər səbəblər: Bunların arasında vit B12 və fol turşusu çatmamazlığı ilə bağlı anemiyalar,qadınların menstrual dövrü və həddən artıq sinir gərginliyi də təzyiqin düşməsinə səbəb ola bilər.
İstinad Kardioloq Gunel Kerimova
  15-02-2018, 12:06   Baxış: 390   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: