Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Parodontoz və parodontit
STOMATOLOGİYA / Məqalələr

Parodontoz və parodontit

Parodontoz və parodontit

Parodontoz və parodontit nədir?

 

Parodontoz – diş ətrafı toxumanın (parodontun) qeyri-iltihabi sistemli zədələnməsidir.

Parodont – dişi saxlayan toxumalardır. Onlara aiddir: sümük, damaq, selikli qişa və bağlar.

Parodontit – diş ətrafı toxumaların iltihabi prosesidir. Parodontit, ən çox yayılmış diş-damağ sistemi xəstəlikləri içində kariyesdən sonra ikinci yer tutur.


Parodontit – dişin dayaq apparatının dağılmasıyla nəticələnən yoluxucu xəstəlikdir. Parodontit zamanı infeksiya diş və damaq arasına düşür və diş köküylə sümüyü birləşdirən bağı dağıtmağa başlayır.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin iddiasına görə, yer kürəsində böyük əhalinin 100%, uşaqların isə 80% parodontitin hər hansı bir əlamətləri qeyd olunur.

Parodontit, böyük yaşlarda diş itirilməsinin əsas səbəblərindən biridir.

 

Parodontit və parodontozun yaranma səbəbləri

 

Parodontozun səbəbləri sonadək məlum deyil. İrsi meyllik müəyyən rol oynayır, parodontoz bəzən digər patologiya əsasında əmələ gəlir, məsələn, ateroskleroz, şəkərli diabet, mədə-bağırsaq sisteminin funksional pozulmaları, hipovitaminoz, orqanizmin reaktivliyinin dəyişilməsi və s. Həmçinin buna diş ətrafı toxumaların zonasında qan dövranının xüsusiyyətləri nəticəsində qidalanma pozulmaları təsir edə bilər (qan damarlarının aterosklerotik dəyişiklikləri).

 

Parodonta mikrroqanizmlərin təsiri kimi yerli amillər prosesin gedişatını daha da çox ağırlaşdıra bilər.

 

Parodontit, diş ərpi və daşında yığılan patogen mikroorqanizmlərin təsiri nəticəsi ola bilər, həmçinin dişin travmaları, kariyes, keyfiyyətsiz hazırlanmış diş protezi və ya diş bütövlüyünün bərpası nəticəsində ola bilər. Parodontitin əmələ gəlmə ehtimalını artırır: ağız boşluğunun gigiyenasının pozulması, diş əyriliyi, qidalanma xüsusiyyətləri, pasiyentin orqanizmində ümumi immun reaktivliyin azalması.

 

Damaq xəstəliklərinin əsas səbəbi bakterial ərpdir, hansı ki, daima dişdə əmələ gələn yapışqan, rəngsiz nazik pərdə şəklində olur. Əgər bu ərp təmizlənməsə, o bərkiyir və diş daşı adlanan kobud məsaməli kəf əmələ gətirir. Xəstəlik inkişaf etdikdə, toksinlər dişi saxlayan toxumaların dağılmasına gətirə bilər. Dişlə damaq arasında boşluq əmələ gəlir – diş-damaq cibi, hansı ki, ərplə dolur. Dişi saxlayan sümük daimi dağılmaya məruz qalır.

Parodontit damaq iltihabı olan qinqivitdən və ya parodontun digər xəstəliyindən sonra əmələ gələ bilər.

 

Simptomlar

 

Parodontoz zamanı patoloji proses qeyri-ilrihabi xarakter daşıyır, və diş ətrafı toxumaların dağılması nəticəsində diş boynunun açılmasıyla təzahür edir. Buna baxmayaraq dişlər uzun müddət yaxşı fiksasiya saxlayırlar (o daha sonra, diş çox sıyrılanda, dağılır), cüzi diş çöküntüləri olur, dişin rəngi solğunlaşır, damaq cibləri və irin ifrazatı mövcud olmur. Pasiyenti diş boyununun yüksək həssaslığı və dişin qaşınması hissi narahat edir. Tədricən proqressivləşərək, xəstəlik dişlərin itirilməsiylə nəticələnə bilər.

 

Təəsüf ki, parodontoz tədricən inkişaf edir. İlkin mərhələlərdə parodontoz ağrı və ya digər hisslər yaratmır.

 

Xəstəlik simptomsuz inkişaf edir, parodontu tədricən dağıdır. Ona görə də xəstələr adətən həkimə müraciət etməyə tələsmirlər.

 

Parodontitin mərəhələsindən asılı olaraq müxtəlif təzahür oluna bilər, əksərən isə damaq qan axmasından başlaya bilər. Bu mərhələdə proses hələ qarşısı alınandır: dişi əhatə edən və onu digərləriylə əlaqələndirən parodontal bağ toxunulmayıb, və çeynəmə təzyiqi bütün dişlər arasında eyni bölünür və parodont toxumalarında gərginlik baş vermir.

 

Müalicəsiz, proses daha dərinə keçir və parodontal bağı dağıdır, padorontal cib əmələ gəlir, hansına ki, öz növbəsində, ərp və daş yığılır və prosesin sonrakı inkişafı artır. Parodnotal toxumalar (dişi əhatə edən damaq, sümük toxuması) dağılır, və diş çənədaxili dayağını itirərək tərpənməyə başlayır. Bu mərhələdə həmçinin dişin yerləşməsidə dəyişə bilər, onların patoloji hərəkətliliyi, aralarında boşluqların əmələ gəlməsi, çeynəmə funksiyasının pozulması, travmatik artikulyasiya müşahidə oluna bilər.

 

Xəstəliyin başlanğıc mərhələsində damaqda qaşınma, nəbz vurma, dişlərin tərpənməsi, çeynəmə zamanı naratalıq hissi, ağızdan xoşagəlməz qoxu əmələ gəlir. Prosesin inkişafına uyğun olaraq dişin dayaq aparatı tərpənir, dişlərin hərəkətliliyi artır, diş boyunu açılır və yüksək həssaslığa malik olurlar. Bu mərhələdə adekvat müalicə tədbirlərinin olmaması demək olar ki, sağlam dişlərin itirilməsinə gətirir.

 

Xroniki parodontitin kəskinləşməsi adətən xəstənin ümumi vəziyyətinin kəskin ağırlaşmasıyla bağlıdır (yoluxucu xəstəliklər, ürək çatışmazlığı və s.). Kəskinləşmə zamanı kəskin nəbz vuran ağrı, hərarətin artması, naxoşluq və zəyiflik əmələ gəlir. Damaq aydın qızarması və şişməsi, diş-damaq cibindən irin ifraz olunması qeyd olunur.

 

Müalicə

 

Parodontozun müalicəsi

 

Müalicə komplekslidir, patoloji prosesi stabilləşməsinə yönləndirilir. Parodontun qan dövranını və bərpa proseslərini yaxşılaşdıran vasitələr təyin olunur (damağın massajı, damaq duşu, darsonvalizasiya və digər fizioterapevtik prosedurlar), əsas xəstəliyin müalicəsini aparırlar.

 

Parodontitin müalicəsi

 

Xəstəlik stomatoloq həkimin təxirəsalınmaz müdaxiləsini tələb edir. Parodontitlərin müalicəsi cərrahi və qeyri-cərrahi üsulları daxil edir. Qeyri-cərrahi üsullar (professional gigiyena) xəstəliyin erkən mərhələlərində və profilaktika üçün istifadə olunur. Bunlar diş daşının təmizlənməsindən (mexaniki və ya ultrasəslə) və diş tacı və kökünün sonrakı xüsusi şotkalar vasitəsiylə tərkibində flüor olan qoruyucu lakla işləməsiylə diş səthinin cilalamasından ibarətdir.

 

Dərin diş daşının təmizlənməsi proseduru var, hansı ki, küretaj adlanır: həkim ərpləri xüsusi qarmaqcıqlarla, ekskavatorlarla, küretlərlə (qapalı küretaj) götürür, və yaxud əgər əməliyyat tələb olunursa, damağı yararaq (açıq küretaj) təmizləyir. Cərrahi müalicənin digər üsulu qurama metodudur: damağın yuxarı hissəsi açılır, dişin kökü təmizlənir və quraq öz yerinə tikilir. Cərrahi üsulların məqsədi – damaq ciblərinin (sümük toxumasının sovrulması nəticəsidir) aradan qaldırılmasıdır ki, diş yenidən dayanıqlığını bərpa etsin.

 

Proqnoz

 

Parodontoz

 

Parodontozu düzgün və vaxtında müalicə etdikdə, dişləri saxlamaq və həyat keyfiyyətini artırmaq mümkündür. Lakin problemlə məşğul olmadıqda, dişləri artlq cavan yaşlarda itirmə riski var.

 

Parodontit

 

Rasional müalicə və ağız boşluğuna gigiyenik qulluq remissiyaya (sağalmaya) nail olmağa imkan verir. Müalicə olmadıqda və ya reabilitasiya rejiminə etina etmədikdə sümüklü parodontun tamamilə dağılması və dişlərin itirilməsi baş verə bilər.

 

Profilaktika

 

Profilaktika ağız boşluğuna stomatoloq tərəfindən kontrol edilən tam qulluğu daxil edir, həmçinin xəstəliyin erkən aşkar olunmasını və yaranma səbəblərinin uzaqlaşdırılmasını nəzərdə tutur.

 

Siz nə edə bilərsiniz?

 

Hətta dişlər sağlam göründükdə bu onlarda damaq xəstəliyinin olmamasının əlaməti deyil. Damaq və ya dişdə əmələ gələn istənilən problem zamanı, məsələn, həssaslıq, şişkinlik, ağrılıq, qanaxma və s., mütləq həkimə müraciət etmək lazımdır ki, yaranmış problemin tam ciddiyətini qiymətləndirsin.

 

Həkim nə edə bilər?

 

Yalnız stomatoloq və gigiyenist sadə müayinəylə parodont xəstəliyinin mövcud olub olmamasını müəyyən edə bilərlər. Müayinənin mahiyyəti diş-damaq cibinin (parodontit zamanı) xüsusi zondla ölçülməsindən ibarətdir. Bu üsul həkimə Sizin damaqlarınızın tez və ağrısız qiymətləndirilməsinə imkan verir, xəstəliyin sonrakı inkişafının qarşısını almaq üçün müalicə planını təklif etməyə, konkret situasiyaya cavab verən sərbəst gigiyenanın xüsusi rejimini hazırlamağa kömək edir.

 

 

  


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İstinad: Dr.Naib Məmmədov Stomatoloji xidmət

  18-02-2018, 23:24   Baxış: 383   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh (1)
ohyzubaka 23 iyun 2018 17:09
Цитировать          1
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: