Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
INFEKSION XƏSTƏLİKLƏRİ / GİNEKOLOGİYA / PEDİATRİYA

Məxmərək

MəxmərəkMəxmərək

Məxmərək virus infeksiyasıdır. Bu infeksiya zamanı bədəndə sadə qızılca səpkilərinə bənzər səpkilər əmələ gəlir. Lakin ciddi, bəzən həyati təhlükə yaradan qızılcadan fərqli olaraq, məxmərək o qədər təhlükəli deyil. Yalnız, qadın hamiləliyinin ilk dörd aylarında məxmərəyə yoluxarsa, dölün də yoluxma riski var. Bətndaxili keçirilmiş məxmərək, uşaqda ağır patologiyayla nəticələnə bilər. Məxmərəkdən sonra ömürlük immunitet qalır.

Səbəbləri

Xəstəliyin törədicisi – hava-damcı yoluyla yayılan məxmərək virusudur. Yoluxma xəstə insanla müəyyən vaxt ərzində kontaktdan sonra baş verir – səpkidən bir həftə öncə və iki həftə sonra.

Məxmərəyin simptomları

Məxmərəyin yüngül forması, adətən, xəstəxanaya yatırılmasını tələb etmir. Onun təzahürləri adi zökəm simptomlarına oxşayır və baş ağrılarıyla, gözlərin qızarmasıyla keçir. Xarakter simptom – yastı çəhrayı ləkələr şəklində səpkidir. bu səpkilər öncə üzdə əmələ gəlir, sonra isə bədən və əl-ayağa yayılır. adətən o bir neçə gün ərzində yox olur. Bəzi hallarda, əksərən böyüklərdə, oynaqlarda artralgiyalarla müşaiət edilən iltihab olur.

Bəzən qulaq arxasında və boyunda limfa düyünləri böyüyür.

Məxmərəyin fəsadları

Hamilə qadının ilk aylarında yoluxması zamanı erkən doğum (düşük) və ya inkişaf qüsürlarıyla uşağın doğulma ehtimalı 50% qədərdir. Mümkün inkişaf qüsurlarına aiddir:

˗ karlıq;
˗ ürəyin anadangəlmə qüsurları;
˗ zehni inkişafın ləngiməsi;
˗ katarakta və gözlərin digər qüsurları;
˗ sümük toxumasının defektləri;
˗ qan xəstəlikləri;
˗ ensefalit.

Siz nə edə bilərsiniz?

Mümkün qədər çox maye qəbul edin. Hərarəti aşağı salan preparatlar qəbul edin.

Virusun yayılmasının qarşısını almaq üçün, evdə oturun, səpkilərdən bir həftə öncə və iki həftə sonra hamilə qadınlarla kontaktda olmamağa çalışın.

Əgər hamiləliyin erkən aylarındasınızsa (ilk üç ay) və məxmərəyə qarşı immunitetinizn olub-olmamasını bilmirsinizsə və ya yoluxduöunuzdan şübhələnirsinizsə, təcili olaraq həkimlə məsləhətləşin.

Həkim nə edə nilər?

Həkim Sizi xəstəxanaya yerləşdirə və ya kontaktları maksimal məhdudlaşdırmaqla ev müalicəsi tövsiyyə edə bilər.

Əgər hamiləsinizsə, diaqnoz təadiqləndikdə həkim süni abort təklif edə bilər.

Profilaktik tədbirlər

Uşaqlara vaksinasiya 1 yaş, 6 yaş və 12 yaşda edilir, əsasən də qızlara. Hamiləlikdən ən az üç ay öncə qadınlar vaksinasiya keçməlidirlər, əsasən də, əgər onlar əvvəl məxmərəklə xəstələnməyib və vaksinasiya etməyiblərsə.

                                                                                                                            İstinad: Hematoloq Dr. Sevinc



  9-03-2018, 23:06   Baxış: 191   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: