Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Hamiləlik ve infeksiyalar (TORCH infeksiyalar)
GİNEKOLOGİYA / LABORATORİYA

Hamiləlik ve infeksiyalar (TORCH infeksiyalar)

Hamiləlik ve infeksiyalar (TORCH infeksiyalar)Hamiləlik ve infeksiyalar (TORCH infeksiyalar)

Siz hamiləsiniz, hətta tibbi sənədləriniz belə qeydiyyata alınıb. Lakin sizin bu gözəl əhval-ruhiyyənizi korlayan xüsusi hallar ola bilər. Bu analizlərin verilməsidir: həm də yalnız sidik və qanın deyil, hansısa "tanış” olmayan infeksiyaların analizi. Təəcüblənirsiz, mən xəstə deyiləm, nə üçün müxtəlif laborator müayinələrdən keçməliyəm? Lakin siz xüsusi infeksiyaların daşıyıcısı ola bilərsiniz, hansılar ki, gələcək övladınızın sağlamlığı üçün təhlükəlidir.Bu səbəbdən bəzi infeksiyalar var ki, onlar mütləq yoxlanılmalıdır.Bir çox qadınlar müxtəlif infeksiyalara analiz verirlər, amma heç TORCH haqda məlumatları olmaya bilər. Necə deyərlər "düşməni üzdən tanımaq lazımdır”.TORCH infeksiyalar – sözünün abbreviaturası, bu təhlükəli qrupa daxil olan infeksiyaların inglis dilində adlarının baş hərflərindən götürülmüşdür.T – toxoplasmosis, O – Other (digər infeksiyalar), R – Rubella (məxmərək), C – Cytomegalovirus (sitomeqalovirus), H – Herpes simpleks virus (herpes). Müasir təsnifata əsasən bu təhlükəli qrupa Parvovirus B19 da aiddir.

 

Toksoplasma

 

Toksoplasma gondii tərəfindən törədilir. Törədici iki inkişaf mərhələsi keçir. Cinsi çoxalma pişik orqanizmində gedir və pişik əsas sahib hesab olunur. Aralıq sahib olan bütün istiqanlı canlıların (insan, məməlilər, quşlar) orqanizmində isə qeyri-cinsi çoxalma baş verir.Yoluxma oral və plasentar yolla ola bilər. Oral yolla – torpaqla kontaktda olan məhsulun gigiyenik qaydalara əməl etmədən qəbulu və şəxsi gigiyenik normalara riayət etmədikdə, ət və ət məhsullarının tam bişməmiş qəbulu zamanı ola bilər.Plasentar yoluxma zamanı infeksiya anadan dölə ötürülür.Burada diqqət mərkəzində olan məqamlar bunlardır:Hamilə şəxsin yoluxması 6 ay və daha çox müddət öncə olubsa infeksiya dölə ötürülməyəcək.Yoluxma hamiləliyə nə qədər yaxın dövrdə baş veribsə dölə ötürülmə ehtimalı o qədər yüksəkdir.

 

Rubella

 

Antroponoz infeksiyadır, infeksiya mənbəyi yoluxmuş uşaqlar, xəstəliyin manifest formasında olan insanlar, anadangəlmə subklinik infeksiya daşıyıcıları sayılır. Yoluxma mexanizmi hava-damcı yolu ilədir. Şaquli yolla transplasentar ötürülmə baş verir. Uşaqlarda və böyüklərdə fərqli klinikada gedir. Əsas klinik əlamətləri bunlardır: səpgilər, 39°C hərarət, limfa düyünlərinin böyüməsi və s. Bu əlamətlər 3-5 gün davam edir. 50-60% hallarda simptomsuz gedişə malik ola bilər.Rubellanın xüsusiyyəti embrional toxumaya qarşı aktiv tropizmin olmasıdır. Hamiləlik daimi immunosupressiya vəziyyətində keçir. Törədicinin teratogen təsiri əsasən I trimestrdə daha ağır olur.

 

Cytomegalovirus – virus etiologiyalı infeksion xəstəlik olub, bütün orqan və toxumaları zədələyir. Törədicisi Cytomegalovirus hominis antroponoz herpes virusdur. İnfeksiya üçün 2 dövrü daha qorxuludur: uşaqlıq və hamiləlik. İnfeksiya cinsi yolla və anadan dölə ötürülə bilər. 2-ci halda yoluxma hamiləlik dövründə və doğuş zamanı baş verə bilər. Eyni zamanda infeksiyanın ana südü vasitəsilə də ötürülməsi qeydə alınır. Virusun xəstə insanın spermasında, vaginal möhtəviyyatında, sidiyində, qanında, ağız suyunda və s. aşkarlanması müşahidə olunur.

 

Herpes

Herpeslərin 100-dən çox növü məlumdur. İnfeksiyanın törədicisi Herpes simplex-dir. İnsan üçün herpeslərin 8 tipi patogendir. Herpes viruslar tərəfindən törədilən xəstəliklər çox geniş yayılmışdır. Son araşdırmalar herpes virusların normal hüceyrələri transformasiya etdiyini aşkarlamışdır. Bu infeksiya da hamilə qadınlar və döl üçün xüsusilə təhlükəlidir. İnfeksiyanın anadan dölə ötürülməsi şaquli və plasentar yolla mümkündür.

 

Parvovirus B19

 

DNT genomlu virusdur. Yoluxma əsasən yuxarı tənəffüs yolları vasitəsi ilə baş verir. Klinik olaraq xəstəlik yoluxmuş şəxsin yaşından, immun vəziyyətindən asılı olaraq eritemalar, yüksək hərarət, limfoadenopatiyalar, artritlər və s. simptomlarla müşayiət olunur. Parvovirusun əsas təhlükəli cəhəti yoluxmuş hamilə qadınların infeksiyanı plasentar yolla dölə ötürməsidir. Parvovirus B19 üçün əsas hədəf ana bətnindəki dölün qanyaradıcı hüceyrələridir. İnfeksiya nəticəsində ağır anemiyalar inkişaf edir. Az yaşlı uşaqlarda eritromatoz səpkilər müşahidə olunarkən parvovirus B19 və rubella (məxmərək) arasında differensasiya aparmaq vacibdir. Xəstəliyin klinikasında, laborator diaqnostik müayinələrdə fərq özünü biruzə verir.

 

Təbabət inkişaf edir və hal-hazırda bu infeksiyaların həm qarşısını almaq, həm də vaxtında diaqnostika və müalicə aparmaq mümkündür. Öncə bunu qeyd edək ki, hamiləlik hələ planlaşdırılarkən müəyyən laborator diaqnostik müayinələrdən keçmək lazımdır. Diqqətdə saxlamaq lazımdır ki, birincili infeksiyalar daha təhlükəlidir. Əvvəlcə TORCH qrupundan olan hər hansı infeksiyaya qarşı antitellər yoxlanılır, onların miqdarı normaldırsa bu xəstəliklər qadın üçün qorxulu deyil. Amma əgər TORCH infeksiyalara qarşı antitellər aşkarlanmırsa qadın risk qrupuna daxil olur. Bütün hamiləlik dövründə təkrar müayinələrlə yanaşı xüsusi profilaktik tədbirlərə riayət edilməlidir.

 

Hamiləliyi planlayan qadınlara təklif olunan müayinə alqoritmləri.

 

Bütün qadınlar spesifik G (IgG) antitellərinin aşkarlanmasına görə yoxlanılır.Müsbət cavab alındıqda bətndaxili infeksiya riski aradan götürülmür. Müayinə hamiləlik dövründə təkrarlanır. Vacibdir ki, IgG-nin avidlik indeksi təyin olunsun.Mənfi cavab alındıqda qadın periodik olaraq 8-12 həftədən bir M (IgM) antitellərə görə yoxlanılır.IgM müsbət olduqda dölün birincili yoluxma riski yüksəkdir.Serodiaqnostika ilə yanaşı latent və xroniki infeksiyaların vaxtında aşkarlanmasında PZR diaqnostikanın rolu böyükdür. Xüsusilə dölün yoluxma riskini təyin etmək üçün amniosentez vasitəsi ilə dölyanı mayenin virusa yoluxmasını təyin etmək mümkündür.

 

Toksoplazmozun profilaktikası üçün gigiyenik qaydalara əməl edilməli, pişiklə kontaktdan çəkilməli, ət və ət məhsullarının istifadəsinə diqqət yetirilməlidir.Məxmərəyin (Rubella) profilaktikası üçün qadın hamiləlikdən bir neçə ay öncə peyvənd olunmalıdır. Bu prosedur daha öncə məxmərəyə yoluxmayan qadınlara tətbiq olunur.Lakin hamiləlik dövründə və ondan öncə herpes və sitomeqalovirusa qarşı həm qadın həm də kişi müayinədən keçməlidir.TORCH infeksiyaların ən geniş yayılmış müayinə metodları İFA və PZR-dir. PZR vasitəsi ilə törədicini molekulyar səviyyədə aşkarlamaq, eyni zamanda tipini müəyyən etmək mümkündür. Lakin infeksiyanın birincili, residiv və ya daşıyıcı olduğunu orqanizmin hasil etdiyi antitelləri müəyyən edən İFA vasitəsi ilə aşkarlamaq mümkündür.Bu və ya digər infeksiyanın hamiləliyin inkişafına və dölə mənfi təsiri törədicinin növündən, hamiləliyin vaxtından, ana orqanizminin immun vəziyyətindən və bir sıra başqa faktorlardan asılıdır.

 

TORCH dölü nə ilə hədələyir?

 

Əgər yoluxma hamiləliyin 1-ci iki həftəsində baş veribsə embrion məhv olacaq. Əgər hamiləlik davam etsə döldə orqanların çoxlu sayda inkişaf anomaliyaları meydana çıxa bilər.2 həftədən 11-12 həftəlik hamiləliyədək isə embrionun ölməsi və ya təbii abortla müşahidə olunma ehtimalı daha yüksəkdir.11-12 həftəlikdən 25-26 həftəlik hamiləlik dövründə isə inkişafdan qalma, yalançı inkişaf anomaliyaları, bətndaxili ölüm baş verə bilər.26 həftəlikdən doğuma qədər daxili orqanların iltihabı, mərkəzi sinir sisteminin zədələnməsi, vaxtından əvvəl doğuşlar baş verə bilər.

      İstinad: "Sağlam Ailə” Tibb Mərkəzi

 

  9-03-2018, 23:25   Baxış: 204   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: