Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » Miqren
NEVROLOGIYA

Miqren

MiqrenMiqren

Migren -  irsi nevroloji  xəstəlik  olub,  travmalar,  şişlər və ya  insult  ilə əlaqəli olmayan  artan pulsator baş ağrısı  şəklində   özünü  göstərir . ÜST – nin  statistic  məlumatlarına görə  migren, gərginlik baş ağrısından  sonra  baş verən spontan baş ağrılarının əsas səbəbi  və  insanın sosial  adaptasiyasını  ən çox pozan 19 xəstəlikdən  biridir . Bəzən  migren  zamanı  əmək qabiliyyətinin  itirilməsi  o  dərəcəyə  gəlib çatır  ki,  xəstəyə  əlillik  dərəsi  təyin edilir .

Miqrenin müalicəsi və diaqnozu üçün  xərclənilən  vəsaitin  miqdarı   ürək-damar xəstəliklərinin  müalicəsinə sərf edilən  maliyyə xərcləri  ilə müqayisə edilə bilər. Bu  halda  həkimin  vəzifəsi – dəqiq diaqnoz qoymaq;  migren  tutmalarının baş ağrılarının digər  formalarından  differensiasiyası;  qeyri -spesifik  analgetiklər, triptanlar  və  beta – blokatorlar da  daxil olmaqla optimal  dərman  təyini  rejiminin  seçilməsidir . Həkimin daimi  nəzarəti  hər bir fərdi  halda  tutmanı aradan qaldırmaq  üçün  dəqiq  bir plan hazırlamağa kömək edir. Xəstəliyin şiddəti  tutmaların  tezliyi və intensivliyi  ilə müəyyən edilir. Yüngül  formalı  migrendə  tutmalar  ildə bir neçə dəfə, ağır formalarda  - gündəlik baş verir . Lakin migren  tutmalarının ayda  2-dən 8 dəfəyədək  baş  verməsi   xəstəliyin  ən geniş yayılmış  forması  hesab olunur .

Migrenin simptomları

Tibbi araşdırmalara əsasən, qadınlar daha tez-tez  migren xəstəliyinə məruz  qalırlar. Qadınlarda ayda orta hesabla  7  tutma,, kişilərdə isə  6 tutma baş verir. Qadınlarda  tutmanın davam etmə müddəti   7,5 saat, kişilərdə isə  6,5 saatdır. Qadınlarda  tutmanın  səbəbləri  atmosfer təzyiqinin , havanın temperaturunun  dəyişməsi  və digər iqlim dəyişiklikləridirsə, kişilərdə -  gərgin  fiziki iş  fəaliyyətidir . Miqreni  müşayiət edən  simptomlar da  ayırd edilir:  Bu ,kişilərdə  daha çox   fotofobiya  və depressiya , qadınlarda isə  tez-tez  ürəkbulanma  halları  və  qoxubilmənin pozulmasıdır .

• Migren  tutmalarının baş verəcəyindən xəbər verən əlamətlər   və ya  prodrom  - zəiflik,  səbəbsiz  yorğunluq  hissi, konsentrasiyanın  zəifləməsi, diqqətin pozulması  şəklində özünü göstərir . Tutmalardan  sonra bəzən bir postdrom - yuxusuzluq, zəiflik, dəri  örtüyünün solğunlaşması  müşahidə olunur .

  • Migrenoz baş ağrısının  xarakteri   digər  mənşəli  baş ağrılarından fərqlənir -   gicgahlardan başlayaraq,  pulsasiya edən  və  sıxıcı ağrı,  tədricən  başın  bir  yarısını  əhatə  edərək,  alın və göz nahiyəsinə yayılır .

• Birtərəfli ağrı, tutmadan tutmayadək növbələşərək  başın   gah  sol, gah da  sağ tərəfini   və ya ənsə nahiyəsini  əhatə  edir .

• Migren  zamanı  həmişə bir və ya  bir neçə  müşayiətedici  simptomlar -  fotofobiya; ürəkbulanma; qusma ; səsdən qıcıqlanma ;iybilmənin , görmə və  diqqətin  zəifləməsi  müşaidə olunur .

• Qadınlarda  rast gəlinən  migren  xəstəliyinin  10% -də, tutmalar  menstruasiya zamanı  baş verir və  başlandıqdan sonra  bir və ya iki gün davam edir. Bu xəstəliyi olan bütün qadınların üçdə biri menstrual miqrendən əziyyət çəkir.

• Adətən  uşaqlarda migren zamanı yanaşı symptom kimi yuxululuq qeyd edilir  və tutmalar yuxudan sonra keçib gedir. Kişilərdə migren ağır iş gördükdən  sonra inkişaf edir. Hərəkət və ya gəzinti zamanı ,  ağır yük qaldırdıqda , nərdivana qalxanda ağrı artır.

  • Hormonal  tarazlığa təsir edən  oral  kontraseptivlərin  və digər dərmanların qəbulu , eləcə də  əvəzedici  hormonoterapiya  tutmaların  baş vermə  riskini əhəmiyyətli dərəcədə  artıraraq , 80% hallarda onların intensivliyini gücləndirir.

• Əsəbilik, narahatlıq, yorğunluq, yuxusuzluq, dərinin  solğunluğu  və ya  əksinə -  qızarmağı, narahatlıq və depressiya migrendə  yanaşı gedən  simptomlar olub , hər bir fərdi  halda özünü  göstərə  və ya göstərməyə bilər .

•Gicgah  nahiyəsində  arteriyalar gərgin  olur və güclənmiş şəkildə pulpasiya edir , ağrı və gərginlik hərəkət zamanı  artır. Bu səbəbdən  xəstələr  tutma periodunu  yataq şəraitində, sakit  və qaranlıq bir yerdə keçirirlər ki,  xarici  qıcıqların  sayını  minimuma  endirsinlər .

Migren zamanı  ürəkbulanma  və qusma

Ürəkbulanma -  migrenoz baş ağrılarını  digər mənşəli baş ağrılarından fərqləndirməyə   kömək edən mühüm bir simptomdur. Bu əlamət həmişə  tutmaları  müşayiət  edir  və bəzən  o qədər  güclü ifadə  olunur ki, qusmaya gətirib çıxarır. Bu zaman  xəstənin vəziyyəti  subyektiv  şəkildə  yüngülləşir, o, bir neçə dəqiqə ərzində özünü daha rahat hiss edir . Əgər qusma  rahatlıq  gətirməzsə  və ağrı bir neçə gün  ərzində  azalmazsa, bu migrenoz statusun   əlaməti  ola bilər və  stasionar  şəraitdə  müalicə tələb  edir.

 

Auralı  migren dörd mərhələdən ibarət olan dəqiq  bir struktura malikdir. Onların  təzahür  müddəti  və  intensivliyi  vəziyyətdən asılı olaraq  dəyişir:

•  Başlanğıc əlamətlər  mərhələsi : Bu mərhələ  prodrom mərhələsi də adlanır. Xəstələr  tutmanın  yaranmasını  hər kəs üçün fərqli  olan  bir simptomlar kompleksinə əsasən  təyin edə bilərlər. Ən  çox yayılmış  təzahürlər  yuxululuq , yorğunluq, əsəbilik və  diqqətin  cəmləşdirilməsinin  çətinləşməsidir. Bəzi xəstələrdə  prodrom, əksinə ,  fəaliyyət  aktivliyinin artması , yuxusuzluq,  iştahın  artması  ilə özünü göstərir . Bu  mərhələdən sonra aura başlayır. Əgər miqren aurasızdırsa, o zaman adətən , prodromal əlamətlər  də qeyd olunmur .

•  Aura mərhələsi :  Aura  tutma  başlamazdan əvvəl  beynində baş verən dəyişiklikləri  əks etdirir . O, yalnız miqrenin üçdə bir hallarında baş verir. Hətta eyni  bir  xəstədə  aura, yalnız tutmadan tutmaya baş verir və həmişə eyni şəkildə təzahür etmir . Onun əlamətləri ağrılı keçmir , lakin  xəstədə qorxuya səbəb  ola  bilər , xüsusən  ilk dəfə baş verdikdə .  Belə ki, vizual aura -  gözün qarşısında ləkələrin   və  görmə şəklini təhrif edən  əyri  naxışların yaranması ; duman və əşyaların silinmiş təsvirləri ; əşyaların  ölçü  və nisbətlərinin  dəqiq   müəyyən  edilə bilməməsi  -  insanlarda narahatlıq, görmənin  vəziyyəti  üçün bir təşviş  hissi yarada biər . Taktil , eşitmə , iybilmə  duyğularının  təhrif olunması  da  aura  mərhələsi  üçün  xarakterikdir.  Ətraflarda  keylik və iynə batma hissi  yarana bilər, bu, adətən barmaqların ucundan  başlayır  və tədricən, yanaqlar  və  üz  daxil olmaqla, başa  qədər  yayılır . Bu  zaman, keylik  bədənin yalnız bir yarısında – ağrı  olan  tərəfə  əks  nahiyədə  qeyd  edilir . Miqren  tutması  zamanı ağrı başın sol tərəfini əhatə edirsə, o zaman bədənin sağ tərəfi  keyiyir . İnsanın gündəlik fəaliyyəti  ilə məşğul olmasına, işləməsinə və bəzən danışmasına mane olan  diqqət və konsentrasiyanın pozulması   yarana  bilər. Mərhələnin  müddəti  10 dəqiqədən yarım  saatadək çəkir ,  bəzi  hallarda aura bir neçə saat davam edə bilər.

• Migrenin ağrı mərhələsi :  Xəstə  üçün  ən çətin  mərhələ olub , bir  neçə saatdan 2-3  günədək  davam  edə  bilər . Ağrının artması  sürətli  olub  10  dəqiqə  ərzində  inkişaf  edə  bilər. Ağrının  kəsməsi  isə  tədricən , bir neçə saat ərzində   baş verə bilər. Bu mərhələdə   ağrının  intensivliyini  azaltmaq və  xəstənin vəziyyətini  yüngülləşdirmək   üçün,  ona  üfüqi vəziyyətdə  qalmaq  ; hərəkətliliyini  maksimal  dərəcədə  məhdudlaşdırmaq ;  başını  soyuq  dəsmalla bürümək ; işıqdan  və gur  səsdən  qorunmaq  lazımdır. Migren  tutmasını  dayandırmaq üçün , müalicə  həkimi   dərmanlar – analgetiklər   və  ya  triptanlar   təyin edir  ki , onları  da  ağrı mərhələsinin başlanğıcında qəbul etmək lazımdır.

• Tutmadan sonrakı mərhələ : Ona  rahatlaşma dövrü də deyilir  -  xəstə  prodromal  mərhələsini  xatırladan   təəssüratlar  -  əsəbilik və qıcıqlanma , üzgünlük , yorğunluq , ətraflarında  zəiflik  kimi hisslər  yaşayır . Ümumiyyətlə ,  bütün bu simptomlar 24 saat ərzində keçir. Bu  müddəti  yuxuda keçirmək  məsləhətdir .

Tutmaların   intensivliyinin  artması , onların  qısa müddətli  sakitləşmə  periodundan  sonra  dalbadal  təkrarlanması  zamanı   xəstəyə  migrenoz  status  diaqnozu  qoyulur . Miqrenoz  status  -  ürək  ritminin  yavaşıması , beyin  qişalarının  qıcıqlanması ,  ağrının intensivliyinin zərrə qədər də azalması baş vermədən  davamlı   qusma  halları  kimi simptomlarla  xarakterizə olunur. Bu vəziyyətdə  xəstə  əmək  qabiliyyətini  tamamilə itirir və həkim nəzarəti  altında  stasionar  şəraitdə   müalicə edilməlidir.

Miqrenlə  əlaqəsi  olmayan , daimi və ya vaxtaşırı yaranan birtərəfli baş ağrılarının səbəbi   vaxtı  itirmədən    müvafiq  mütəxəssis  tərəfindən araşdırılmalıdır . Bu cür ağrılar  beynin   üzvi  xəstəlikləri  üçün xarakterikdir və erkən diaqnozun qoyulması  müalicənin effektivliyini  xeyli  artıra  bilər .

Migrenin   səbəbləri

Migren nevroloji xəstəliklərə aiddir, buna görə də onun baş verməsnə  aşağıdakı  patologiyalar  səbəb ola bilər:

       • Kəllədaxili  təzyiqin artması;

  • Baş və boyun  əzələlərinin  spazmları;

       • Onurğanın boyun nahiyəsinin  osteoxondrozu;

       • Qlaukoma;

       • Arterial  təzyiqin  nasazlığı , arterial  hipertoniya .

Migren necə meydana gəlir və onun inkişafına nə kömək edir?

 

     • Migrenoz  ağrılar  beyinin sərt  qişasının  serebral damarlarının genişlənməsinə gətirib çıxaran     damar patologiyası nəticəsində baş verir.

     • Bu  damarlar  qeyri-bərabər  şəkildə  genişlənərək , onların  yaxınlığında yerləşən  sinir hüceyrələrinə təzyiq göstərirlər.

  • Qan damarlarının  daralması nəticəsində  yaxın toxumalarda qan dövranı pozulur  ki , bu da ağrı  sindromunun yaranmasına   səbəb ola bilər.
  • Sistem   xəstəlikləri , metabolizmin  pozulması  və ya mərkəzi sinir sisteminin patologiyası  da  migrenin inkişafına səbəb ola bilər.

       • Migrenli xəstələrin 70% - də  bu xəstəliyə  irsi  meyllik  qeyd edilir . Onların  valideynlərində  də   oxşar patologiyanın olması məlum  olur .

Miqren   zamanı  ağrınin  inkişaf mexanizmi  tam olaraq  tədqiq  olunmamışdır ,  bu  barədə  bir neçə nəzəriyyə  mövcuddur .

 

Serotonin, migrenin səbəbi  kimi .

Serotonin,  damarların  spazmına  səbəb olan və sinir impulslarının düzgün ötürülməsi  üçün  vacib olan bir  neyrotransmitterdir. Serotonin səviyyəsinin  kəskin artması  nəticəsində    kəllədaxili  damarların  spazmı  yaranır ki,bunun nəticəsində də həmin spazm yaranan nahiyədə miqrenoz  ağrı meydana çıxır . Bu  damarlarda  ağrı reseptorları yoxdur, amma çox miqdarda serotoninin  ifrazı zamanı  orqanizm  onu parçalayan maddələr  istehsal etməyə başlayır .Bunun  nəticəsində  onların tonusu normallaşır, ancaq eyni  zamanda , daxilində  ağrı  reseptorları olan  gicgah nahiyəsinin  səthi   damarları genişlənir. Qan axınının  zəifləməsi  və  damarların genişlənməsi  nəticəsində  ağrı  impulsları yaranır ki , bu  da miqrenoz ağrıların əmələ  gəlməsinə  səbəb olur .

 Serotonin səviyyəsi normallaşdıqdan sonra  tutma  keçib gedir . Ağrı yaranmasının  serotonin nəzəriyyəsinə görə, bu prosesdə ağrı  neyropeptidlərin  sintezinə  məsul  olan  trigeminovaskulyar   sistemin  fəaliyyəti  mühüm rol  oynanır.  Bu, migrenoz   tutmaların  adətən  beyin qabığının yüksək oyanıcıllığı  ilə fərqlənən   insanlarda  daha çox  baş verməsi  faktını  izah edir.

Hipotalamus və migren

Hipotalamus, endokrin sisteminin tənzimlənməsini  təmin edir . Beynin bu şöbəsində aclıq, susuzluq , damar tonusu  və bir çox  digər  mərkəzlər  yerləşir. Buna görə də, migren zamanı  yaranan  paroksizmal  baş  ağrısı  hipotalamusla  əlaqəlidir  və xarici  qıcıqlara  reaksiya kimi  meydana  çıxır.

Müasir araşdırmalara görə, migren  tutmaları  hipotalamusun aktivliyinin artması fonunda  baş verir. Gələcəkdə bu kəşfi  əsas götürərək, migrenin  müalicəsi üçün daha effektiv  preparatların  hazırlanması  mümkündür.

Migrenə təhrikedici amillər

• Qida faktorları.  Qidanın  təribində  olan bəzi  maddələr və ya  qidalanma rejiminin  özü  miqrenoz tutmaların  yaranmasına səbəb ola bilər . Tərkibində  hətta zəif  miqdarda alkoqol olan  şərab  və ya pivə, migrenə səbəb ola bilər. Bundan əlavə,  tərkibində  dad əlavələri ,  qlutamat natrium , aspartamn  və kofein  olan  qida məhsullarından   uzaq durmaq   məsləhətdir. Kofein və ya  onun  olmaması migren üçün bir risk faktorudur . Belə ki , qəhvə və  ya  tərkibində  kofein olan  məhsullardan  çox  istifadə  edən  bir şəxsdə  orqanizmə  daxil olan kofeinin  miqdarının kəskin azalması  migren  tutmasının  inkişaf etməsinə  səbəb  ola  bilər. Menyuda olan  şokolad, sitrus meyvələri, kakao, fındıq , kifli  pendirlər  tərkiblərində   feniletaminin və tiraminin  mövcud olması  səbəbindən  oxşar  reaksiyalar törədə bilərlər .

 Qida  vasitəsilə  orqanizmə  daxil olan digər  provakasiya   törədici  maddələr :

1. Gluten - buğda, arpa, yulaf, çovdar və onlardan hazırlanan  məhsullar ( sıyıqlar, keks, tortlar, pivə );

2. Salisilatlar - qara və yaşıl çay, nanə, ədviyyat;

3. Nitratlar - istixana tərəvəzləri  və meyvələri, göyərti (marul, ispanaq, cəfəri, kərövüz).

Bununla belə,  bir çox hallarda , migrenin  inkişaf mexanizminə   ərzağın özü  deyil, onun  qəbul  edilmə  tezliyi  və  miqdarı təsir göstərir. Beləliklə,  tutma  ciddi bir pəhrizin fonunda  və ya  qida  qəbulundan birinin , məsələn, səhər yeməyinin  ötürülməsi  zamanı  baş verə bilər.

• Hormonal amillər.  İlk növbədə  bu , qadınlar arasında  geniş  yayılmış menstrual migrenə aiddir. Tutmanın  inkişafına  qandakı  esterogenin  səviyyəsində olan  dəyişikliklər təsir edir . Onu reproduktiv üzvlərin müalicəsində tətbiq edilən əvəzedici  hormonoterapiya , oral kontraseptivlər , ovulyasiya  və ya aybaşı  prosesləri törədə  bilər .

• Ətraf mühit  amilləri . Mövsümi  dəyişikliklər;  temperaturun , təzyiqin  və   rütubətin  dəyişilməsi , bürkü  və ya  şaxta , otağın havasının  dəyişdirilməməsi    provokativ  amillər  kimi çıxış edə bilər. Eyni  sözləri  səs-küy, gözlənilməz  gur  səslər;  görmə  reseptorlarını  qıcıqlandıran  sayrışan parlaq  işıqlar və fluorescent işıqlanma  barəsində də demək olar .

• Yuxu rejimi.  Xüsusilə bu yuxu  migreninə   aiddir -  tutma    yuxusuzluq  fonunda  və  ya həddən artıq  yatmaq  nəticəsində  inkişaf edə bilər. Yuxuya gec getmək  və ya  yuxudan gec  oyanma , saat qurşaqlarının dəyişməsi ,  yuxusuz gecələr - bütün bu amillər migrenin  yaranmasına səbəb ola  bilər.

• Daxili amillər.  Servikal osteoxondroz nəticəsində  onurğa  sütununda  yaranan   xroniki  ağrı səbəbindən   migren  tutmaları  meydana  çıxa bilər. Bundan əlavə, daxili provokatorlar kimi  orqanizmdə maqnezium və dəmir çatışmazlığı, qanda qlükozanın  səviyyəsinin  kəskin  azalması , anemiya  çıxış edə bilər.

• Dərman qəbulu . Hormonal  preparatlardan əlavə  olaraq , Rezerpin, Nitrogliserin, Ranitidin, Hidralazin, preparatların  tərkibində  olan  Histamin də  migrenin  yaranmasına  səbəb ola bilər .

• Psixofizioloji amillər.  Emosional yüklənmələr ; uzun müddətli gərginlik ; əsəblərin cilovlanmaması ; narahatlıq  və qorxu  tutmaları ;  uzun müddətli stressdən  sonra  birdən-birə rahatlanma ,  həm mənfi , həm də müsbət  emosiyaların  daxildə  boğulması . Psixofizioloji  provokatorlar  ambisioz  və özünə qarşı həddən ziyadə tələbkar olan insanlarda  miqrenin yaranmasına  səbəb olur .

• Digər amillər.  Kəllənin travmaları və digər mənşəli  zədələnmələri ; həddən artıq fiziki gərginlik , o cümlədən  aktiv  cinsi  fəaliyyət ; yorğunluq ; yerdəyişmə ilə bağlı  ətraf şəraitin kəskin dəyişməsi .

Migrenin  növləri

Kliniki  praktikada aşağıdakı  tip migren növləri  tanınır:

• Panik – bu tip  migren  boğulma, titrətmə , taxikardiya , sifətin  şişməsi kimi simptomlar ilə xarakterizə olunur.

• Xroniki migren -  tutmalarının  müntəzəmliyi  və onların hər  növbəti  baş verdiyi  zaman ağrıların intensivliyinin artması  ilə xarakterizə olunur. Xroniki migreni diaqnozunu  , tutmalar  3 ay müddətində ,  ayda  15 dəfə təkrarlanarsa  təyin etmək olar .

• Menstrual migrenler  -  migren tutmaları qanda  esterogenin  səviyyəsindən asılıdır, buna görə də menstural  dövrlə  bağlı olaraq meydana çıxır .

• Yuxu  miqreni - onun təzahürü   insanın  yuxu  rejimindən asılıdır və yuxu zamanı və ya yuxudan oyandıqdan  sonra  baş verir .

Migren  zamanı   auranın  simptomları:

• Nitqin  pozulması ( bərpa olunan ) - bir cümləni tələffüz  etmək ,  fikrini  ifadə etmək  mümkün deyil;

• Visual aura -   gözlərin  qarşısında  ləkələrin ,nöqtələrin , zolaqların , dumanın yaranması ; obyektlərin  cizgilərinin bulanıqlıqlaşması ;

• keylik , ətraflarda  iynə batması hissiyatı , taktil hissiyatın pozulması .

Baş ağrısı  auradan  bir saat sonra  və ya daha az müddət  ərzində ,  bəzən  aura zamanı  baş verir ;  gəzinti  və digər fiziki fəaliyyət  zamanı  güclənir ;  birtərəfli  olur  və  ürəkbulanma , fonofobia ,  fotofobia ilə müşayiət  olunur . Tutma  4  saatdan üç günə qədər davam edir.

Migrenin diaqnostikası

 

Miqrenin  müalicəsi  diaqnozu   dəqiqləşdirmədən  qətiyyən  yolverilməzdir . Dəqiq diaqnoz qoyulmadan özünümüalicə aparmaq   təhlükəlidir  –  bu, yanlış  dərman  qəbulu  nəticəsində  meydana  çıxan  ağrıların  yaranmasına  səbəb  ola  bilər .

Diaqnoz qoymaq üçün həkimə  xəstəliyin kliniki mənzərəsi , anamnezi , tutmaların tezliyi və davam etmə  müddəti  barəsində məlumatları  bilmək vacibdir . Çətin hallarda, həkim  baş beynin və onurğanın boyun nahiyəsinin  MRT –si , reoensefaloqrafiya  müayinələrinin keçirilməsini  tələb edə bilər.

Diaqnoz qoyarkən  epizodik gərginlik  baş ağrılarını  miqrenoz  tutmalar zamanı müşahidə edilən pulsasiyaedici  baş ağrılarından  fərqləndirmək lazımdır .

Migren  zamanı müşahidə edilən  baş ağrısını  gərginlik baş  ağrısından necə ayırd etmək olar?

• Daha az intensivlikli olur .

• Ağrının  xarakteri -  pulsasiya edici  deyil ,  başı  bir halqa kimi sıxan  şəkildə olur .

• İkitərəfli  baş verir .

• Fiki gərginlik zamanı artmır .

Gərginlik baş ağrısının yaranmasında  trigger faktor kimi  daimi  emosional  gərginlik , stress, narahat vəziyyətlərdə  uzun  müddət  qalmaq  nəticəsində  baş beynin qan dövranının pozulması kimi hallar böyük rol oynaya  bilər . Bu tip baş ağrısında da migrendə   olduğu  kimi  fotofobiya, ürəkbulanma  müşahidə edilə  bilər .

Miqrenin müalicəsi

 Migrenin  müalicəsində  iki yanaşma tətbiq olunur :  birinci yanaşma  tutmanın qarşısının alınmasına və xəstənin vəziyyətinin  yaxşılaşdırılmasına  doğru  yönəldilmişdirsə , ikinci yanaşma residivin qarşısını almaq məqsədi daşıyır.

Tutmanı  dəf  etmək üçün  nevropatoloq ,  onların yaranma  intensivliyindən və davam etmə müddətindən  asılı olaraq   analgetiklər  təyin  edir . Miqrenin  davam etmə müddəti  2 sutkadan artıq olmayan ,  zəif və orta ağırlıqlı formalarında  aşağıda sadalanan  analgetiklər  təyin olunur:

• Ibuprofen, qeyri-steroid  iltihab əleyhinə preparat  kimi , tutma  zamanı  xəstənin  vəziyyəti  yüngülləşdirmək   üçün nəzərdə tutulur;  xəstədə qaraciyər xəstəliyi  və ya böyrək çatışmazlığı varsa Parasetamol tövsiyə edilmir; Aspirinin  təyini qanın  laxtalanmasının  pozuqluqları və həzm sisteminin  xəstəlikləri  zamanı   əks – göstərişdir .

• Kodein, Fenobarbital, Parasetamol, Metamizol  natrium   migren  əleyhinə  nəzərdə tutulmuş  kombinə edilmiş  preparatların  tərkibinə daxildirlər  və  istifadələrinə  çoxlu  əks-göstərişlər vardır . Onlardan  nəzarətsiz istifadə olunması   dərman mənşəli  ağrı sindromunun yaranmasına   səbəb ola bilər.

• Tutma  müddəti iki  gündən artıq  davam edərsə ,  onun qarşısının alınması  məqsədilə  triptanlardan  istifadə olunur.

  • Köməkci dərmanlar kimi  Domperidon və Xlorpromazin kimi psixotrop təsirləri olan  preparatlar tətbiq olunur .

Migren  əleyhinə  ən müasir preparatlar 20 il əvvəl sintez edilmişlər .  Onlar serotonin  törəmələri olub , kompleks təsir göstərir:

• Üçlü sinir – hissiyatın azaldlması , ağrıkəsici effekt;

• Serebral damarlar -  digər damarlara təsir etmədən yalnız  ağrını törədən  beynin damarlarının pulsasiyasını azaldır;

• Reseptorlar və ağrı neyropeptidləri  - neyropeptidlərin miqdarını azaldaraq , ağrını aradan qaldırır .

 Aura ilə baş verən  migren  tutmaları   Papazolun  dərhal  qəbulu nəticəsində  aradan  götürülə bilər. Xəstənin vəziyyətini  yüngülləşdirməyə   barokamera , fərdi olaraq  isti və ya soyuq vannalar kömək edir.

 Migrenoz   tutmanı  necə  tez aradan  qaldırmaq olar ?

Kəskin migren  tutması  zamanı tövsiyə edilir:

  • Ağrı kəsicilərinin , qusma əleyhinə preparatların   və qeyri-steroid  iltihab əleyhinə  preparatların  kombinə olunmuş  şəkildə tətbiqi  tutmaların   40% -ə  qədərinin   təsirini dayandırmağa imkan verir.

• Zolmitriptan - 2,5 mq dozada qəbul edilərək yüksək  analgetik təsir göstərir.

• Sumatriptan - qəbuldan dörd saat sonra  təsir göstərməyə başlayır ,   80%  hallarda effektivdir . Qusma ilə  müşayiət olunan ağır  tutmalarda ,  dərialtı  yolla yeridilir .  Effektin sürətlə başlaması  üçün   sprey şəklində tətbiq olunur.

• Naratriptan -  2,5 mq dozada  residiv   ehtimalını azaldır və  çox az  əlavə  təsiri vardır .

• Ergotamin - nadir hallarda istifadə olunur, daha tez-tez  triptanlar  istifadə olunur.

Migrenin  profilaktikası

 

•  Ürək çatışmazlığı və ya  bronxial astması olan  xəstələrdə   tutmaların  qarşısını almaq  üçün  Metaprolol , Timolol  və  ya  digər beta-blokatorlar  isifadə edilir .

  • Valproat natrium və Pizotifen   preparatlarının tətbiqi ,  yuxululuğa  və  bədən çəkisinin  artmasına səbəb  olduqları  üçün  məhdudlaşdırılmışdır.

• Aspirin migrenin  profilaktikası  üçün nadir hallarda istifadə olunur, çünki  bu məqsəd  üçün  onun təsdiq olunmuş  dozası  müəyyənləşdirilməmişdir .

• Amitriptilin stressin  səbəb olduğu migren  tutması  zamanı ağrıları azaltmağa kömək edir.

Migren üçün ümumi qaydalar

•  Alkoqol  və nikotinin damar sisteminə olan dağıdıcı təsiri migren  tutmasının  yaranmasına  və  ağrı intensivliyinin  artmasına  səbəb  olur,  bu səbəbdən də miqrenin profilaktikasında zərərli  vərdişlərdən imtina olunması  böyük əhəmiyyət kəsb edir .

• Energetik  içkilər , qəhvə  və  tərkibində böyük miqdarda kofein olan  digər məhsullar qida rasionundan  kənarlaşdırılmalıdır . Kofein  insan  bədəninə  stimullaşdırıcı təsir göstərir  ki , bu da orqanizmi  normal vəziyyətdə olduğuna nisbətən daha ağır yüklənməyə təşviq edir .

• Orqanizmin   istirahət və bərpası  prosesini  daha  da  intensiv  keçməsi   üçün yuxu  rejiminə  ciddi  nəzarət  edilməlidir .Ən mühüm  dövr 20:00-dən gecə yarısına qədərdir, bu vaxt  yuxuda keçirilməlidir. Bir adam  gecə saat 3-ə  və ya daha uzun müddətə qədər  oyaq  qalarsa , onun  enerji  resurslarının sərf olunması   nəzərəçarpan dərəcədə artır və orqanizmin  gücü  nəinki  bərpa edilmir, əksinə  daha  da tükənir.

• Aterosklerozun inkişafına  səbəb  olan  məhsulları  -  fast food ; hisə verilmiş  qidalar ;  konservantlar ,  aromatizatorlar  və  qida  əlavələri  qatılmış ərzaqları  qida  rasionunuzdan  çıxarın .  Onların istifadəsi  nəinki   ürək-damar sisteminin xəstəliklərinin  yaranmasına  səbəb  olur ,  həm də  miqrenoz  tutmaya   gətirib  çıxara   bilər.

• Yüngül  fiziki fəaliyyət, açıq havada  gəzintilər  orqanizmi  məşq   etdirir , onu  stressə  qarşı  daha   dözümlü  edir   və  tutmanın  yaranma  ehtimalını  azaldır .

• Zehni  fəaliyyətinizin   intensivliyini   tənzimləyin, bədəninizi   həddən artıq  yüklməyin ,   emosional gərginliyin  və sinir  böhranlarınin  yaranmasına  imkan  verməyin  ki,  tutmaların  əmələ  gəlmə  ehtimalı   minimuma  ensin .

   

                            Fərhad  Əhmədov . Həkim – nevropatoloq .

  14-03-2018, 09:15   Baxış: 338   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: