Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » YENİDOĞULMUŞLARDA SARILIQ
PEDİATRİYA

YENİDOĞULMUŞLARDA SARILIQ

 

 YENİDOĞULMUŞLARDA SARILIQYENİDOĞULMUŞLARDA SARILIQ

Sarılıq bilirubin adlanan, dəriyə sarı rəng verən maddənin qandakı səviyyəsinin yüksəlməsi və dəridə yığılıb qalması nəticəsində yaranır. Yenidoğulan körpələrin qırmızı qan hüceyrəsi daha çox olduğu üçün onların parçalanması nəticəsində bilirubin maddəsi ortaya çıxır. Doğuşdan əvvəl körpənin bilirubinini ananın qaraciyəri təmizləyir. Doğuşdan sonra isə uşağın qaraciyərinin bilirubini təmizləyə biləcək həcmə çatması bir neçə gün çəkir. 

Yenidoğulan körpələrdə sarılığın erkən təyin olunması və nəzarətdə saxlanılması olduqca əhəmiyyətlidir çünki, sarılıq adətən özü-özünə keçsə də, bəzi hallarda bilirubin yüksək səviyyələrə çatıb beyin toxumalarına mənfi təsir edə bilər. Buna görə sarılığı olan yenidoğulmuşlar xüsusilə ilk bir həftə- on gün içindəki həkim nəzarəti son dərəcə əhəmiyyətlidir. On gündən sonra qan beyin baryeri bağlanaraq bilirubinin qandan beynə keçməsinin qarşısı alınır.

FİZİOLOJİ SARILIQ
Fizioloji sarılıq adətən həyatın ikinci günü başlayır, üç və dördüncü günlərdə ən yüksək səviyyəyə çatır daha sonra getdikcə azalır.

PATOLOJİ SARILIQ
Patoloji sarılıq uşaq doğulduqdan dərhal sonra inkişaf edir. Bilirubinin səviyyəsi körpənin qanında çox tez artır, qaraciyər, dalaq böyüyür, sidik rəngi tündləşir, nəcis rəngsizləşir, hemoqlobinin səviyyəsi çox aşağı düşür və s. Bu sarılıq forması nadir hallarda inkişaf edir və onun əsas səbəbləri ana ilə körpənin rezus-uyğunsuzluğu (anada qanın rezus-faktoru mənfi, körpədə müsbət olduqda), qaraciyərin bətndaxili zədələnməsi, bəzi genetik patologiyalar və s.-dir.

SƏBƏBLƏR
Yenidoğulmuşlarda sarılıq yarada biləcək başqa səbəblər də var. Bunlardan ən çox görülən ikisi qan qrupu uyğunsuzluğuna (ABO və ya Rh uyğunsuzluğu) bağlı yaranan sarılıqdır. Bu hallarda qırmızı qan hüceyrəsi çox sürətli bir şəkildə parçalanır və xeyli miqdarda bilirubin aşkara çıxır.

DİGƏR SƏBƏBLƏR;
– Kifayət qədər ana südü və ya süni qidalar qəbul edə blməyən körpələr
– Diabetli anaların körpələri
– Bəzi çətin doğuşlarda, körpənin baş dərisi altında qan yığılan zaman
– Sidik yolu infeksiyası olan körpələr
– Ana südü sarılığı
– Doğuşdan gələn bəzi hormon xəstəlikləri.
Bu halları müəyyən etmək üçün xüsusi analizlər aparmaq lazımdır.

KÖRPƏNİN SARILIQ OLDUĞUNU NECƏ BİLMƏK OLAR?
Sarılıq əvvəlcə üz nahiyəsində başlayır, qandakı bilirubin səviyyəsi artdıqca zamanla sinəyə, qarına, əl və ayaqlara doğru irəliləyir. Göz ağı da saralır.

Dəridəki sarı rəng ən yaxşı gün işığında və ya floresan lampa işığı altında görülür.
Körpənizin sarılıq olduğunu görər görməz, gözləmədən bilirubin səviyyəsinin müəyyən edilməsi üçün həkimə müraciət etməyiniz çox vacibdir. Həkim aparacağı müayinə ilə qandakı bilirubin səviyyəsinə baxıb baxmayacağına qərar verərək nəzarət etmək barəsində sizi istiqamətləndirəcəkdir.

BİLİRUBİN ARTDIQCA UŞAQDA NƏ KİMİ ƏLAMƏTLƏR YARANIR?
Ən əsas uşağın dərisindəki sarılıq getdikcə tütndləşərək aydınlaşır. Körpə daha çox yatır, əmməsi azalır (bu sarılığı daha da artırır). Əgər bilirubin çox yüksəlib beyinə təsir edibsə (kernikterus), o zaman körpə cır səslə ağlamağa başlayır, başını geriyə atır. Bu vəziyyətdəki bir körpədə nəticədə əksəriyyətlə zəka və inkişaf geriliyi, eşitmə, görmə problemləri yaranır.

HANSI UŞAQLAR SARILIQ BAXIMINDAN DAHA ÇOX NƏZARƏTDƏ SAXLANILMALIDIR?
– Vaxtından əvvəl doğulmuş körpələr
– Doğum əsnasında baş dərisi altında qanaxma əmələ gəlmiş olanlar
– İlk 24 saatda sarılığı aşkar olunanlar
– Əmmə problemi olub buna bağlı olaraq yaxşı qidalanmayan körpələr
– Sarılığı iki həftədən uzun sürən körpələr
– Böyük qardaş və bacıda uşaqlıq dövrlərində işıq müalicəsi tələb edəcək qədər sarılıq müəyyən edilmiş olanlar.

Yenidoğulmuş sarılığı daha çox görülməsinə və bir çox körpədə də öz-özünə keçməsinə baxmayaraq, bu hal hər körpəyə aid deyil. Hansı yenidoğulmuşda bilirubin səviyyəsinin təhlükəli səviyyəyə çatacağı hər zaman təxmin edilə bilinmədiyi üçün körpənin ilk 3-5 gün içərisində bir həkim tərəfindən yoxlanılması çox vacibdir.

 

İstinad: Sağlam Ailə

 

 
  14-03-2018, 18:59   Baxış: 503   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: