Qeydiyyat    Daxil ol
Hesaba daxil ol
» » EROZİYA – SƏSSİZ TƏHLÜKƏ
GİNEKOLOGİYA

EROZİYA – SƏSSİZ TƏHLÜKƏ

 

EROZİYA – SƏSSİZ TƏHLÜKƏEROZİYA – SƏSSİZ TƏHLÜKƏ
Uşaqlıq boynunun eroziyası ən çox rast gəlinən ginekoloji xəstəliklərdən biridir. 
Eroziyanın inkişafına səbəb olan amillərdən ilk növbədə uşaqlıq boynunun mexaniki zədələnməsi, immunitetin zəifliyi, cinsi infeksiyalar, xüsusən də genital herpes, insan papilloma virusunu göstərmək olar. Daha bir səbəb ağır doğuş və abortlar zamanı uşaqlıq boynunun cırılmasıdır.

Əlamətləri çox olmasa da patologiya özünü qarnın aşağı hissəsində ağrılar, cinsi əlaqədər sonra az miqdarda qanlı və ya bulanıq ifrazatın olması ilə göstərir. Bir çox hallarda eroziya ginekoloqun baxışı zamanı təsadüfən aşkar olunur. Həkim onu uşaqlıq boynunda olan al-qırmızı ləkə kimi görür. Lakin diaqnozu dəqiqləşdirmək üçün kolposkopiya adlanan müayinədən keçmək lazımdır. Kolposkopiya – 25-30 dəfə böyütmək qabiliyyəti olan optik cihazla uşaqlıq boynuna baxılmasıdır. Bu müayinə zamanı ginekoloq dəyişikliyə uğramış hissədən biopsiya materialı da götürə bilər. Biopsiya menstruasiyanın 5-7-ci günündə, aybaşıdan dərhal sonra aparılır. Materialın götürüldüyü vaxt uşaqlıq yolunda iltihabın olması yolverilməzdir. Buna görə də qaşınma və ya ifrazatdan şikayəti olan xəstəni əvvəlcə müalicə etmək, daha sonra isə bioptat götürmək lazımdır. Bu müayinələrlə yanaşı qadını cinsi infeksiyalara görə yoxlamaq tövsiyyə olunur.

Uşaqlıq boynunun eroziyası güclü əlamət verməsə də müalicə olunmalıdır. Belə ki, bəzi hallarda eroziyanın özbaşına epitelləşməsi baş verə bilər. Bu zaman natamam epitel təbəqəsi yaranır və prosesi müalicə etmək çətinləşir. Əgər eroziya uzun müddət müalicə olunmursa, uşaqlıq boynunun hüceyrələri geriyədönməz dəyişikliyə məruz qala bilər. Nəticədə bədxassəli prosesə çevrilmək ehtimalı çox artır.
Qadın tam müayinə olunduqdan sonra müalicəyə başlanılır. Və əgər qadın gələcəkdə ana olmağı planlaşdırırsa, müalicə metodu daha diqqətlə seçilməlidir.

Çox uzun zamandır ki, diatermokoaqulyasiya metodu, yəni elekrik cərəyanı ilə yandırma istifadə olunur. Lakin bu üsulun çatışmazlıqları çoxdur. Belə ki, diatermokoaqulyasiyadan sonra sağalma uzun sürür, bəzən isə uşaqlıq yolu xarici dəliyinin daralmasını törədən çapıqlar əmələ gəlir. Bu da növbəti hamiləlik və doğuş zamanı böyük ağırlaşmalara səbəb olur. Müasir dövrdə daha çox lazer koaqulyasiyası və ya maye azotla dondurma – kriodestruksiya kimi metodlar tətbiq olunur. Kriodestruksiyanın da mənfi cəhəti uşaqlıq boynunun qısalması və çapıqlardır.

 

  17-03-2018, 08:56   Baxış: 418   
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Xahiş edirik ki,qeydiyyatdan keçəsiniz..
Şərh əlavə et
Sizin Ad:
Sizin E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kod:           Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
Şifrə görsənmirsə yenilə

Görsənən kod: